Əliyevin inanılmaz planı:
Bu gün Araz çayı üzərində inşa edilən “Qız Qalası” və “Xudafərin” su qovşağı və SES-in açılış mərasimi keçiriləcək. Mərasimdə Əliyevlə Rəisi də iştirak edəcəklər.

Bu bəndlərin inşa edilməsi Azərbaycanın yaxın tarixinin bəlkə də çox az bilinən səhifəsidir. Araz çayı üzərində belə bir layihənin həyata keçirilməsi sazişi 1989-cu ildə imzalansa da, I Qarabağ müharibəsi və torpaqlarımızın işğalı razılaşmanın praktiki müstəvidə icrasına imkan vermədi. Bakı və Tehran layihənin icrası və inşa ediləcək bəndlərdən – enerji və su resurslarından birgə istifadə ilə bağlı sazişi 2016-cı ildə təsdiq etdilər. Həmin vaxt Qarabağ hələ də işğal altında idi və bunun fonunda Bakının belə bir addımı niyə atması suallar yaradırdı. Belə görünürdü ki, Azərbaycan işğal altındakı ərazilərə əli çatmasa da, belə bir sazişlə ən azı diplomatik müstəvidə o torpaqların özünə məxsus olduğunu nümayiş etdirir. Hərçənd bu addım Azərbaycan daxilində hakimiyyətə qarşı ciddi ittiham mövzusuna da çevrilmişdi.

Razılaşmadan ən çox sevinən isə İran və ermənilər idi. Tehran işğal altında olan Arazboyu əraziləri əkin sahəsi kimi istifadə edir və düşünürdü ki, su qovşağı və SES-in inşası başa çatandan sonra işi bir qədər də asanlaşacaq, “müftə məhsul” artacaq. Və bunu Azərbaycanla birlikdə həyata keçirməsini də əlavə qazanc olaraq görürdü. Ermənilər də İranın əkin sahələrindən öz payını alır, layihəyə də “yatırım” olaraq baxırdılar.

Məsələni anlamaq asan deyildi: praktiki olaraq heç nə qazanmadığımız, əksinə, ermənilərin qazanc götürdüyü bu addım niyə atılmışdı? Hər şey təkcə diplomatik müstəvidə “bu ərazilərimiz bizimdir” demək üçün idimi?

Əliyevin hansı gedişi etdiyi, əslində nəyi planlaşdırdığı 2020-ci ildə Vətən müharibəsi zamanı ortaya çıxdı.

44 günlük müharibənin gedişində Azərbaycan Ordusunun digər ərazilərlə müqayisədə daha rahat və sürətli hərəkət etdiyi bölgə Arazboyu ərazilər idi. Hətta ermənilər Zəngilanın cəmi 4 “Pikap”la azad edildiyi iddiasını da irəli sürürdü. Bu, şişirdilmiş görünürdü, hərçənd, Ordunun bu istiqamətdə daha sürətli irəliləməsi realdır və əməliyyat taktikasına görə mühasirənin yaradılması – Laçın dəhlizinə çıxış da bu istiqamətdən həyata keçirilib (həmin dövrün məlumatlarına əsasən belə demək mümkündür). Bunun səbəblərindən biri Arazboyu ərazilərin minalardan təmizlənmiş olması, yaxud digər ərazilərlə müqayisədə daha az minalanmış olması idi. Hələ işğal dövründə məlumatlar vardı ki, Azərbaycanla Araz çayı üzərində bəndlərin inşa edilməsinə razılaşan İran separatçılardan əkin sahəsi kimi istifadə etdiyi çay boyu ərazilərin minalardan təmizlənməsini tələb edib və işğal olunmuş ərazilərin 10 kilometrlərlə dərinliyinə qədər “təhlükəsiz zona” yaradılıb. Bu proses məhz “Qız Qalası” və “Xüdafərin” bəndlərinin inşasına başlanmasından – 2016-cı ildə razılaşmadan sonra sürətləndirilib.

44 günlük müharibədə bəlli oldu ki, Azərbaycan 2016-cı ildə bu razılaşma ilə həm də mümkün hərbi əməliyyatlarda Ordunun hərəkəti üçün “təhlükəsiz dəhliz” yaradırmış. Hesablama dəqiqliyi ilə baş tutdu.

2016-cı ildə isə Əliyevin niyə bu addımı atdığını təkcə Azərbaycanda yox, elə İranda da, Ermənistanda da anlamırdılar.

Və bu gün Əliyev azad edilmiş ərazilərdə 8 il öncə “təməlini atdığı” bəndlərin açılışını özü edir.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti