"Bunun cavabını kim verməlidir?"
"Axşam saat 11-ə qalmış Yasamaldakı İnşaatçılar metrosu qarşısında avtobus tapmadım. Hələ şəhərin mərkəzidir!".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Mehman Rəsulov "Xəbər ertəsi" verilişində deyib. O, qarşılaşdığı xoş olmayan mənzərədən danışıb:

"Elə bir istiqamətdə durmuşdum ki, oradan avtobuslar məhz mərkəzə gəlirdi. İddia olunur ki, bizdə avtobuslar saat 12-ə qədər işləyir. Mən çox kənarda yaşamıram, amma avtobus tapmadıq. Bunun cavabını kim verməlidir? Taksi ilə getdik.

Eybəcər bir mənzərə yarandı. Dayanacaqda 2-3 xanım var idi. Hər dəqiqə bir maşın gəlirdi, təklif edirdilər ki, apara bilərik. Niyyətinə bir şey demirəm, çox qeyrətli insanlarımız var. Xanımlar da onları tanımır, əlbəttə maşına əyləşməyəcəklər. Mən minib getdim, bəs bu insanlar? Bundan sonra neçəsi gəlib dayanacaq. Əziyyətlə çalışan insanlardır, 11-də işdən gələn məmur deyil. Avtobusun işləyən vaxtıdır, amma yoxdur. Taksiyə də bəlkə pulu yoxdur. Müşahidə etdim ki, insanlar piyada getdilər. 77 və 39 nömrəli marşrutlar gəlmədi. İnsan özünü birtəhər hiss edir. Cavabdeh qurumlar, siz bu situasiyada özünüzü birtəhər hiss etmirsiniz?".

Bölmənin digər xəbərləri

18 İyun 2025 Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər
17 İyun 2025 İranda mühasirədə qalan türk müğənnidən XƏBƏR VAR
17 İyun 2025 İsraildə əhaliyə sığınmaq barədə təlimat verilib.
17 İyun 2025 Narahatlıq yaradan xəbər – Görünməz təhlükə ikiqat artdı…
16 İyun 2025 Keçmişimizi unudmamalıyıq...
16 İyun 2025 Dəliliyə qalib gələn dahi: “oyun kralı”nın acı aqibəti
16 İyun 2025 Gəncədə orta yaşlı kişi odlu silahla qətlə yetirilib
16 İyun 2025 Qəbələdə DƏHŞƏTLİ QƏTL
16 İyun 2025 Sibir meşələrində 42 il insan üzü görmədən yaşadılar
16 İyun 2025 Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət
15 İyun 2025 Sevdiyi qızın boğulduğunu görən gənc onu xilas etməyə çalışdı - Hər ikisi həyatını itirdi
15 İyun 2025 İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib
14 İyun 2025 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
14 İyun 2025 Bu gün məzun olan şəhid övladları - SİYAHI
14 İyun 2025 Bu gün məktəblərdə “Son zəng” çalınacaq
14 İyun 2025 Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
14 İyun 2025 Jurnalist Əhməd Vəliyevin bankından narazıdır: Bunu sələmçilər belə etmirlər
14 İyun 2025 Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
14 İyun 2025 Bakının mərkəzində yol çökdü — FOTO
14 İyun 2025 Əlikram Bayramovun bir aydan çoxdur axtarılan qardaşı oğlu tapılıb

Dünyapress TV

Xəbər lenti