Sandu Kremlin Moldovada təxribat planları barədə:
“Kreml Moldovada sabitliyin pozulması ilə bağlı planlar hazırlayır. Həmçinin ölkə hüdudlarından kənardan – Rusiya, Belarus və Balkanlardan olan diversantların cəlb olunması ilə hərbi əməliyyatlara hazırlıq gedir”.

Moldova Prezidenti Maya Sandu Ukrayna tərəfinin ona Kremlin bu planlarını çatdırdığını təsdiqləyib.

Maya Sandu bu barədə xüsusi brifinqdə bildirib.

“Bu, hərbi təlim keçmiş insanların mülki geyimdə cəlb edilməsini nəzərdə tutan qısamüddətli plandır. Onlar zorakı hərəkətlər, o cümlədən bəzi dövlət qurumlarına hücumlar və girov götürülməsi ilə bağlı əməliyyatlar planlaşdırırlar”, – deyə Maya Sandu qeyd edib.

Onun sözlərinə görə, Kiyevin təhvil verdiyi materiallarda bu təxribat aksiyalarının təşkili ilə bağlı ətraflı logistik sənədlər yer alıb.

“Plan Moldovada zorakılıq aksiyaları üçün ölkədən kənarda olan şəxslərin istifadəsini nəzərdə tutur. Məsələn, materiallarda Rusiya Federasiyası, Belarus, Serbiya və Monteneqro vətəndaşlarının Moldovaya daxil olması üçün göstərişlər əksini tapıb”, – deyə prezident əlavə edib.

Sandu həmçinin bildirib ki, dinc etirazlar adı altında Kişinyovda hakimiyyətin ələ keçirilməsinə cəhd planı da hazırlanıb.

Prezident əlavə edib ki, Moldovanın hüquq-mühafizə orqanları bu təxribatların qarşısının alınması və vəziyyətin nəzarətdə saxlanmasına dair tədbirlər görür.
 

Bölmənin digər xəbərləri

10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO
07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO

Dünyapress TV

Xəbər lenti