Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Gürcüstanın baş naziri İrakli Kobaxidze parlament seçkilərindən sonra öz təzə postunda xaricə ilk səfərini Azərbaycana etdi. Bu, sözsüz ki, qərb qonşumuzun ölkəmizə verdiyi strateji önəmin təzahürü idi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Bakıda buna görə gürcü liderə məxsusi təşəkkürünü bildirdi.

Kobaxidze xaricə ikinci rəsmi səfərini bu həftə Ermənistana reallaşdırıb. Bu da məntiqlidir. İstənilən normal ölkə ən əvvəl öz qonşuları ilə dinc, əmin-anlıq içində, qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlıq şəraitində yaşamağı tərcih edir. Dara düşəndı dada ilk yetişən qonşu olmurmu? “Yaxın qonşu uzaq qohumdan yaxşıdır” ifadəsi yəqin ki, buna görə yaranıb. Nəyi ki, Ermənistan və ermənilər barədə söyləmək çətindir. Amma mövzu bu deyil...

Məsələ ondadır ki, Ermənistana səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili həmkarı, xarici işlər nazirinin müavini Vahan Kostanyanla birgə İrəvanda uydurma “erməni soyqırımı memorialı”nı ziyarət edib. Ora ölkəsi adından əklil qoyub. “Gürcü nazir soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib”, - xəbərdə qeyd edilir.

İndi bu hərəkəti necə oxuyaq, nə cür anlayaq, hansı dəftərə yazaq?

Olayın ən absurd tərəfi odur ki, Gürcüstanın özü saxta soyqırımı tanımayıb. Üstəlik, elə bu səfır ərəfəsində baş nazir Nikol Paşinyan qondarma genosid iddiasını şübhə altına alan açıqlama ilə gündəm yaratmışdı. Elə isə ürəkbulandıran, Türkiyə və Azərbaycan rahatsız edən belə demarşa, əklil-məklilə nə lüzum var idi? Rəsmi Tiflis bununla Bakı, Ankara və İrəvana hansı mesajı verir, nəyin anonsunu, siqnalı çatdırır?...

Yada salaq, Türkiyə və Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran, onun iki ən böyük ticarət tərəfdaşıdır. Adi dilə çevirəndə bu, həm də minlərlə iş yeri, etibarlı əmək bazarı deməkdir.

Əlavə olaraq, qərb qonşumuz Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatında hərbi-strateji və digər sahələr üzrə fəal əməkdaşlıq içindədir. Öz ordusunu gücləndirir, iqtisadiyyatını inkişaf etdirir. Vaxtilə, mərhum Heydər Əliyevin dövründə qazsız qalan Gürcüstanı və onun əhalisini soyuq qışdan xilas edən də Azərbaycan olmuşdu.

O zaman bu nə turşu, o nə pəhriz?..

Böyük ehtimalla, erməni tərəfi ziyarət məsələsində təkid etməyib. Yoxsa baş nazir Kobaxidze də üzdəniraq kompleksə baş çəkərdi. Yəni bu, çörəyi dizi üstündə olan gürcülərin XİN başçısının öz təşəbbüsüdür.

Yeri gəlmişkən, ötən ay bir qrup İran deputatı da İrəvanda eyni yaramazlığa imza atmışdı. Ancaq o İrandır. Keçmiş Dağlıq Qarabağ problemi zamanı erməni işğalına hər cür dəstək verən, daim Azərbaycanın və Türkiyənin ayağının altını qazan, Zəngəzur dəhlizinə qarşı çıxan, dövlət maraqlarını həmişə ümmət maraqlarından üstün tutan türkofob İran.

Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?..

Bəs Gürcüstana nə gəlib? Belə şeylər unudulmur. Unudula bilməz. Heç nə yaddan çıxmır, çıxmayacaq. İllah da arxadan vurulan zərbələr...

Zahid SƏFƏROĞLU - musavat.com
 

Bölmənin digər xəbərləri

07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO
06 May 2025 İmamoğlu: "“Şahid deyilən, lakin şahid olmayan eyni 3-5 ad hər dəfə yeni bir faylda yenidən səhnəyə çıxarılır. Onlara mənə qarşı yeni bir böhtan atmaq vəzifəsi qoyulur”"
06 May 2025 Milli Məclisin deputatı Rusiyaya niyə buraxılmayıb? – TASS-dan əcaib xəbər
06 May 2025 Azərbaycanlı milyarderlər “Lyublinskoye Pole” ticarət mərkəzini aldılar - TƏFƏRRÜAT
06 May 2025 İran qonşusunu hədələdi: - Azərbaycanı, yoxsa Ermənistanı?
05 May 2025 Moskva aeroportunda nələr yaşanıb? – Badamovla Rusiyaya gedən deputat danışdı
05 May 2025 Müştərilər “Unibank”dan imtina edir – SƏBƏB
05 May 2025 “Türkiyə siyasətçilərinə rüvşət ötürmüşən” deyən Önal Haaqada öldürüldü
05 May 2025 Lavrov Pakistan XİN-ə Hindistanla nizamlamada yardım etməyə hazır olduğunu təsdiqləyib
05 May 2025 Pakistan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb
05 May 2025 26 il əvvəl evdən çıxdı -10 dəqiqəyə Asiyadan Avropaya keçdi
05 May 2025 Türkiyəyə qarşı “1915 kartı”nı ortaya qoyurlar
04 May 2025 İranda gecə saatlarında DƏHŞƏT YAŞANDI - VİDEO
04 May 2025 Zəlzələ ilə bağlı VACİB AÇIQLAMA: “Hər an baş verə bilər, fasiləsiz olaraq…”
04 May 2025 Türkiyə Netanyahunun təyyarəsi ilə bağlı iddiaları təkzib etdi
04 May 2025 Zurabişvilinin evinin yaxınlığında ATIŞMA – Yaralananlar var

Dünyapress TV

Xəbər lenti