Ardını oxu...
HƏMAS gələcəkdə Qəzzanı idarə etməyi planlaşdırmır.

Bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, radikal təşkilatın nümayəndələri təsdiqləyiblər ki, atəşkəs sazişinin hər üç mərhələsində ona əməl etmək niyyətindədirlər və gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirak etməyəcəklər:

"Misir hazırda anklavın sakinlərinə yardım göstərilməsi və onun bərpasına cavabdeh olacaq müvəqqəti komitənin yaradılması ilə bağlı intensiv danışıqlar aparır. Əlavə məlumat verilmir".

HƏMAS hələlik bu xəbərlərə münasibət bildirməyib.(Report)
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsini döyüş zonasına dəvət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski özü açıqlama yayıb.

“Eşitmək yox, reallığı kimsənin təsirinə düşmədən öz gözlərinlə görmək lazımdır. Mən istəyirəm ki, o, hərbçilərlə, Sırski və briqada komandirləri ilə görüşsün, onun hesabatı bunların əsasında olsun. Odur ki, mən Kit Kelloqu ön cəbhəyə dəvət etdim”, — Ukrayna Prezidenti deyib.
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə görüşü Avropa İttifaqında reaksiyalara səbəb olub və Ukraynaya qarşı mümkün güzəştlərlə bağlı narahatlıqları artırıb.

“AzPolitika” xəbər verir ki, “Bloomberg” analitikləri Ukrayna hadisələrinin inkişafı üçün üç əsas ssenarini araşdırıblar.

Həmin ssenarilər bunlardır:

Əsas ssenari

İşğal olunmuş ərazilərin qeyri-müəyyən müddətə Rusiyanın nəzarəti altında qalacağı ehtimal edilir. Eyni zamanda, cəbhə xəttinin qismən dəyişdirilməsi, xüsusən də hazırda Ukrayna qüvvələrinin fəaliyyət göstərdiyi Kursk vilayətində ərazi mübadiləsi yolu ilə mümkün ola bilər. Ukraynaya müəyyən təhlükəsizlik zəmanətləri verilə bilər, lakin bunun nə dərəcədə effektiv olacağı danışıqların əsas mövzusu olacaq. NATO-ya üzvlük ehtimalı az olduğundan, təhlükəsizlik vədləri Vaşinqtonda gələcək siyasət qərarlarından asılı olacaq. Avropa liderləri Ağ Evlə əlaqə saxlamağa çalışacaqlar ki, Tramp Aİ-nin öz müdafiə potensialını artırmağa vaxt tapmadan Kiyevə dəstəyini dayandırmasın.

Optimist ssenari

Kiyev üçün ən müsbət variant ABŞ və Avropanın açıq təhlükəsizlik zəmanəti verməsi, o cümlədən Moskva razılaşmaları pozarsa, hərbi müdaxilənin mümkünlüyü ola bilər. Lakin NATO ilə Rusiya arasında birbaşa münaqişə riski yüksək olaraq qalır və hətta Ukraynanın ən sadiq müttəfiqlərini belə çəkindirə bilər. Kiyevin tərəfdaşları yeni aqressiv hərəkətlər olacağı təqdirdə hərbi yardımı artıracaq və Kremlə sanksiyalar təzyiqini artıracaqlarını vəd edə bilər.


Qərb ölkələri həmçinin Ukraynaya öz müdafiə sənayesini bərpa etməkdə və ordusunu gücləndirməkdə kömək edə, gələcək Rusiyanın təcavüzünə qarşı etibarlı sədd yarada bilər. Aİ bütün bu şərtləri yerinə yetirsə, o, növbəti onillikdə Ukraynanın birliyə qoşulmasını sürətləndirə, şərq cinahını gücləndirə və qonşuları üzərində real təsir göstərə bilər.

Pessimist ssenari

Ukrayna üçün ən pis ssenari ondan ibarətdir ki, Tramp hələ danışıqlar prosesi başa çatmamış münaqişəyə marağını itirir, hərbi və maliyyə yardımlarını kəsir, Avropa isə vəziyyətdən çıxış yolunu təkbaşına axtarmağa məcburdur. Tramp və Putin arasında danışıqlar sülh razılaşması ilə nəticələnsə belə, bu, Kremlin Rusiya ilə NATO arasında müharibə kimi qiymətləndirdiyi münaqişənin növbəti mərhələsinə keçməsi üçün bu, yalnız müvəqqəti möhlət olardı. Belə bir razılaşma bəlkə də Ukraynaya bərpa prosesinə başlamağa kömək edə bilər, lakin bu, Kiyevin NATO-ya üzv olma ehtimalını da azaldacaq, çünki bu, Moskvaya əhəmiyyətli ərazi qazancları verəcək.

Belə bir inkişafdan başqa bir təhlükə, Putinin imperiya strategiyasının bir hissəsi kimi görməkdə davam edən Baltikyanı ölkələr üçün artan təhlükədir. Ukraynanın itirilməsi Rusiyanın ekspansiyasının yeni mərhələsinin başlanğıcı ola bilər.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, ötən gün ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutdu. Bir çox yerli və xarici ekspertlər, medialar bu danışıqları iki ölkə münasibətlərinin normallaşması kimi dəyərləndirməyə başlayıb. Putinin “məğlub lider”dən “qalib lider”ə çevrildiyini düşünənlər də var.

Bu yaxınlıq fonunda Azərbaycan və Rusiya gərginliyi ölkəmizə nə vəd verir?

Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev deyib ki, Donald Tramp səsləndirdiyi bəyanatlar, atdığı addımlarla öz şəxsi imicini rəhbərlik etdiyi dövlətin imicindən öndə tutur:

“Ona görə də Rusiya-Ukrayna müharibəsini dayandırmaq missiyasını üzərinə götürüb. Yayılan məlumatlara görə, Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Ukrayna müharibəsinin dayandırılması istiqamətində danışıqlar aparılacaq. Tramp özünü diqqət mərkəzinə çəkib, sülh vasitəçisi olduğunu göstərmək istəyir. Ümumiyyətlə, ABŞ xarici siyasətində atılan hər bir addım birbaşa dövlət liderinin iradəsindən asılı deyil. Prezident bu qərarları ya Pentaqon şefi, ya da ABŞ-a bağlı olan xüsusi xidmət orqanlarının rəhbərləri ilə məsləhətləşir”.

Politoloq Donald Trampın Rusiya və Ukrayna arasında sülhü təmin edəcəyini düşünmür:

“2017-2021-ci illərdə Tramp hakimiyyətdə olanda bir neçə dəfə Qərb dövlətlərinin israr və təkidi ilə Rusiya və Ukrayna liderləri bir masa arxasında əyləşib, gərginliyin aradan qaldırılması üçün müzakirələr aparırdılar. Lakin nəticə göz qabağındadır. Hazırkı vəziyyətdə Putinin tezliklə sülh sazişini imzalayacağını düşünmürəm. Müvəqqəti atəşkəs, yaxud da sənəd imzalana bilər. Ukrayna heç vaxt işğal olunmuş ərazilərinin Rusiyada qalmasını qəbul etməyəcək. Rusiyanın da mövqeyi məlumdur. Həmin ərazilərin öz səlahiyyətində qalmasında maraqlıdır”.

Elçin Abdullayev qeyd edir ki, Rusiya dünyaya meydan oxuyan bir ölkə idi, hazırda isə Qərb tərəfindən ona qarşı yürüdülən siyasətin fonunda küncə sıxışdırılıb:

“Rusiyanın bu dalandan çıxıb əvvəlki gücünü bərpa etməsinə ABŞ-ı idarə edən qüvvələr imkan yaratmayacaq. Müəyyən qədər nəfəslik qoya bilərlər. Amma bu da Rusiyaya heç nə vəd etməyəcək.
Putin Azərbaycana meydan oxuya bilməyəcək. Hazırda münasibətlərin gərin olmasının səbəbi Rusiyanın rəsmi Bakının tələblərini yerinə yetirməkdən yayınmasıdır. Lakin Azərbaycanı da itirmək istəməz. Buna uyğun yanaşma nümayiş etdirməlidir.

Tramp və Putin münasibətlərinin normal olması ölkəyə mənfi, yaxud da müsbət bir şey vəd etmir. Rəsmi Bakıya münasibətdə digər ölkələr Türkiyə amilini də nəzərə alırlar”.
 
Ardını oxu...
Azərbaycan aviaşirkəti AZAL-ın təyyarə faciəsindən Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdləri uğursuzluğa məhkumdur.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Diplomat qeyd edib: "Təyyarə qəzası nəticəsində həm Azərbaycan, həm də bizim vətəndaşlarımız həyatlarını itirdilər, bu faciə həm orada, həm də bizdə dərindən hiss olunur. Amma buna baxmayaraq, bəziləri bunun üzərindən öz maraqlarını güdməyə çalışırlar. Xalqlar, xüsusən də ortaq tarix və regionda ümumi məsuliyyət zonasına sahib ölkələr arasında nifaq salmaq cəhdləri uğursuz olacaq".
 
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan parlamentinin ölkənin “Avropa İttifaqına qoşulma prosesinin başlanması”nı təsdiqləməsinə münasibət bildirib. Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə məsələnin siyasi ehtiraslarda deyil, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin qurulduğu hüquqi-normativ bazaları və tarif sistemlərində olduğunu söyləyib. Onun sözlərinə görə, bu təşkilatların hüquqi normativ bazaları və tarif sistemləri qarşılıqlı istisna xarakteri daşıyırlar. Rusiya XİN sözçüsü söyləyib ki, əlbəttə, söhbət Ermənistanın suveren seçimindən gedir, lakin onların planlaşdırdıqları addımların bütün nəticələrini əhaliyə izah etmək məsuliyyəti Avrasiya İqtisadi İttifaqının deyil, indiki Ermənistan hakimiyyətinin üzərinə düşür. Mənzərəni tamamlamaq üçün bu cür addımların necə bitdiyinə dair yaxın tarixdən nümunələr də vermək lazımdır.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Sherg.az”a söyləyib ki, Putin başda olmaqla Rusiya rəsmi şəxsləri Ermənistanın davranışlarına konkret münasibət bildirməlidirlər:

“Hələ ki Rusiya məsələlərə sərt müdaxilə etmir və yaxud da buna imkanları yoxdur. Sadəcə olaraq Rusiya tərəfindən “Ermənistan müəyyən şeyləri etməməlidir” şəklində bəyanatlar eşidirik. Ermənistan isə zaman-zaman Rusiyanın dediklərinin əksinə olaraq həmin şeyləri reallaşdırır. Yəni Avropa İttifaqı və Avropa ilə yaxınlaşır. Hətta fikrimcə, bu məsələlərin arxasında Ermənistanın NATO ilə yaxınlaşması da dayanır. Rusiya konkret addımlar ataraq ya hu hadisələrin qarşısını almalıdır, ya da situasiya ilə barışmalıdır. Digər tərəfdən Kremlin bəyanatları boş və manasız səslənir. Həmçinin Ermənistanın davranışlarında da anlaşılmazlıq var. Məsələn, həm Rusiyanın hegemon olduğu KTMT-də qalır, həm də Avropa İttifaqına üzv olmaqla bağlı addımlar atır, Amerika ilə strateji tərəfdaşlıq haqqında xartiya imzalayır. Yəni Ermənistan hansı cəhbəni seçdiyini elan etməlidir. Hesab edirəm ki, hər iki tərəf mövcud olan qeyri-müəyyənlikləri dəqiqləşdirməlidir. Eyni zamanda Ermənistan və Rusiya publikaya və Qərbə qarşı oyun oynaya bilər. Çünki Ermənistan ticarət sahəsində Rusiya ilə mövqeyi tamamilə fərqlidir”.
 
Ardını oxu...
ABŞ kəşfiyyat agentliklərinin məlumatına görə, İsrail Tehranın zəifləməsindən yararlanmağa çalışaraq bu il İranın nüvə obyektlərinə irimiqyaslı zərbələr endirmək imkanını nəzərdən keçirir.
Əgər ABŞ və İsrail nüvə obyektlərimizi vurmağa cəsarət etsə, İran yüzlərlə dəfə çox nüvə obyektləri tikəcək. Bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian Buşehr əyalətinə səfəri zamanı deyib.
"Onlar (ABŞ və İsrail bizim nüvə mərkəzlərimizə zərbə endirməklə hədələyirlər. Binaları vura bilərlər, lakin onları tikən "beyinlərə" zərbə vura bilməzlər. Yüz mərkəzə zərbə endirsinlər, yenə minlərlə eyni mərkəz tikiləcək", - İran prezidenti bildirib.

Bundan əvvəl "The Wall Street Journal" yazıb ki, ABŞ kəşfiyyat agentliklərinin məlumatına görə, İsrail Tehranın zəifləməsindən yararlanmağa çalışaraq bu il İranın nüvə obyektlərinə irimiqyaslı zərbələr endirmək imkanını nəzərdən keçirir.
Fevralın 10-da ABŞ prezidenti Donald Tramp deyib ki, İranın nüvə silahı inkişaf etdirməsi ya bombalarla, ya da müqavilə imzalamaqla dayandırıla bilər. ABŞ lideri əlavə edib ki, o, hərbi zərbələrə əl atmadan İslam Respublikası ilə razılığa gəlmək istəyir.
Ardını oxu...
ABŞ Nümayəndələr Palatasının deputatı, konqresmen Qreqorio Kasar İlon Maskın hökümətin xərclərinin ixtisar edilməsi ilə bağlı apardığı siyasəti tənqid edib.

Gununsesi.info bildirir ki, konqresmen İlon Maskı vətəndaşların sosial təminatını əlindən almaqda ittiham edib.

“Heç bilirsinizmi ki, cənab Mask öz müqavilələri üçün federal hökumətdən gündə nə qədər pul alır? Gündə 8 milyon dollar! Bu ölkədə sosial təminatla yaşayan orta statistik adam, pensiyaçı yaşamaq üçün gündə nə qədər pul qazandığını bilirsinizmi? 65 dollardır. Biz İlon Maskın gündə 8 milyon dollar qazanmasına baxmırıq, amma Respublikaçı alt komitənin nümayəndələrinin sizin nənənizin 65 dollarında gözü var”, – deyə konqresmen çıxışında bildirib.

O bildirib ki, Respublikaçılar hökumətin səmərəliliyindən danışarkən, vergi ödəməyən və dövlət müqavilələri ilə varlanan milyarderləri görməməzliyə vururlar: “Onlar İlon Maskı məsuliyyətə cəlb etməli olan nəzarətçilərin işdən çıxarılmasına baxmırlar. Amma dövlət məktəblərini, rifahınızın ixtisarına baxırlar”.
Ardını oxu...
Lukaşenkonun Belarusu Rusiyanın Avropa İttifaqına, NATO-ya qarşı bir növ “döyüş” meydanıdır

Ukrayna Prezidenti Volodimir Zelenski Putinin 2025-ci ildə Belarusa qoşun yerləşdirə və onu Rusiya-Ukrayna müharibəsinə cəlb edəcə biləcəyinə eyham vurub. Çox güman ki, o, Putin üçün Belarus üzərində nəzarət səviyyəsinin getdikcə artdığını nəzərdə tutur. Və bu halda Lukaşenkonun hər hansı addımlarında “müttəfiqini” mümkün qədər dəstəkləməkdən başqa çarəsi qalmayacaq.

Xüsusilə, Rusiya kontingentinin təlimlər adı altında Belarus ərazisinə daxil olması istisna deyil. Xatırlatmaq istəyirəm ki, "Qərb - 2021" təlimlərinin keçirilməsi ruslara öz qüvvələrini Belarusda cəmləşdirməyə və daha sonra Ukraynaya şimaldan hücum etməyə imkan verdi. Qoşunların Belarus sərhədində yerləşdirilməsi Ukraynanın Avropa İttifaqı ilə sərhədində, Litva və Ukrayna ilə təzyiqi artırdı.

Yəni bu, Ukrayna üçün təhlükələr yaradır. Axı biz şimaldan Kiyev, Çerniqov və ya Rivne vilayətlərinə təkrar hücum gözləmirik. Lakin bu variantı istisna etmək olmaz, ona görə də Ukrayna Müdafiə Qüvvələri sərhədi mümkün qədər gücləndirir.

Digər tərəfdən, Lukaşenkonun Belarusu Rusiyanın Avropa İttifaqına, NATO-ya qarşı bir növ “döyüş” meydanıdır. Kreml Avropa ölkələrinə qarşı buradan təıxribat törətməyə kifayət qədər qadirdir. Üstəlik, ya hibrid, ya da birbaşa hərbi təxribat eyni Polşaya və ya Litvaya qarşı törədilə bilər. Polşa və ya Litva sərhədində Belarus və ya Belarusdan gələn rus qoşunları arasında hətta kiçik silahlı toqquşma olarsa, NATO və Avropa İttifaqı ölkələrinin bütün diqqəti bu ərazilərə yönələcək. Və müvafiq olaraq, Ukraynaya yardım əhəmiyyətli dərəcədə azala bilər.

Biz bunu 2023-cü ilin oktyabrından sonra İsraildə baş verən hadisələrin timsalında gördük. Dünya mediasının və siyasətçilərinin əksəriyyəti diqqətlərini Yaxın Şərqdəki problemlərə yönəltdilər. Ukrayna isə vəd etdiyi silah həcmlərini belə almadı.

Və daha bir məsələ - belarusların özləri üçün risklər var. Putinin hərbi yardıma ehtiyacı olacağı ehtimalı çoxdur. Artıq Şimali Koreya əsgərlərini döyüşlərə cəlb etdiyi üçün Belarus əsgərlərini də cəlb edə bilər. Xüsusilə nəzərə alsaq ki, Rusiya və Belarus arasında yeni tərəfdaşlıq sazişində “ölkələrdən birinə hücum” bəndi var ki, bu da “digərinə hücum” sayılacaq.

Putinin Lukaşenko üzərində çoxlu təsir rıçaqları var ki, lazım olanda Kremlə sərfəli qərar qəbul etsin. Və əgər Lukaşenko hansısa yolla Kremlin iradəsini yerinə yetirmək istəmirsə, Putinin həmişə Belarus diktatorunu aradan götürmək və özünə daha sadiq birini təyin etmək imkanı var. Və ya hətta Belarusu ilhaq da edə bilər.

Putinin Lukaşenkoya hansı təkliflər verəcəyini bilmirik. Keçən ilin sonunda biz hamımız gördük ki, müxtəlif Avropa ölkələrinin nümayəndələri və diplomatlar qeyri-rəsmi olaraq Lukaşenkoya mesajlar göndərdilər. Məncə, onların müəyyən ümidləri var idi ki, Lukaşenko qondarma prezident seçkiləri ərəfəsində siyasi məhbusları azad edəcək, bəlkə də Belarus cəmiyyətinə təzyiqləri azaldacaq...

Avropalılar təbii ki, bu “yenidən seçkiləri” tanımırlar. Lukaşenkonun isə prinsipcə, Kremllə daha sıx əməkdaşlıq etməkdən başqa yolu yoxdur. Nə vaxtsa o, tamamilə öz tərəfinə keçə bilər. Ümumiyyətlə, Lukaşenko dözümlü və hiyləgər siyasətçidir. Amma o, kiçik variantlarla küncə sıxışdırılsa, Rusiya ilə inteqrasiyanı daha sərfəli hesab edəcək.

Müəllif: Yaroslav Çornoqor - "Ukrayna prizması" analitik mərkəzinin "Rusiya və Belarus studiyaları" proqramının direktoru.

Mənbə: UNİAN
 
Ardını oxu...
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsində həlledici nöqtələrdən biri Kiyevin NATO-ya üzv olacağı ilə bağlı iddialardır. Siyasi dairələrdə Qərbin Ukraynaya belə bir vədi olduğu deyilsə də, NATO Baş katibi Mark Rutte bunu təkzib edib.

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Ukraynanın NATO-ya üzvlük bəndi qəbul edilməyəcək:

“Kremlin məsələ ilə bağlı konkret yanaşması var. Belə ki, Ukrayna NATO-ya üzv olmamalı və Rusiyanın çevrələnməsi siyasəti tam dayandırılmalıdır. Bu danışıqlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Çünki ortada işğal faktı var. Danışıqlar yalnız beynəlxlaq hüququn bərpası, işğalın dayandırılması, işğalçı qüvvələrin ərazilərdən çıxarılması səviyyəsində aparılmalıdır. Amma ortada qlobal sövdələşmədən söhbət gedir ki, bu da işğala haqq qazandırır. Eyni zamanda gələcək işğallara da yol açır”.

Politoloq bildirib ki, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlişinin dünyaya sülh gətirəcəyini düşünmək tamamilə yanlışdır:

“Tramp dünyada qütbləşməni, savaşları daha da tətikləyəcək. Rusiya özünü qalib elan edərsə, postsovet ölkələri zərər çəkəcək. Azərbaycan, ümumilikdə türk dünyası üçün ən yaxşı çıxış yolu bir olmaqdır”.

Dünyapress TV

Xəbər lenti