DTX İqbal Əbilovun istintaqını bitirdi - Lənkəranda məhkəmə başlayır
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə ittiham olunan İqbal Əbilovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılan araşdırma çərçivəsində toplanmış dəlil və sübutlar məhkəməyə göndərilib.

İ.Əbilova yekun olaraq Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrumetməyə qədərdir.

İş Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, İ.Əbilov ötən ilin iyulunda DTX əməliyyatçıları tərəfindən saxlanılıb. İlkin məlumatda deyilmişdi ki, Əbilov İqbal Şahin oğlu üçüncü ölkə ərazisində məskunlaşıb, Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.

Həbs qətimkan tədbiri seçildiyi məhkəmə prosesində digər dəlillərlə yanaşı, İqbal Əbilovun İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik Seroboviç ilə SKYPE vasitəsilə apardığı gizli danışıqlar və sövdələşmələri də elan edilib.
 

Bölmənin digər xəbərləri

02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib

Dünyapress TV

Xəbər lenti