Ermənistan yolayrıcında: KTMT, yoxsa NATO? - AKTUAL
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırlaşır.

Bunu təşkilatın nümayəndəsi Yuri Şuvalov bildirib.

Onun sözlərinə görə, KTMT Ermənistanın təhlükəsizliyi naminə bu addımı atmağa hazırdır.

Şuvalov qeyd edib ki, KTMT digər yardım tədbirləri də göstərilə bilər.

Maraqlıdır, KTMT-nin missiyası gəlib nə edəcək? Avropa İttifaqının missiyası təxribatdan başqa nə etdi ki, başqası da gəlib nə etsin?

TEREF.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində bu, çox təhlükəli bir gediştir:

“Ermənistan tərəfi KTMT-yə müraciət edərək, sərhəddə guya təhlükə yarandığını deyib. KTMT-nin əsas məqsədi Avropa İttifaqının oradakı missiyasını bölgədən sıxışdırıb çıxarmaqdır.

Onlar həm Ermənistana kömək etmək, həm də Azərbayana təzyiq göstərmək istəyirlər. Onsuz da biz Rusiyadan başqa bir şey gözləməli deyilik. Bu, birmənalıdır. Azərbaycan və Ermənistan arasındakı sərhədlər müəyyənləşmədiyi üçün KTMT nizamnaməsi qüvvəyə minə bilməz.

Həmçinin, qaçaqmalçılıq və sərhəddə silah-sursat daşınması və insan alveri olanda nizamnamə qüvvəyə minir. Yəni bunlar olmadığı və tərəflər arasında sərhədlər müəyyənləşmədiyi üçün KTMT-nin ora missiya göndərməsi təxribatdır.

Onsuz da Ermənistanın sərhədini rus əsgəri qoruyur. Lakin Ermənistan-Azərbaycan sərhəddini Rusiyanın qoruması mümkün deyil. Çünki bu sərhəd müəyyənləşməyib. Belə olan halda, Rusiyanın bölgəyə ordu yeritməsi tamamilə qanunsuzdur. Ermənilər də ümid edir ki, biz sərhədlərin müəyyənləşməsini yekunlaşdırana qədər, Rusiya işğalçılıq siyasəti həyata keçirəcək.

Onların arzusu Qarabağla Ermənistanı birləşdirməkdir. Amma bunu həyata keçirməyin mümkün olacağına inanmıram. Çünki Azərbaycan hazırda kifayət qədər güclü bir dövlətdir”.

Politoloq vurğulayıb ki, burada artıq NATO-KTMT qarşıdurması var:

“Ümumiyyətlə, KTMT Rusiyadan ibarət bir təşkilatdır. Kreml Avropa İttifaqının missiyasını bölgədən çıxarmağa çalışır. Yəni Rusiya və Avropa İttifaqı arasında orada bir nüfuz savaşı gedəcək. Görünən odur ki, Rusiya bu addımı ilə öz gücünü həm NATO, həm Avropa İttifaqı, həm də Ermənistana göstərmək istəyir. Amma KTMT missiyasının bölgəyə gəlməsi də Azərbaycan üçün heç nəyi dəyişməyəcək”.

Bölmənin digər xəbərləri

10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO
07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO

Dünyapress TV

Xəbər lenti