İki prezidentlə çaxnaşma yaşayan ölkə: Gürcüstanı nə gözləyir?
Gürcüstan prezidenti Salome Zurabişvilinin xələfinin təntənəli andiçmə mərasimindən sonra da prezident sarayını tərk etməyəcəyi təxmin edilirdi. Ancaq elə olmadı. Hökumət əleyhinə minlərlə etirazçının mənəvi dayağına çevrilən Zurabişvili savaş açmadan çıxıb getməyə üstünlük verdi. Bu, tez baş versə də, səssiz ötüşmədi.

AzadlıqRadiosunun əməkdaşı Lük Allnutt yazır ki, dekabrın 29-də keçmiş futbolçu və sağçı populist Mixeil Kavelaşvilinin təntənəli andiçmə mərasimi keçirilərkən Zurabişvili prezident sarayının önündəki etirazçılar qarşısında çıxış edirdi.

Sarayı tərk edən Zurabişvili Gürcüstanın "tək" legitim prezidenti olaraq qaldığını bildirib. Mübarizəsiz çıxıb getmək fikri olmayan Zurabişvili iddia edir ki, Kavelaşvilini seçən hakim "Gürcü arzusu" nümayəndələrinin çoxluqda olduğu Seçicilər Kollegiyası "qeyri-legitimdir". Onun əsas tələbi - yeni parlament seçkilərinin keçirilməsidir.

Oktyabrın 26-da gerçəkləşmiş parlamentə seçkilər Gürcüstandakı siyasi qarşıdurmada mərkəzi yer tutub. "Gürcü arzusu" qələbəsini elan edəndən sonra minlərlə müxalifətçi küçələrə axışdı. Müxalifət və beynəlxalq müşahidəçilər bildirdilər ki, seçkilər azad və ədalətli keçirilməyib və iddia edilən qanun pozuntuları hakim partiyaya verilən səs sayının artmasına yol açıb.

Hüquqi əsas tükənib?
Di gəl, Gürcüstan hökumətini yeni seçkilər keçirməyə inandırmaq asan olmayacaq. Ölkədə demokratiyanın geriləməsində suçlanan "Gürcü arzusu"nun rəsmiləri bir neçə qanun pozuntusunu etiraf etsə də, seçkiləri azad və ədalətli sayır. Baş nazir İrakli Kobaxidze səsvermənin yenidən keçirilməsi üçün hüquqi əsasların tükəndiyini deyir.

Ola bilər ki, yeni seçkilər keçirilməsinin, həbsdə olan və cinayət ittihamlarıyla üzləşən etirazçıların azad olunmasının əvəzində Zurabişvili ölkənin "qanuni dövlət başçısı" iddiasından imtina etsin. Ancaq özəlliklə yenicə səfərbər olan istəkli müxalifət fonunda seçkilərin yenidən keçirilməsi hakim partiya üçün riskli addım sayılacaq. O biri yandan da Gürcüstan hökuməti artan beynəlxalq basqıyı hiss edəcək. Dekabrın 27-də ruspərəst milyarder, sabiq baş nazir, "Gürcü arzusu"nun qurucusu Bidzina İvanişviliyə qarşı Gürcüstanda "Rusiya Federasiyasının maraqlarına uyğun" şəkildə demokratiyanı sarsıtdığı üçün sanksiyalar tətbiq etdiyini bildirib. Dekabrın əvvəlində isə ABŞ bir neçə nazir və hüquq-mühafizə orqanları əməkdaşına qarşı viza məhdudiyyətləri tətbiq edib.

Avropa İttifaqı da (Aİ) Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız gediş-gəlişi dayandırıb. Blok həm də ölkənin Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro maliyyə yardımı dondurub.

Ancaq beynəlxalq sanksiyalardan çox, küçələrdəki basqı Gürcüstan hökumətinin baş ağrısına çevrilə bilər. Aİ-yə üzvlüyə dair danışıqlar ertələnəndən sonra noyabrda yenidən baş qaldıran etirazlar səngimək bilmir. Dekabrın 29-dakı təntənəli andiçmə mərasimindən öncə etirazçılar Tbilisinin mərkəziylə uzanan "birlik zənciri" yaradıblar. Yaxın günlərdə daha miqyaslı etiraz aksiyalarının keçirilməsi gözlənilir.

Şaxtalı küçələrdə etiraz, yoxsa isti evdə bayram keçirmək yaxşıdır?
Hökumətin qəddarca basqısının davamı və ya Zurabişvilinin həbsi mülki əhali arasında qurban sayının və siyasi qeyri-sabitliyin artmasına yol aça bilər. Andiçmə mərasimindən öncə Kobaxidze 72 yaşlı Zurabişvilinin sarayı tərk etməyəcəyi halda həbs ediləcəyini söyləmişdi. Gürcüstan hökuməti üçün riskli sayılan bu addım küçə etirazlarını körükləyə və ölkəni beynəlxalq səviyyədə təkləşdirə bilər.

Hakimiyyətin gözləmə taktikası seçib, yaranmış siyasi dalana üstünlük verməsi və müxalifətin məhkəmə çəkişmələrindən qorunmağa çalışması da mümkündür. Zurabişvili ABŞ-nin seçilmiş prezidenti Donald Trampla danışdığını deyib, amma təcridlik siyasəti aparacağı gözlənilər yeni administrasiyanın buna cavabı bəlli deyil.

Gürcüstanda bayramlar mövsümü başlayıb. Ölkə dekabrın 31-də Yeni ili, yanvarın 7-də pravoslav Miladını, ondan bir həftə sonra da pravoslav Yeni ilini qeyd edəcək. Hökumət gürcülərin soyuq havalarda küçə etirazlarına deyil, evdə ailə üzvləriylə qalmağa üstünlük verəcəklərinə ümid bəsləyir.
 

Bölmənin digər xəbərləri

10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO
07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO

Dünyapress TV

Xəbər lenti