Dövlət Sığorta Şirkətinin yalanını düzəltməsinə neçə ay – il gərəkir? -
“Qılınclar toqquşub iş görən zaman
Neylər dediyiniz quru bir vicdan?" ( Səməd Vurğun )
Prezident sərəncamına uyğun olaraq keçən ildən 02.08.1997-ci ilə kimi Qarabağ savaşında yaralanıb əlil olanlara birdəfəlik sığorta ödənişinin verilməsini ƏƏSMN həyata keçirir. Bu sətirlərin yazarına isə 9 ay keçməsinə baxmayaraq, hələ də 1-ci dərəcəli Qarabağ əlili kimi 8800 manatlıq sığorta ödənişi verilməyib. Gah son xidmət yerim olan DİN Tibb İdarəsinin Hərbi Həkim komissiyasının verdiyi “Xəstəlik haqqında şəhadətnamə”nin , gah əlilliyin özünün sistemdə olmadığı bildirildi. (Gerçəkdə sistemdən yoxa çıxması bildirilməlidi(r) , nədən sözügedən şəhadətnaməsiz müharibə əlilliyi verilmir, əlillik olmadansa pensiya, müavinət, təqaüd- M. B. ) 26.05.1993 tarixli “Xəstəlik haqqında şəhadətnamə”ni DİN Tibb İdarəsi 09.12.2022-ci ildə ƏƏSMN altsisteminə inteqrasiya edəndən sonra 22.12.2022-ci ildə DSMF-dən zəng edib, gələn il vəsaitin bank hesabına köçürüləcəyi bildirildi.
2023-cü ilin ilk ayının sonlarında, ikinci ayının əvvəllərində ƏƏSMN -in 142 çağrı mərkəzinə, DOST Agentliyinə müraciətlərə cavab olaraq hər şeyin qaydasında olduğu , tezliklə telefon nömrəmə ödəniş haqqında sms-bildiriş gələcəyi deyildi. 16.02.2023-cü ildə 0125250624 nömrəsindən zəng edən DSMF əməkdaşı “Azərsığorta”nın 2019-cu ildə hesabıma 8800 manat ödəməsi barədə məlumat verdiyini deyəndə, bu ödənişin maliyyə sənədinin, qəbzinin təqdim edilməli olduğunu bildirdim. Nazirlər Kabinetinin saytına “Azərsığorta”nın dələduzluqla ƏƏSMN -ə yalan məlumat verməsindən şikayət edib, yalanını doğru – düzgün arayışla düzəltməsinin təmin edilməsini dilədim.
Bu günlərdə Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) idarə heyətinin sədrinin müşaviri Ceyhun Qurbanlının bir ay sonra verdiyi 10.03.2023 tarixli cavabdan “bu xəmirin hələ çox su aparacağını” anladım. Müşavir , Nazirlər Kabineti Aparatının ümumi şöbəsinə daxil olmuş müraciətin baxılması üçün aidiyyatı üzrə DSKŞ -da aidiyyatı yönləndirildiyini (?-M. B. ) , araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcəyini bildirib. Burada araşdırılmalı nə var ki, bir neçə ay çəkir? Bir neçə dəqiqə gərəkir ki, 1-ci dərəcəli Qarabağ əlilinə 19.03.2019-cu ildə 8800 manat ödənilib - ödənilməməsinə aydınlıq gətirilsin. Ödənilibsə, uyğun maliyyə arayışının , ödəmə qəbzinin , ödənilməyibsə, düzgün məlumatın DSMF-ə təqdim edilməsinə bəyəm bir neçə ay gərəkir? Ritorik sualdır, deyilmi?
Söz sığorta dələduzluğuna hüquqi qiymət verilməsini təmin etməyə borclu olan qurumlardadır. Vicdansızcasına yalan məlumatı doğrusu ilə əvəzləməyə, vicdan ləkəsini yumağa nə qədər vaxt gərəkir? Bəs (8800 manatlıq ) vicdansızlğın cinayət məsuliyyəti müddəti? Böyük Səməd Vurğunun dediyi kimi, rüşvət, korrupsiya olan yerdə vicdan nəyə gərəkir?
Məğrur Bədəlsoy
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1681239987_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1681240053_1.jpg
 

Bölmənin digər xəbərləri

10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO
07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO

Dünyapress TV

Xəbər lenti