ABŞ türkiyəli deputatı yalanladı:
Xəbər verdiyimiz kimi, Türkiyədə “dezinformasiya ilə mübarizə” məqsədi ilə hazırlandığı bildirilən qanun layihəsi TBMM-dən (Türkiyə Böyük Millət Məclisi) keçərək qanuna çevrilib.

Yenivaz.com xəbər verir ki, Dezinformasiya Qanunu ilə bağlı parlamentdə çıxış edən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kahramanmaraşdan seçilmiş millət vəkili Əhməd Özdəmir, ABŞ rəsmiləri adından danışaraq, bu barədə onlarla məsləhətləşdiyini iddia etmiş və sözügedən qanun layihəsinin ABŞ-dakı dezinformasiya qanunu ilə tam uyğun olduğunu bildirmişdi.

“Amerikanın Səsi”nin Türkiyə nəşrində yer alan xəbərə görə, ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Özdəmirin açıqlamalarını təkzib edərək, ABŞ-da belə bir qanunun olmadığını bildirib. Adı açıqlanmayan sözçü bu açıqlamaları dezinformasiya kimi qiymətləndirib.

Xarici İşlər Nazirliyinin sözçüsü onu da qeyd edib ki, qanundakı maddələr Türkiyədə sosial mediaya girişdə maneələr yaradaraq rəqəmsal və onlayn informasiya və əyləncə xidməti təminatçılarına ciddi təsir göstərə bilər.
Qeyd edək ki, oktyabrın 14-də TBMM dezinformasiya hesab edilən media və sosial şəbəkə məlumatlarına görə 3 ilə qədər həbs cəzasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Sözügedən qanununa əsasən, ictimaiyyət arasında narahatlıq, qorxu və ya çaxnaşma yaratmaq məqsədi ilə ölkənin daxili və xarici təhlükəsizliyi, ictimai asayiş və ümumi sağlamlıq haqqında yalan məlumatı açıq şəkildə yayan hər kəs 1 ildən 3 ilə qədər həbs cəzası alacaq.
 

Bölmənin digər xəbərləri

02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib

Dünyapress TV

Xəbər lenti