![]() |
![]() ![]() ![]() |
|
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin hərəkətlərindən və sülh danışıqlarının gedişindən məyus olub.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
Mənbələrin bildirdiyinə görə, hələlik yekun qərar verilməsə də, ABŞ lideri Moskvaya qarşı sanksiyalar tətbiq etməyi düşünür.
Yeni məhdudiyyətlərin bank sektoruna təsir göstərməsi ehtimalı azdır, lakin 30 günlük atəşkəsə nail olmaq üçün təzyiq tədbirlərini əhatə edə bilər.
Ötən gün Tramp Rusiyanın Ukraynaya zərbələrindən sonra Putinin “dəli olduğunu” deyib.
İqbal RZAYEV,
Musavat.com