Milyonların dövr etdiyi qumar oyunları - DİN əməliyyat keçirdi - VİDEO
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası məqsədi ilə xüsusi əməliyyat keçirib.

DİN-dən verilən xəbərə görə, müxtəlif adlar altında açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi halları barədə Baş İdarədə hazırlanan xüsusi əməliyyat-texniki tədbirlərlə dəstəyə başçılıq edən 1980-ci il təvəllüdlü Elçin Quliyev, 1986-cı il təvəllüdlü Orxan Məmmədov və daha 4 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır. Şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar. Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. “Fast Loto”, “CHCPlay”, “MostBet” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər. Əməliyyat zamanı aşkar edilən 1000-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayətkar fəaliyyətdə istifadə olunub.

Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 30-dan artıq mobil telefon nömrəsi, 2 milyon manat nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. Şəbəkə üzvlərinin istifadə etdikləri bank hesablarının dövriyyəsinin 10.000.000 manatdan artıq olduğu aşkarlanıb.

E.Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasını həyata keçirərək özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açıb. O, iş adamı görüntüsü yaratmaq məqsədi ilə mütəmadi olaraq xarici ölkələrə, xüsusən də Gürcüstana səfərlər edib. E.Quliyevin həmçinin qanunsuz qumar oyunlarını təşkil edən transmilli cinayətkar dəstənin başçıları ilə dəfələrlə xarici ölkələrdə görüşərək yeni kiber sistemləri Azərbaycana gətirmək üçün gizli sövdələşmələr həyata keçirdiyi də məlum olub. Şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlə aldıqları mənzillər, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Şəbəkəyə başçılıq edən E.Quliyev və daha 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Xaricdə və ölkə daxilində gizlənən dəstə üzvlərinin məsuliyyətə cəlb edilməsi istiqamətində də müvafiq hüquqi prosedurlar başlanılmaqla əməliyyat tədbirləri davam etdirilir

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739299116_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739299116_2.jpg
 

Bölmənin digər xəbərləri

02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib

Dünyapress TV

Xəbər lenti