Putinin Türkiyə təklifi ABŞ-ı hərəkətə gətirdi -
Rusiya Prezidenti Vladimir Putinin “Şimal Axını” xətlərindən göndərilə bilməyən təbii qazın Qara dəniz üzərindən nəql olunacağı, hətta Avropa üçün Türkiyədə qazpaylama mərkəzi yaradıla biləcəyi ilə bağlı açıqlaması bütün dünyada əks-səda doğurub.

Publika.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Moskvaya sanksiya səbəbindən təbii qazla bağlı ciddi problemlə üzləşən Avropaya ABŞ-dan milyardlarla dollarlıq mayeləşdirilmiş təbii qaz (LNG) satılacaqdı. Mart ayında bununla bağlı ABŞ və Avropa Birliyi arasında saziş də imzalanıb.

İndi isə Putinin ABŞ-ı narahat edən Türkiyə təklifinin arxasında bu LNG satış planını pozmaq qorxusunun dayandığı bildirilir.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel baş verənlərlə bağlı deyib:

“ABŞ olaraq biz müttəfiqlərimizi enerji mənbələrini şaxələndirməyə və Rusiyadan enerji asılılığını azaltmaq üçün addımlar atmağa çağırırıq. Xüsusilə uzunmüddətli enerji təhlükəsizliyini gücləndirmək səylərinə kömək etmək üçün Türkiyə ilə sıx əməkdaşlıq edirik”.

Patel Türkiyəyə qarşı sanksiyalar məsələsinə də toxunub:

“Türkiyə və bütün müttəfiqlərimizə və tərəfdaşlarımıza izah etmişik ki, heç kim Rusiyanın qeyri-qanuni aktivləri və ya əməliyyatları üçün təhlükəsiz sığınacaq halına gəlməməlidir və bunu etməyə davam edəcəyik”.

ABŞ maliyyə nazirinin müşaviri Elizabet Rozenberq bir neçə gün əvvəl Türkiyəyə səfər edib. Rozenberq bu ölkədə olduğu üç gün ərzində Türkiyə Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyindəki həmkarları ilə görüşüb.

“Bu danışıqlar sanksiyalardan yayınma və digər qeyri-qanuni maliyyə fəaliyyətləri nəticəsində yaranan risklərin həllində ABŞ və Türkiyə arasında sıx əməkdaşlığın vacibliyini bir daha təsdiqlədi”, - səfərlə bağlı məlumatda deyilir.
 
 
 

Bölmənin digər xəbərləri

02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib

Dünyapress TV

Xəbər lenti