Qriqoryan: “Ermənistan Bakı və Qarabağ arasında danışıqlara dair beynəlxalq mexanizmin yaranmasını istəyir”
Ermənistan Qarabağ və Bakı arasında danışıqların beynəlxalq-görünən mexanizm çərçivəsində aparılmasına tərəfdardır və bu mexanizm hazırda Ermənistan və Azərbaycan tərəflərinin üzərində işlədikləri sülh müqaviləsində qeyd oluna bilər. Bu barədə fevralın 14-də Yerevanda keçirilən brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Ermənistan Stepanakertlə Bakı arasında danışıqların beynəlxalq- görünən mexanizm çərçivəsində aparılmasına tərəfdardır. Ermənistan bu mexanizmin işləməsi üçün öz beynəlxalq tərəfdaşları ilə işi davam etdirir. Bu mexanizm sülh müqaviləsində nəzərdən keçirilə bilər ki, danışıqlar buna əsasən aparılır. Bu, digər beynəlxalq strukturlar və ya başqa bir format ola bilər. Hələlik konkret deyil, bu müzakirə mövzusudur, aydın olması üçün müzakirəni davam etdirməliyik”, – Qriqoryan deyib.

Ermənistanın yanaşması əvvəlkitək ondan ibarətdir ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyilə bağlı danışıqların aparılması üçün beynəlxalq səviyyədə görünən danışıqlar mexanizmi yaradılmalıdır.

Erməni tərəfi təklif etdiyi sülh müqaviləsinin mətninə cavab alıb. Hazırda erməni tərəfi bunun üzərində işləyir. Təhlükəsizlik Şurasının katibi hesab edir ki, mətn ən qısa zamanda hazır olacaq və erməni tərəfi onu Azərbaycana verəcək. Lakin Qriqoryan bunun necə olacağını deyə bilməyib.

Qriqoryan “müzakirə olunan və yayılan mətndə Qarabağın adı çəkilirmi” sualına müsbət cavab verib. Lakin Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bu sənədin hələ yekun sənəd olmadığını nəzərə almaq vacibdir, danışıqlar aparılır.

Qriqoryan Moskvanın Qərbin bölgədə öz iştirakını erməni tərəfə qəbul etdirməsilə bağlı Moskvanın tənqidini qəbul etməyib. Avropa İttifaqı missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi erməni tərəfinin qərarı idi. Onun sözlərinə görə, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında “Azərbaycanın təcavüzü” zamanı Kollektiv Müqavilə Təşkilatı zəmanətləri işə yaramadı. “Ermənistabu təcrübəni nəzərə alaraq, müəyyən təhlükəsizlik zəmanətlərinin yaradılması üçün Avropa İttifaqının mülki missiyasını dəvət edib”, – Qriqoryan deyib.
 

Bölmənin digər xəbərləri

10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO
07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO

Dünyapress TV

Xəbər lenti