Qazaxıstanın şimalında Rusiyapərəst separatçılar baş qaldırırlar
Qazaxıstanın şimalında Petropavlovsk şəhərində 19 fəal Qazaxıstandan öz “müstəqilliklərini” elan edib və Xalq Şurasını çağırıblar, Arbat.media bildirir.

“Biz sərbəst və azad xalq, kişilər və qadınlar, Şimali Qazaxıstan Respublikasının Petropavlovsk şəhərinin çalışan sakinləri, Qazaxıstan Respublikası korporasiyasının hüquqi əsasının saxta olması, xalqın həyatı üçün əlverişsiz şəraitin yaradılması, habelə onun agentlərinin bacarıqsızlığı və şərəfsizliyi səbəbindən bizim sərvətimizi və resurslarımızı idarəetmə sisteminin bütün təsisçilərinə və işçilərinə tam inamsızlığımızı bildiririk. Biz xalq olaraq öz müstəqilliyimizi, sərbəstliyimizi və suverenliyimizi elan edirik”, – separatçılar bəyan edirlər.

Onların 19 mart 2023-cü il tarixli görüşdə sədr və katib seçdikləri, “bəyannamə”, “nizamnamə layihəsi”, “Xalq Şurasının simvolları”nı qəbul etdikləri bildirilir.

Toplaşanlar Qazaxıstanın təhsil, qida məhsulları və səhiyyə sisteminə qarşı çıxıblar. “Uğurlu sovet təhsili sistemi destruktiv dərsliklərlə xarici standartlara uyğun surroqatla tərəfindən əvəz edilib..”,- bəyanatda deyilir.

Mətndə Qazaxıstan dövlətindəki digər sahələr haqqında da oxşar tənqidi fikirlər var.

2022-ci ilin avqustunda Şimali Qazaxıstan vilayətində məhkəmə videoçatda separatizmə çağırışna görə iki sakini beş il həbs cəzasına məhkum edib. Bundan öncə bu ölkədəki digər separatçılar da sərt şəkildə mühakimə edilib. Bütün hallarda cinayətkarlar Qazaxıstan millətinin rus etnik qrupuna aiddir.

Həmçinin 2017 və 2019-cu illərdə rus adları və soyadları olan separatçıların mühakiməsi olub.

2014-cü ildə Qazaxıstan Respublikası Cinayət Məcəlləsində yer alan “Separatçı fəaliyyət”ə dair 180-cı maddə son vaxtlar olduqca fəal işləyir. Sosial şəbəkələrdəki virtual döyüşlərin iştirakçıları Qazaxıstan sərhədlərini öz düşüncələrinə görə özbaşına “dəyişdirirlər “, sonra buna görə cəmiyyətdən təcrid olunmaq üçün real müddət alırlar”, – Liter.kz bildirir.

“Ümumilikdə, separatçıların orta yaşı 40-50-dir, yəni hamısı formalaşmış insanlardır. Onların çağırışları oxşardır – Qazaxıstanın ərazi bütövlüyünün pozulması. Onların hamısı hələ də SSRİ-nin dirçəlməsini, imperiya, müstəmləkə düşüncəsinə sahib insanları xəyal edirlər. Onların mətbəxdə oturub öz aralarında öz fikirlərini bölüşməsi bir şeydir, digər adamları açıq şəkildə çağırmaq və öz ideyalarına inandırmağa başlamaq başqa bir şeydir. Bu, artıq cinayət əməlinin tərkib hissəsidir. Bizim unitar dövlətimiz var, bu Konstitusiyada təsbit edilib, odur ki, istənilən təxribatların qarşısı alınmalıdır”, – Petropavlovsk Şəhər Məhkəməsinin hakimi Almas Jumaqazin nəşrə bildirib.

30 mart 2023-cü ildə Milli Təhlükəsizlik Komitəsinin Şimali Qazaxıstan vilayəti üzrə Departamentində “Petropavlovsk şəhəri əməkçilərinin Xalq Şurası”nın yaradılması haqda videoçarxın sosial şəbəkələrdə yerləşdirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsilə (KİV-dən istifadə etməklə bir qrup şəxsin separatizmi təbliği) məhkəməyə qədərki istintaq başlayıb.

İş üzrə prosessual prokurorlar təyin edilib. Qazaxıstan Baş Prokurorluğu bildirib ki, məhkəməyə qədərki istintaq çərçivəsində əməliyyat-istintaq tədbirləri, o cümlədən axtarışlar aparılır, həmçinin müvafiq məhkəmə ekspertizaları təyin edilib.

Dünən Rusiya Federasiyasının prezidenti V.Putin Rusiya dövlətinin fəaliyyətinin xarici siyasi konsepsiyasını imzalayıb. Sənəddə “rus dünyasının müdafiəsi” üçün Kremlin məsuliyyəti xüsisilə vurğulanır. Bu, Rusiyanın yüksək səviyyəli sənədində təsbit edilən yeni anlayışdır ki, bütün keçmiş sovet ölkələrində separatizmə sövq edə bilər.

* Petropavlovsk Qazaxıstanın şimalında (Şimali Qazaxıstan vilayətinin inzibati mərkəzi) Rusiya ilə sərhəddən 40 km cənubda yerləşir. Əhalisi 200 mindən çoxdur, bunların 58% – i rusdur.

Şəhərin aparıcı müəssisəsi neft və qaz avadanlığı istehsalçısı olan “Petropavlovsk ağır maşınqayırma zavodu” dur.(Turan)
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680435801_2.jpg
 
 
 

Bölmənin digər xəbərləri

10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO
07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO

Dünyapress TV

Xəbər lenti