Rusiyasız delimitasiya mümkün deyil, çünki regionun sovet xəritələri ancaq bizdədir” - Pritçin
“Azərbaycan əhalini respublika hüquq və inzibati sisteminə inteqrasiya etməyə hazır olduğunu bəyan edir. Bu proses kifayət qədər qeyri-müəyyən görünsə də, nə region əhalisinin dinc inteqrasiyası üçün nümunəvi mexanizmlər, nə də mümkün təhlükəsizlik təminatları göstərilməyib. Bu da öz növbəsində Rusiya sülhməramlılarının missiyası başa çatacağı təqdirdə əhalinin Qarabağdan köçməsi riskləri yaradır”.

Konkret.az xəbər verir ki, bu barədə IMEMO RAS-ın Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin “Kommersant”ın suallarını cavablandırıb.

O, müxbirin “Ermənistanla Azərbaycan arasında sülh Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunarsa, nə baş verəcək? Rusiya bu vəziyyətlə barışacaqmı?” – sualına belə cavab verib:

“Sülh müqaviləsi sərhəd məsələsinin avtomatik həllini nəzərdə tutmur. Rusiyanın iştirakı olmadan bu məsələni həll etmək çətin olacaq.

Əminəm ki, əgər həqiqətən də Avropa İttifaqının himayəsi altında sülh müqaviləsi bağlanarsa, bu, yalnız qələbənin təzahürü olacaq.

Ölkələr tərəfindən bir-birinin ərazi bütövlüyünün ritorik tanınmasında çətin heç nə yoxdur, bunu bir il əvvəl də etmək olardı. Amma ən maraqlısı daha sonra başlayacaq.

Çünki sərhədlərin müəyyənləşdirilməsi hətta Qarabağdan münaqişəsindən də çətin məsələdir.

Rusiyasız delimitasiya aparmaq mümkün olmayacaq, çünki regionun sovet xəritələri məhz Rusiya Ordusunun Baş Qərargahında saxlanılır”.

Ekspertin fikrincə, “Azərbaycanın hərəkətlərində heç olmasa müəyyən məntiq varsa, o zaman Ermənistan bir danışıqlar masasından digərinə (yəni Rusiyadan Avropa İttifaqına və əksinə – red.) tullanmaqla sadəcə özünə ziyan vurur”.
 

Bölmənin digər xəbərləri

02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib

Dünyapress TV

Xəbər lenti