Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
İranın Ərdəbil əyalətindəki nümayəndəsi və bölgənin cümə imamı Həsən Amulinin ölkəmizə qarşı tənqid və təhqir motivli açıqlamalarından sonra Tehran və Bakı arasında soyuqluq artıb.
Maraqlıdır ki, ölkənin ali dini liderinin nümayəndəsi hesab edilən birinin başqa bir dövlətə qarşı səsləndirdiyi fikirlərə görə hələ də rəsmi səviyyədə hər hansı üzrxahlıq edilməyib. İranın bu addımları son zamanlardakı ağır siyasi məğlubiyyətləri, beynəlxalq səviyyədə çıxılmaz vəziyyətə düşməsi səbəbindən aqressvliyini büruzə verməsi kimi dəyərləndirilir.

Mövcud vəziyyət fonunda Azərbaycan televiziyalarında səsləndirilən “Təbriz, Urmiya, Ərdəbil Azərbaycandır” kimi şüarlar diqqət çəkir. Amulinin çıxışlarından sonra Təbriz küçələrində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının divarlara asılması müzakirələrə səbəb olub. Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılması maraqla qarşılanıb.

İran Güney azərbaycanlıların Bakıya yaxın münasibətindən narahatdır? Azərbaycanın bu istiqamətdə Tehrana təzyiq imkanları varmı?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra İranla münasibətlər heç də hamar olmayıb:

“İkitərəfli münasibətlər zaman-zaman yüksək inkişaf səviyyəsinə çatsa da, bəzən qırılma nöqtəsinə qədər aşağı düşüb. Münasibətlərin bu səviyyədə cərəyan etməsi heç də iki tərəfin öz arzusu ilə baş verməyib, əsasən xarici vasitələrdən təsirlənib. Məsələn, İranın Ermənistan və ermənilərlə münasibətləri hər zaman Azərbaycanı qıcıqlandıran motiv olub. Bakı müstəqillik illərində İranın Ermənistana dəstəyini, onun Azərbaycana qarşı silahlandırılmasını qəbul etməyib və Tehranı bu dəstəyə görə tənqid edib. 44 günlük müharibə zamanı İran silahlı qüvvələrinin Azərbaycanın Qarabağda irəliləməsinə qarşı çıxması da, ikitərəfli münasibətlərə ciddi təsir göstərib.

Tehranın da Bakıya qarşı irəli sürdüyü bəzi iddialar var. Bu, Azərbaycanın Türkiyə və İsraillə bütün sahələrdə olan münasibətləridir. İran xüsusilə Azərbaycan-Türkiyə münasibətlərinə qısqanclıqla yanaşır. Ankaranın Bakı vasitəsi ilə Cənubi Qafqazda möhkəmlənməsini özü üçün təhlükə olaraq görür. İsraillə Azərbaycanın əlaqələrini isə özünə qarşı çevrilmiş siyasi-hərbi akt kimi qiymətləndirir.

Politoloq bildirib ki, artıq Azərbaycan torpaqları işğaldan azad olunub, amma İran “erməni kartı”nı hələ də əlindən buraxmaq istəmir:

“Azərbaycan-Ermənistan münasibətlərinin inkişaf etməsi və kommunikasiyaların açılmasını Tehran özünün qırmızı xətti kimi görür. Eyni zamanda Suriyadakı məğlubiyyətini birbaşa Türkiyənin regional siyasəti ilə bağlayır və Azərbaycanı da bu siyasətin tərkib hissəsi hesab edir. Məhz bu səbəbdən son günlər İranda Azərbaycana qarşı düşmənçilik ritorikası güclənib.

Bakının düşmənləri öz ruporlarından daha intensiv istifadə etməyə başlayıblar. Bu şəraitdə təbii ki, Azərbaycan da sakit müşahidəçi rolunu oynaya bilməz. Çünki İranın hazırkı münasibətinə qarşı çıxmaq üçün imkanlarımız daha genişdir. Amma Bakı heç zaman qonşusunun pis vəziyyətindən istifadə etməyib.

Bu gün bizdə İrana qarşı baş qaldıran hərəkatın əsas səbəbinin məhz Tehranın davranışlarından qaynaqlanması hər kəsə məlumdur. Rəsmi Bakı ölkəmizə qarşı edilən çıxışları cavablandırmaq məcburiyyətindədir. Belə ki, İran anti-Azərbaycan ritorikasını müxtəlif vasitə və üsullarla gündəmdə saxladığı müddətdə, Bakının da əks-həmlələrini və hətta hücumlarını göz önünə almalıdır”.
 
 
 

Bölmənin digər xəbərləri

10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO
07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO

Dünyapress TV

Xəbər lenti