Alman alim Makrona etiraz məktubu yazdı, Azərbaycanı müdafiə etdi

Almaniyalı alim, doktor Mixael Reynhard Hess Fransa Prezidenti Emmanuel Makrona açıq etiraz məktubu yazaraq, onun bu il oktyabrın 14-də “France 2” telekanalına verdiyi müsahibədə Azərbaycanla bağlı fikirlərinə tutarlı dəlillərlə tənqidi münasibət bildirib.

 

Açıq məktubu alim özünün Facebook sosial şəbəkəsindəki hesabında yerləşdirib.

 

“Nə Fransa, nə Ermənistan, nə də Azərbaycan vətəndaşıyam, bu ölkələrdə yaşayan xalqlardan heç biri ilə də etnik bağlılığım yoxdur, bununla belə, Ermənistan və Azərbaycan arasında münaqişə barədə bir neçə kitabın və məqalələrin müəllifi olan tədqiqatçı kimi Sizə kiçik bir açıq məktub yazmağı vacib saydım” - Makrona müraciətini bu sözlərlə başlayan alman alim, ilk növbədə, Fransa prezidentinin müsahibədə münaqişə barədə söylədiklərini özünün şəxsi fikri kimi qələmə verməsi ilə razılaşmır və onun mövqeyini həm də Fransanın rəsmi mövqeyi hesab etdiyini bildirib.

 

Bunu aşkar məntiqsizlik kimi səciyyələndirən Hess yazıb: “Çünki, bir tərəfdən siz Fransanı “vasitəçi qüvvələrin bir hissəsi” kimi təsvir edir, digər tərəfdən, həvəslə, böyük emosionallıqla və təsirli şəkildə vurğulayırsınız ki, Fransa bu münaqişədə Ermənistanı dəstəkləyir və ondan “əlini çəkməyəcək”. Mən anlamıram, hər hansı dövlət və ya siyasətçi“vasitəçilik” səylərində iştirak etməklə neytral mövqedə olmalı ikən münaqişə tərəflərindən birinin tərəfini necə saxlaya bilər”.

 

Alman alim, həmçinin hesab edir ki, məhz Fransa kimi tərəfsizliyi bacarmayan dövlətlərin vasitəçilik missiyası yerinə yetirən dövlətlərarası siyasi qurumların (Minsk qrupu kimi) tərkibində olması münaqişənin tənzimlənməsi üçün 1992-ci ildən həyata keçirilən diplomatik səylərin uğursuzlunun səbəblərindən biridir.

 

Makronun Qarabağla bağlı qaranlıq tarixi, siyasi və hüquqi istinadlarını da qəbul etmədiyini bildirən M.R.Hess Fransa prezidentinin “Gördüyünüz kimi, Dağlıq Qarabağbeynəlxalq səviyyədə tanınmadı və buna görə də münaqişə yarandı” sözlərini misal gətirib, keçmiş muxtar vilayətin daim Azərbaycanın tərkibində olduğunu xatırladıb.

 

Alman alim “Qarabağdan və Azərbaycanın digər rayonlarından bütün işğalçıqüvvələrin dərhal çıxarılması haqqında” 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Fransanın iştirakı ilə qəbul etdiyi qətnamələri də E.Makronun yadına salıb. O, həmçinin  Fransanın prezidentinin diqqətini Normandiya əyalətindəki separatçıların, Adalarla yaxınlığına görə, bu ərazinin Böyük Britaniyaya birləşdirilməsi barədə iddialara da yönəldib:

 

“Siz çıxışınızda BMT-nin qəbul etdiyi beynəlxalq hüquq prinsiplərinə açıq və birmənalı şəkildə üstünlük vermir, sanki xalqlar və dövlətlər arasında münasibətlərdə, əksərən yersiz qeyri-rəsmi söhbətlərin istənilən vaxt “mübahisə” üçün dəlil kimi istifadə edildiyi, separatçıların işinə yarayan konsepsiyadan yapışırsınız”.

 

Hess “müharibəni Azərbaycanın başlaması, əraziləri işğal etməsi” barədə Fransa prezidentinin əsassız iddialarına da açıq məktubda tutarlı cavablar verib, 1991-ci ildən başlanan erməni təcavüzü, erməni silahlı dəstələrinin törətdiyi kütləvi qətllər, o cümlədən Xocalı hadisəsi barədə həqiqətləri xatırladıb.

 

Almaniyalı alim ötən əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma “erməni genosidi”ni Ermənistan-Azərbaycan konflikti kontekstində xatırlatmasını isə E.Makronun çıxışının ən təhlükəli məqamı kimi səciyyələndirib.

 

Fransa prezidentinin müsahibəsində söylədiklərinin onun bir siyasətçi kimi ölkəsindəki erməni dairələri ilə yaxşı münasibət qurmaq istəyi ilə bağlı olduğunu ehtimal edən M.R.Hess  onu qarşı tərəfindən səsini eşitməyə, fransızdilli mühitdə azərbaycanlıların dəlillərini ortaya qoyacaq çox az sayda araşdırmaçıları və publisistləri də görməyə çağırıb, həmçinin, münaqişə tərəfləri arasında sülhə nail olmaq naminə E.Makrona vasitəçi və arbitr mövqelərini bir-birinə qarışdırmamağı tövsiyə edib.

 

Xatırladaq ki, 55 yaşlı alim Mixael Reynhard Hess hazırda Azad Berlin Universitetində və Giezen şəhər Universitetində çalışır. Azərbaycan ədəbiyyatına, tarixinə və mədəni irsinə dair bir neçə kitabın müəllifidir. Onun bu il çapdan çıxmış almanca “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabın ADA Universitetində və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində təqdimatı təşkil edilib.

 
 

Bölmənin digər xəbərləri

02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib

Dünyapress TV

Xəbər lenti