“Putin Saakaşvilini və Navalnını öldürməkdə qərarlıdır” –
Avropa Parlamenti “Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyət haqqında” qətnamə qəbul edib. Qətnamədə Gürcüstan hakimiyyətindən Saakaşvilinin dərhal azad edilməsi və xaricdə müalicə olunmasına icazə verilməsi tələb olunur.

Qətnamənin lehinə 577 deputat səs verib, 26-sı bitərəf qalıb, 33 deputat isə əlehinə səs verib.

Avropa Parlamentinin deputatları həmçinin Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqinin zəruriliyi ilə bağlı düzəlişi də təsdiqləyiblər. Avropalı parlamentarlar hesab edir ki, Saakaşvilinin həbsdə saxlanılması oliqarx Bidzina İvanişvilinin şəxsi intiqamının nəticəsidir.

Gürcüstanda iqtidarda olan “Gürcü arzusu”nun baş katibi, Tbilisinin meri Kaxa Kaladze Avropa Parlamentinin qətnaməsini heç bir dəyəri olmayan kağız adlandırıb.

Politoloq Xəqani Cəfərli bildirir ki, Saakaşvilinin həbsdə ölümə tərk edilməsi Gürüstanın Avropa İttifaqı və NATO-ya intiqrasiyasında ciddi maneəyə çevrilsə də, “Gürcü arzusu” iqtidarı bütün təzyiqlərə baxmayaraq geri addım atmır.

“Rusiyanın Ukraynada qalib olmayacağının, Putinin gələcəyinin çox qaranlıq göründüyü və milyader Bidzina İvanişviliyə qarşı sanksiyalara çağrışların artdığı bir zamanda “Gürcü arzusu”nun Saakaşviliyə münasibətdə güzəştdə getməməsi sual doğrur”, - o əlavə edib.

Gürcüstan hökuməti nə üçün güzəştə getmək istəmir?

Ekspert yəhudi əsilli rusiyalı iş adamı və ictimai xadim, “YUKOS” neft şirkətinin və Rusiya Yəhudilləri Konqressinin keçmiş rəhbəri Leonid Nevzlin fikirlərinə diqqət çəkir: “Nevzilin hesab edir ki, Bidzina İvanişvilinin başqa seçimi yoxdur. O, bilir ki, Saakaşvilinin ölkəni tərk etməsinə və xaricdə müalicəyə getməsinə icazə versə, onun özü öldürüləcək. Nevzilin hesab edir ki, İvanişvili belə bir dilema qarşısındadır: Öldür, ya da öl. Putinin Bidzina İvanişvilini böyük oğlu, Rusiyadakı “Unicor” Management Company Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi olan Uta İvanişvilinin həyatı ilə təhdid edildiyi də istisna deyil. Rusiya Xarici İşlər Nazirinin keçmiş müavini, diplomat Georgi Kunadze Saakaşvilinin üzləşdiyi vəziyyəti Putinin Saakaşviliyə dərin nifrət bəsləməsi ilə izah edir.

Rusiyalı hüquqşünas, videobloger Mark Feygin bildirir ki, Putin iki nəfəri, Mixail Saakaşvili və Aleksey Navalnını öldürməkdə qərarlıdır. Mark Feygin iddia edir ki, Putin sıralamasına görə öncə Saakaşvili, daha sonra Navalnı ölməlidir”.
 

Bölmənin digər xəbərləri

10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO
07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO

Dünyapress TV

Xəbər lenti