Fransada doğulmuş Zurabişvili gürcü müxalifətinin lideri ola biləcək? -
Gürcüstan prezidenti Salome Zurabişvili aprelin 3-də Litvaya rəsmi səfər edir. Onun Vilnüsdə Litva Respublikasının ali siyasi rəhbərliyi ilə görüşü planlaşdırılır. Zurabişvili Litva dövlətinin müstəqilliyi uğrunda həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad edəcək, İşğal Muzeyinə, eləcə də Ukraynadan olan qaçqınlar üçün mərkəzə baş çəkəcək.

Bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur:

Salome Zurabişvili müəyyən Qərb dairələrinin arzuladığı qeyri-rəsmi gürcü lideri statusunda Litvaya gedir. Onun hazırkı funksiyaları əsasən sırf təmsilçi xarakter daşıyır.

Qərb dairələri hakim “Gürcü Arzusu” (GA) ilə qətiyyən razı deyil. Amma eyni zamanda anlayırlar ki, indiki müxalifətlə heç nə etmək olmaz. Müxalifət o qədər marginallaşıb ki, son vaxtlar “Xarici təsir haqqında” Qanunun qəbuluna qarşı aksiyalar zamanı etirazçı gənclər müxalifəti sadəcə oyundan kənar vəziyyətdə qoyub: siyasətçiləri meydandan uzaqlaşdırıb, onlara mikrofonlara belə yaxınlaşmaq icazəsi verilməyib.

Bütün bunların fonunda hakim partiyanı tənqid etməyə imkan verən Salome Zurabişvili onun sayəsində, daha doğrusu, onun yaradıcısı olan oliqarx Bidzina İvanişvilinin sayəsində bəlkə də dünyada hökumətə yeganə müxalifət prezidenti olub.

Ötən həftənin sonunda parlamentdə Buçada öldürülən ukraynalıların xatirəsinin bir dəqiqəlik sükutla anması ilə başlayan çıxışı zamanı Zurabişvili “Gürcü arzusu”nu tənqid etmək baxımından özünü üstələyib. O, hər şeydə hakim partiyanı ittiham edib. O cümlədən Gürcüstanın hələ də Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusunu almamasında. Üstəlik, birbaşa “Gürcü arzusu”nun liderlərini.

S. Zurabişvili hakimiyyəti “Avropaya can atan” insanların bu iradəsini yerinə yetirməyə çağırıb. Prezident xatırladıb ki, “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvilinin Gürcüstanın baş naziri kimi ilk səfəri Brüsselə olub.

O qeyd edib ki, bundan iki il sonra Aİ ilə assosiasiya sazişi imzalanıb, daha 2 il sonra viza rejiminin liberallaşdırılmasına nail olunub, 2018-ci ildə isə Gürcüstan Konstitusiyasında Avropaya arzular qeyd olunub.

Zurabişvili bildirib: "Bu, sivilizasiya seçimimizdir və hakimiyyət bunu unutmamalıdır".

Parlamentdə olan hökumət üzvləri və “Gürcü arzusu”ndan (GA) olan parlament çoxluğu sanki şoka düşüb. Zurabişvili Tbilisidə akkreditə olunmuş diplomatik korpusun iştirakı ilə GA liderlərini ölkədəki qütbləşmədə, Avropa Şurasının prezidenti Şarl Mişelin məhz bu qütbləşməni aradan qaldırmaq üçün nəzərdə tutulmuş razılaşmasından geri çəkilmədə ittiham edib, Ukrayna ilə kifayət qədər həmrəy olmamağa, Avropa İttifaqından güzəştli kreditdən imtinaya görə tənqid edib. Bundan başqa, prezident Aleksandr Lukaşenko Gürcüstanın işğal qanununu pozub və Abxaziyaya səfər edib, rəsmi Tbilisi qətiyyətsizlik nümayiş etdirib və Moskvaya qarşı getmək istəməyib, Gürcüstan Aİ-nin Minskə qarşı sanksiyalarına qoşulmayıb – Zurabişvili bütün bunlara görə hökuməti hədəfə alıb.

Zurabişvili vurğulayıb: “Son illər biz Rusiyanı qıcıqlandırmamaq üçün ehtiyatlı olmuşuq. Bu, bəlkə də işğalçı ilə münasibətlərdə təbiidir. Amma rəsmilərin dost və tərəfdaşlarla münasibətdə niyə eyni ehtiyatlı davranmadığı aydın deyil. Nəticədə bu gün biz Avropa ölkələri və tərəfdarımız hesab edilən qurumlarla münasibətlərimizi korladıq”.

GA rəhbərləri Salome Zurabişvilinin çıxışının tonundan bir daha şoka düşüb və onun ittihamlarını başadüşülən heç nə ilə əvəz edə bilməyiblər. GA-ın liderlərindən yalnız biri - İrakli Kobaxidze “Gürcü arzusu”nun Zurabişvilini prezident postuna seçdiyinə görə ictimaiyyətdən üzr istəyib və onu GA-nın ideallarından geri çəkilib, “radikal ekstremist müxalifətin ruhunda danışmaqda” ittiham edib.

S. Zurabişvilinin müxalifətə rəhbərlik etmək və Qərbin tamah saldığı Gürcüstanın əsl siyasi lideri olmaq şansı varmı? Çox güman ki, yox. Onun üçün "tamamilə özünə" çevrilmə ehtimalı yoxdur, çünki ölkə əhalisi arasında məhdud populyarlıq var. Bu illər ərzində mükəmməl gürcü dilində danışa bilməyən “fransalı” kimi (prezident Fransada doğulub – red.) o, müəyyən dərəcədə “özününkülər arasında yad” olaraq qalır.

Zurabişvili hakimiyyətə qarşı getsə də, həbsdə olan eks-prezident Mixeil Saakaşvili və müxalifət telekanalı “Mtavari”nin eks-rəhbəri Nika Qvaramiya üçün prezident əfvi tələb edən müxalifətin tərəfinə keçmir. O, dəfələrlə Saakaşvilini heç bir şəkildə əfv etmək fikrində olmadığını bildirib. Çətin ki, dövlət başçısı planlarını dəyişsin. Axı, əgər Zurabişvili, nəhayət, parlamentdəki çıxışı ilə öz “oyun”una başlamaq qərarına gəlibsə, o zaman əfvdən sonra müxalifət onun arxasınca getməyəcək, lider Saakaşvilinin özü olacaq.

Digər tərəfdən, S. Zurabişvili bəlkə də bu gün reytinqi yüksələn ən ali səviyyəli gürcü siyasətçisidir. Onun siyasi instinktlərini qiymətləndirməmək olmaz. Zurabişvilinin özü GA-ya və əslində, İvanişviliyə qarşı çıxaraq, "məhdud populyarlıq" ilə ağırlaşan mövqelərinin kövrəkliyini başa düşür. Ona görə də belə görünür ki, parlamentdəki çıxış onun üçün reytinqi müəyyən qədər yüksəltməklə yanaşı, Qərbdə “özününkü olma” obrazı yaradır. Bəlkə də praktiki davamı olmadan.

Reyting.az

Bölmənin digər xəbərləri

10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO
07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO

Dünyapress TV

Xəbər lenti