Quru sərhədi vətəndaşlara da açılır? -
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib. Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin orada təhsil alan Azərbaycan vətəndaşlarına müraciətində bildirilib. "Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədlər vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib",- müraciətdə qeyd olunub.

TEREF.AZ-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, məlum qərar tələbələrin daha rahat gediş-gəlişinin təmin edilməsi məqsədi daşıyır:

- Bildiyimiz kimi qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ təhsilə də mənfi təsirini göstərdi. Orta məktəblərdə tədrisdə fasilə yarandı, ali məktəblər də məcburi distant təhsilə keçdi. Hətta tələbə yataqxanaları boşaldılaraq zəlzələdən zərər çəkənlərə müvəqqəti sığınacaq oldu. Mayın 10-dan etibarənsə Türkiyədə ali məktəblərin ənənəvi tədrisə qayıdacağı gözlənilir. Ona görə də tələbələr, o cümlədən də xarici ölkə vətəndaşı olan tələbələrin rahat gediş-gəlişinin təmin olunması məqsədilə quru sərhədləri vasitəsilə sərbəst keçidinə icazə verilir. Məlumdur ki, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı çoxdur. Türkiyənin 206 ali təhsil müəssisəsində 22 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Bu qədər tələbə üçün təyyarə sayı da yetərli deyil, reyslər də rentabelli deyil deyə, quru sərhədlərlə keçidə üstünlük verilir. Quru yolla gediş-gəliş təbii ki, tələbələr üçün daha əlverişlidir. Yol xərci təyyarə ilə uçuşdan dəfələrlə ucuzdur. Quru yolla gediş-gəlişdə daşınma xərcləri də lazım gəlmir. Elə tələbələr var Türkiyənin iç bölgələrində təhsil alırlar. Təyyarə ilə gediş-gəlişdə məcburdurlar təyyarədən sonra avtobusla uzun məsafə qət edib başqa bölgəyə səfər etsinlər. Bu da ikiqat xərc deməkdir. Bütün mənalarda quru yolla hərəkət etmək sərfəlidir.

K.Əsədov yaxın zamanda quru sərhədlərin ümumiyyətlə bütün təbəqədən olan vətəndaşlar üçün açılmasını arzu etdiyini dedi:

- Əlbəttə, mən də arzu edirəm ki, quru sərhədlər tezliklə açılsın, təkcə tələbələr yox, digər vətəndaşlar da daha rahat və əlverişli şəkildə bir ölkədən digərinə gediş-gəliş edə bilsin. Çünki problem yalnız təhsil alanlarla bağlı deyil. İqtisadi məsələlər var, tibbi müayinə, müalicə üçün getmək istəyənlər, doğmasını, qohumunu ziyarət etmək istəyənlər var, həm də quru sərhədlərin açılması turizmi daha da canlandıra bilər.

Amma bu, bizim istəyimizə bağlı məsələ də deyil. Yəqin ki, hökumət bu məsələ üzərində düşünür. Vəziyyətə uyğun qərar veriləcək.

Bölmənin digər xəbərləri

10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."

Dünyapress TV

Xəbər lenti