b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_ea1eadd532cb6693c245b38e199f13b6.jpeg
  

Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon danışığı keçirib və tərəflər Ukraynadakı münaqişəni müzakirə ediblər.

Musavat.com xəbər verir ki, məlumatı "Reuters" agentliyi Baş nazir ofisinin nümayəndəsinə istinadən yayıb.

Qeyd olunur ki, Trampın mayın 19-da Rusiya prezidenti Vladimir Putinlə söhbəti ərəfəsində Qərb liderləri şərtsiz atəşkəsin zəruriliyini müzakirə ediblər və Moskvanı sülh danışıqlarına ciddi yanaşmağa çağırıblar. Bundan əlavə, onlar Rusiya rəhbərliyinin atəşkəs və sülhlə bağlı ciddi danışıqlardan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bəyan ediblər.

Bundan əvvəl Tramp Truth sosial şəbəkəsində mayın 19-da saat 10:00-da (Moskva vaxtı ilə 17:00) Putinlə söhbət edəcəyini yazıb. Mövzular arasında ABŞ prezidenti Ukrayna nizamlanması və ticarətin adını çəkib. Vaşinqton administrasiyasının rəhbəri dəqiqləşdirib ki, Rusiya prezidenti ilə danışdıqdan sonra o, Vladimir Zelenski və NATO ölkələrinin liderləri ilə danışacaq. Putinlə Tramp arasında əvvəlki telefon danışığı martın 18-də olub.

Musavat.com

Bölmənin digər xəbərləri

20 May 2025 Numan Kurtulmuş da Şah İsmayılı aşağıladı – Tarixi fiqurlar üzərindən yeni müzakirə
20 May 2025 Ankaradan 2 ölkəyə xəbərdarlıq: Bu, müharibə elanı olacaq!
20 May 2025 Ermənilər yenə Putinin zəhləsini tökdü
20 May 2025 Peskov: Moskva ilə Kiyev arasında birbaşa əlaqələr həyata keçirilir
20 May 2025 Türkiyədə musiqili yol çəkildi – VİDEO
20 May 2025 Türkiyəyə dönəcəyi deyilirdi: Sedat Pekerlə bağlı məhkəmə qərarı!
20 May 2025 Rusiya şantajının yeni mərhələsi
20 May 2025 Amerikalılar yaxın yüzilliklərdə yox ola bilər - Alimlərdən qorxulu sarsıdıcı proqnoz
20 May 2025 Trampın oğlu Baydenin xəstəliyi ilə bağlı Cill Baydenə istehza etdi
19 May 2025 Köçəryan Paşinyana qarşı Kreml ritorikası ilə hücum çəkdi
19 May 2025 Trampdan Kamala Harrisə ittiham- Ulduzlara qanunsuz ödənişlər edib
19 May 2025 Ursula fon der Lyayen: “Bu həftə Ukrayna üçün həlledici olacaq”
19 May 2025 Makron Putindən Trampın atəşkəs planını dərhal qəbul etməyi tələb etdi – “Sülh istəyirsə, bunu göstərsin”
19 May 2025 Zelenskidən ŞOK AÇIQLAMA: "Krım və Donbas bizimdir – NATO-dan əl çəkməyəcəyik!"
19 May 2025 Yəhudi general Bakıda olub, ya yox?
19 May 2025 Hikmət Hacıyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
19 May 2025 Mübariz Mənsimov uzun müddət sonra göründü, MARAQLI VİDEOsu yayıldı
18 May 2025 Tramp bu günü Amerika üçün niyə təhlükəli sayır?
18 May 2025 ABŞ-də fəlakət: 140 minə yaxın insan işıqsız qaldı
17 May 2025 SON DƏQİQƏ! Ərdoğan Makronu BELƏ SUSDURDU – ŞOK GÖRÜNTÜLƏR

Dünyapress TV

Xəbər lenti