“Diplomat 2008" MTK-dan mənzil almalı olan XİN işçilərini kim aldadıb?
Bakı Ağ Şəhərdə “Diplomat 2008" MTK tərəfindən inşa olunan yaşayış binasında mənzil almış bir qrup sakin 4 ildir yaşayış binasında işlərin yekunlaşdırılmamasından və mənzillərin sakinlərin yaşaması üçün təhvil verilməməsindən şikayət edirlər. Onlar əli hər yerdən üzülmüş və çarəsiz vəziyyətdə olduqlarını bildirirlər, problemin həllini gözləyirlər. Sakinlər problemlərinin ictimailəşməsi üçün Marja.az-a müraciət ediblər.

“Satış ofisi Xarici İşlər Nazirliyinin binasında yerləşən, sədri Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin rəhbəri Elxan Azayev olan "Diplomat 2008" MTK 2014-cü ildə Bakı Ağ Şəhərdə yaşayış binasının tikintisinə başlayıb. “Diplomat 2008" MTK ilə sakinlər arasında imzalanmış mənzil alqı-satqısına dair müqaviləyə əsasən binada işlər 2019-cu ildə tam başa çatdırılmalı və mənzillər sakinlərin yaşaması üçün təhvil verilməli idi. Lakin tikintinin başlamasından 9 il keçməsinə baxmayaraq, yaşayış binasında işlər yekunlaşdırılmayıb və mənzillər sakinlərin yaşaması üçün təhvil verilməyib”, - deyə müraciətdə bildirilir. Hazırda binada Elxan Azayevə məxsus dəyəri bir neçə milyon manat olan əmlaklar (mənzillər, qeyri-yaşayış sahələri, yeraltı avtomobil dayanacaqları) var. Elxan Azayevin bu qədər əmlakı, pulu olmasına baxmayaraq binada işləri yekunlaşdırmaqda maraqlı deyil.

“Məsələ ilə bağlı xarici işlər naziri cənab Ceyhun Bayramova müraciət ünvanlasaq da, bu günə kimi müraciətimiz cavabsız qalıb, problemlərimiz həll olunmayib.

Vəzifəsi Bakı Ağ Şəhərdə inşa olunan binalarda işlərin icrasına, keyfiyyətinə, layihəyə uyğun tikintisinə, vaxtında başa çatdırılmasına və s. nəzarət etməli olan Bakı Ağ Şəhər Administrasiyası da işləri tamamilə nəzarətsiz qoyub və ya “Diplomat 2008" MTK-nın qanunsuz əməllərinə göz yumur”, - deyə şikayətçilər bildirib. Elxan Azayev Marja.az-a açıqlamasında bildirdi ki, binanın təhvili koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş karantin rejimləri, maliyyə çətinliyi, Bakı Ağ Şəhər Administrasiyasının düzgün olmayan yanaşması, sənədləşmənin vaxt tələb etməsi, bunun üçün aylarla davam edən yazışmalar səbəbindən gecikir: “Maliyyə çətinliyi də oldu. Şikayət yazan sakinlərin içərisində elə şəxslər var ki, bu gün cədvəl üzrə maliyyə borcu var. Tikinti kooperativinə borcunu ödəmirlər, amma şikayət edirlər”. Elxan Azayev vurğulayıb ki, 2-3 həftə ərzində, may ayınadək təhvil-təslim və digər xırda tamamlama işləri yekunlaşacaq: “2-3 həftəyə işlər tamamilə yekunlaşacaq, orada demək olar ki, iş yoxdur”.

Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurunun mənzil tikintisi ilə məşğul olması barədə deyilənlərə toxunan Elxan Azayev qeyd etdi ki, 98 mənzildən ibarət bina nazirliyin əməkdaşlarının müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə tikilib: "Mən həm də Xarici İşlər Nazirliyində Həmkarlar İttifaqı Komitəsinin sədriyəm. Əməkdaşlarımızın müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı Ağ Şəhərdə yaşayış binası tikilib. Bununla əlaqədar olaraq MTK-ya sədrlik edirəm. Binadakı mənzillərin əksəriyyəti nazirliyin əməkdaşlarına verilib, əməkdaşların tələbatından artıq olan hissəsi kənar şəxslərə satılıb".

Qeyd edək ki, yerli mətbuatda dərc edilmiş bəzi xəbərlərdə “Diplomat 2008" Mənzil Tikinti Kooperativi keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun biznesi kimi göstərilib.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı sabiq nazir Elmar Məmmədyarovla əlaqə saxladıq. O, “Yeni Müsavat”a bildirdi ki, bu binanın ona aidiyyəti yoxdur: “Vaxtilə kooperativ idi, 2008-ci ildə Xarici İşlər Nazirliyinin arxasında diplomatlar üçün binanı tikdik. Amma Ağ Şəhərdə tikilən o mənzillərin mənə aidiyyəti yoxdur. Bəlkə də doğrudan da diplomatlar orada tikiblər, düzəldiblər, amma mənim bundan xəbərim yoxdur. Mənim adım "Diplomat 2008"ə görə hallanır. O vaxt tikildi, bəli, amma ondan sonra olanların mənə aidiyyəti yoxdur".

Dia.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, vətəndaşlar əksər hallarda məcburdur ki, tikinti şirkətlərinə inanıb etibar etsinlər: “Amma bu sahəyə nəzarət edən bir qurum yoxdur ki, tikintilərin vaxtında başa çatmasına nəzarət etsin. Vətəndaşların ödədiyi pula nəzarət etsin. Alqı-satqı müqavilələrinə nəzarət etsin. Bir mənzil iki-üç nəfərə satılmasın deyə alqı-satqılar hansısa bir dövlət qurumunda olsun. Bu tip məsələlər bizdə hələ ki aktual olaraq qalıb”.

Ekspert əlavə edir ki, qonşu ölkələrdə tikinti ilə bağlı qaydalar fərqlidir: “Türkiyədə vətəndaş hər hansı yeni tikili binadan mənzil almaq istəyərkən bələdiyyəyə yaxınlaşır. Bələdiyyədə bina ilə bağlı tam məlumat əldə edə bilir. Çünki tikinti şirkətləri ilə bələdiyyələr arasında sıx bağlılıq var ki, tikinti prosesi hansı formada gedir, hansı mənzillər kimlərə satılır. Bununla bağlı həmin tikinti şirkətləri ərazi üzrə bələdiyyələrə məlumat verirlər. Rusiyada isə alqı-satqı prosesləri daha çox banklar vasitəsilə idarə olunur. Yəni vətəndaş mənzil almaq istəyərkən onunla alqı-satqı müqavilələri banklarda bağlanır. Çünki tikinti şirkətlərinə maliyyə ayıran banklar olduğuna görə banklarla şirkətlərin ortaqlığı olur. Bu səbəbdən onlar vətəndaşa tam qarant verirlər. Tikintinin müddətinin başlandığı və başa çatacağı müddət, tikinti gecikərsə vətəndaşa kompensasiyalar ödənilir və sairə. Burada da bankın marağındadır ki, proses daha tez başa çatsın və bank da öz sərmayəsini və qazancını götürə bilsin. Ölkəmizdə isə vəziyyət fərqlidir. Azərbaycanda tikintini MTK-lar, MMC-lər və digər tikinti şirkətləri aparır ki, burada vətəndaş pul ödəyir. Bəzən tikinti prosesləri yubanır, yubandıqca vətəndaşların ev problemləri də ciddi vəziyyət alır. Bəzən sakinlərin ucbatından tikintilər yubanır, bəzən də tikinti şirkətlərinin. Ərazilər sökülür, bir neçə qonşunun çıxmaması səbəbindən yubanmalar baş verir ki, bu da digər sakinlərin narazılığına səbəb olur. Vətəndaşlar ev almaq üçün külli miqdarda pul ödəyirlər, bəzi tikinti şirkətlərində süründürməçilik baş verir. Bu zaman vətəndaş istədiyi dövlət orqanına şikayət etsə də, şirkət tərəfindən gətirilən bəhanələr səbəbindən vətəndaşın şikayəti sənədlərdə qalır”.

Bölmənin digər xəbərləri

10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."

Dünyapress TV

Xəbər lenti