Ardını oxu...
Son günlər Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərin sayında artım müşahidə edilir.

Azərbaycan çoxmillətli, çox konvensiyalı dövlətdir və ermənilər də ölkəmizdə yaşayan bütün millətlər kimi, Azərbaycan vətəndaşlığını qəbul edib pasport ala bilərlər.

Politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan vətəndaşlığını istəyənlər kifayət qədərdir və bizim bu haqda məlumatlarımız var.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
“Ermənistanda bəzi qüvvələr var ki, onlar özlərini Rusiyanın müttəfiqləri kimi göstərirlər”.

Teref.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib.

Siyasi şərhçi Ermənistanın paytaxtı İrəvanda ağaclara yapışdırılan vərəqələrdə yazılan “Krım – Rusiyadır, Donetsk – Rusiyadır, Luqansk – Rusiyadır, Mariupol – Rusiyadır, Zaporojye – Rusiyadır, Xerson – Rusiyadır, Tiraspol – Rusiyadır, Tsxinvali – Rusiyadır, Şimali Qazaxıstan – Rusiya olacaq, Artsax – (Qarabağ-red) qoy Rusiya olsun” şüarlarından söz açıb.

Xatırladaq ki, vərəqələrdə Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” fraksiyasının loqotipləri yapışdırılsa da, müxalifət fraksiyası bu məsələ ilə bağlı iddiaları rədd edib.

M. Əliyev bu məsələnin pərdəarxası məqamlarına toxunaraq vurğulayıb ki, Ukrayna, Şimali Qazaxıstan və s. məsələlər Rusiya üçün reveranslar təşkil edir:

“Lakin, əslində, həmin qrupların əsas məqsədi Rusiyanın Qarabağ məsələsində mövqeyinin dəyişdirilməsi, bu ölkənin Azərbaycana qarşı çıxış etməsidir. Ona görə də onlar Ukrayna və Qazaxıstan məsələsini irəli sürürlər, amma əsas məqsəd Qarabağdır.

Onlar müharibə bitəndən sonra kifayət qədər aktiv şəkildə Rusiya ilə müttəfiq olmalarını, Rusiyaya sadiq olduqlarını göstərərək, Azərbaycanı Rusiyanın düşməni kimi təqdim etmək siyasətini aktiv şəkildə aparıblar. Amma indiyə qədər bu, heç bir müsbət nəticə verməyib. Çünki biz görürük ki, Rusiyanın Qarabağla bağlı siyasəti əvvəlki qaydada qalır. Amma yenə də o qüvvələr çalışırlar ki, bəlkə nəsə alındı”.

Analitik bu məsələdə Kremlin “barmağı”nının olduğuna inanmadığını deyib:

“Çünki Rusiyaya lazım deyil ki, hansısa erməni orada plakat yapışdıracaq və s. şeylər edəcək. Kreml istəsə, öz işini görəcək. Ordusu Qarabağdadır və kifayət qədər imkanları da var ki, ona lazım olsa, Azərbaycana qarşı hərəkət etsin. Bunun üçün Ermənistandan hansısa bir dəstək Rusiyaya lazım deyil. Sadəcə olaraq erməni tərəfi çalışır ki, aranı vuraraq qarşıdurma yaradıb bundan istifadə etsin.

Qısacası, əgər onlar deyirlər ki, Qarabağda Rusiya daim olmalıdır, bəli, bu, həm də Azərbaycana qarşı olan mesajdır”.

 
Ardını oxu...
Laçının Zabux kəndini tərk edən daha bir erməni evini yandırıb.


Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Kadrlarda 86 yaşlı erməni sakinin yaşadığı evə od vurması əks olunub.

Qeyd edək ki, bundan əvvəl də Laçını tərk edən bir neçə erməninin evini yandırması ilə bağlı görüntülər paylaşılmışdı.

Xatırladaq ki, oxşar hadisələr ermənilərin hələ 2020-ci ildə azad olunmuş əraziləri tərk edərkən də baş vermişdi. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün avqustun sonunadək vaxt verilib.
 

Ardını oxu...
Zabuxda qanunsuz məskunlaşmış hayların qondarma "mer"i, 2017-ci ildə Suriyadan köçürülərək Azərbaycan torpağında qanunsuz məskunlaşmış Andranik Çavuşyan ailəsini: arvadını və beş uşağını əşyaları ilə birlikdə Xankəndinə göndərib.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, revanşist xislətli A.Çavuşyan bunu "Kavkazki uzel" müxbirinə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, ümumilikdə, Zabuxdakı hayların 90 faizi artıq təxliyə edilib - qadınlar və uşaqlar gedib, əşyaların çoxu daşınıb. "Hazırda kənddə 30-a qədər erməni var. Onlar əsasən yerdə qalan əmlaklarını daşıyanlardır".

Üzdəniraq " mer" bildirib ki, Zabuxda Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz "polis"ləri və Rusiya "sülhməramlı"ları növbətçilik edirlər...

“Axavnoda(Zabux-S.L.) yaşayan 57 ailədən 5-i Artsaxda qalıb və iki ailə hələ də hara - Ermənistana, yoxsa Stepanakertə gedəcəkləri haqda qərara gələ bilmirlər. Çünki onların məşğulluq məsələsi var və onların fikrincə, Ermənistanda bu problem olmamalıdır” -deyə A.Çavuşyan çərənləyib.

Zəruri şərh:

Öncəki xəbər və yazılarımızda da xəbərdar etdiyimiz kimi, işğal dövründə Zabuxda, eləcə də Laçın şəhərində, Sus kəndində, ümumiyyətlə, hazırda rəsmən Rusiyanın nəzarətində olan digər Azərbaycan yaşayış məntəqələrində(o cümlədən Kəlbəcər, Ağdam və Tərtər rayonlarının inzibati-hüquqi ərazilərində) qanunsuz məskunlaşmış ermənistanlı, yaxud xaricdən köçürülmüş haykların rəsmi Bakının razılığı, rəsmən icazəsi olmadan Qarabağ və ya Şərqi Zəngəzurun digər ərazilərində yenidən qeyri-qanuni olaraq özbaşına məskunlaşmasına heç bir hüququ yoxdur...
Ardını oxu...
Yeni “Brüssel prosesi” harada, hansı vasitəçilərlə və hansı nəticə ilə bitəcək?

Avqustun 19-da Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyevlə görüşü olub. Bu, ayın əvvəlində Laçında və ətraf ərazilərdə baş verən hərbi toqquşmadan sonra iki ölkə rəsmilərinin ilk rəsmi təmasıdır.

Xatırladaq ki, avqustun 4-də Azərbaycan ordusu erməni silahlı dəstələri tərəfindən bir əsgərinin şəhid edilməsinə cavab olaraq “Qisas” əməliyyatı keçirmişdi. Pilotsuz uçuş aparatları və kiçik çaplı silahlarla həyata keçirilən əməliyyat zamanı qanunsuz silahlı birləşmələrin nəzarətində olan bir neçə strateji yüksəkliklər alınıb, habelə düşmənin hərbi hissəsi, çoxsaylı texnikası və hərbçisi məhv edilmişdi.

Brüsseldə gerçəkləşən görüş bardə hələlik Bakıdan və İrəvandan açıqlama yoxdur, Klaar istə “Twitter”də bunları yazıb:

“Brüsseldə Hikmət Hacıyev və Armen Qriqoryanla Ermənistan-Azərbaycan münasibətləri və bu məsələdə Aİ-nin iştirakı mövzusunda yaxşı və məzmunlu müzakirələrimiz oldu”.

Xatırladaq ki, daha əvvələ iyulun 27-ə təyin olunmuş Hacıyev-Qriqoryan görüşü baş tutmamışdı. Bakıdan bu barədə konkret açıqlama olmasa da, böyük ehtimalla buna Azərbaycan rəhbərliyinin Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın İrəvanda səsləndirdiyi bəyanatdan narazı qalması səbəb olmuşdu. Klaar bildirmişdi ki, Aİ Şurasının sədri Şarl Mişelin bəyanatlarında heç də bütün məsələlər əks olunmayıb, Qarabağın statusu, separatçı erməni icmasının sülh danışıqlarında mövqeyi hökmən nəzərə alınmalıdır. Prezident İlham Əliyev isə ötən həftə İsmayıllıya səfəri zamanı verdiyi bəyanatda Qarabağ ermənilərinə fərqli hər hansı hüquq tanınmayacağını, onların digər Azərbaycan vətəndaşların fərqlənmədiyini bəyan edib.

Hazırda bölgədə vəziyyət bundan ibarətdir ki, üçtərəfli bəyanata uyğun olaraq Laçın şəhəri və ətraf kəndlər boşaldılır və yaxın müddətdə Rusiya sülhməramlıları yeni yola dislokasiya edilib əvvəlki Laçın dəhlizi Azərbaycana təhvil verilməlidir.

Bu günlərdə Rusiyanın İrəvandakı səfirinin müavini Maksim Seleznyov bildirib ki, Rusiya sülhməramlıları yeni yol tam işə salınmadan mövcud Laçın dəhlizindən bir santimetr də çəkilməyəcəklər. Diplomat əlavə edib ki, bu barədə razılaşmalar var və tərəflər bir-biri ilə daim əlaqədədirlər.

Seleznyov söhbətin hansı razılaşmalardan getdiyini deməyib: “Rusiya sülhməramlıları yalnız o vaxt yerlərini dəyişəcəklər ki, yeni Laçın dəhlizi açılacaq. Üçtərəfli bəyanatda atılacaq addımlar və onların ardıcıllığı göstərilib: əvvəlcə dəhlizin tikintisi başa çatdırılır, o istismara verilən kimi sülhməramlılar bu yolun beş kilometrlik zolağı boyunca yerləşdirilir”.

Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində əvvəlcə avqustun əvvəlində baş verən gərginlikdən və Bakının irəli sürdüyü ultimatumlardan sonra Ermənistan-Azərbaycan gündəmində cərəyan edən proseslərə nəzər salıb:

“Avqustun 25-də yeni Laçın yolunun istifadəyə verilməsi;

Ermənistanın yüzlərlə hərbi qulluqçusunu Qarabağdan çıxarması və Zəngəzur dəhlizinə razılıq verilməsi barədə Azərbaycan Prezidentinin bəyanatı;

Ermənistan Təhlükəsizlik Şurası katibinin sülh müqaviləsində “status” mövzusunun rədd edilməsi ilə bağlı bəyanatı;

Azərbaycan və Ermənistan liderlərinin şəxsi nümayəndələrinin Brüsseldə görüşü;

Ermənistan hökumətinin Azərbaycanla şərti sərhəddə keçid məntəqəsi tikmək qərarı. Bu bəyanatın məğzi hələlik tam aydın deyil;

Avqustun sonunda Moskvada keçiriləcək üçtərəfli görüş haqqında məlumat Rusiya Xarici İşlər Nazirliyinin məlumatı.

Xatırladım ki, Ermənistan və Azərbaycan mediası liderlərin həm Moskvada, həm də Brüsseldə görüşəcəyi haqqında yazıb”.

Ekspert hesab edir ki, hazırda əsas məsələ yeni görüşün baş tutmasıdır, çünki iki ildən az müddətdə gündəmdə müxtəlif mövzularda müəyyən irəliləyişlər olub:

“Əgər üçtərəfli bəyanatlarda yer almış öhdəliklərin yerinə yetirilməsi kontekstindən kənara çıxsaq, o zaman bu görüş Zəngəzur dəhlizinin açılması ilə bağlı qərarın qəbulu ilə əlamətdar olmalıdır. Dəhlizin maneəsizliyi və bu komponentin Laçın dəhlizinə giriş-çıxış rejiminə təsiri məsələsinin necə həll olunacağı maraq doğurur”.

Politoloq əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılması və sülh müqaviləsi ilə bağlı məsələlər yenilənib. “Yəni proseslər bir-birinə bağlıdır və buna görə də irəliləyiş “domino effekti” yarada bilər. Moskva üçün vacib olan üçtərəfli bəyanatda yer alan öhdəliklərin yerinə yetirilməsidir, məsələn, dəhlizin açılması. Üstəlik, Rusiya üçtərəfli hökumətlərarası komissiyanın üzvüdür. İkinci mühüm mövzu Ermənistan silahlı qüvvələrinin qalıqlarının hələ də Qarabağda olmasıdır. Azərbaycan nümayiş etdirdi ki, onların çıxarılması birinci dərəcəli həll olunmalı vəzifədir. Ermənistan üçün isə təxribatçıların İrəvana qaytarılması hər şeydən önəmlidir”, – deyə təhlilçi vurğulayıb.

F.Məmmədovun sözlərinə görə, bütün bu məsələlər üçtərəfli bəyanatın icra olunması ilə bağlı mənfi ab-hava yaradır: “Liderlərin görüşündə dəhlizin açılması ilə bağlı qərarın razılaşdırıldığını elan etmək, habelə şəxsi heyətin və ağır silahların Qarabağdan çıxarılması qrafikini müəyyən etmək məntiqli olardı. Bunun qarşılığında erməni diversantların azad edilməsi də mümkündür.

Brüssel üçün sülh müqaviləsi vacibdir. Bu, üçtərəfli bəyanatlarda yer almış öhdəlik deyil. Yəni bu, Rusiya ilə Aİ-nin eyni mövqedə olduğu mövzudur. Ona görə də Brüsseldəki görüş bu kontekstdə mühüm əhəmiyyət kəsb edir”.

Politoloq bildirir ki, Bakı və İrəvanın danışıqların yeri ilə bağlı mövqeləri fərqlənmir: “Bu, doğru yanaşmadır, konkret mövzuda bir vasitəçinin inhisarçılığı yaradılmamaldır. Rusiya 2021-ci ilin ortalarından etibarən tək vasitəçi missiyasını birtəhər “unudub”, 2022-ci ilin mayında isə Aİ özündə belə təsəvvür yaradıb ki, “status” mövzusunu qaldıra bilər. Bu cür yanaşmalar hər iki tərəf üçün pis siqnaldır. Beləliklə, biz açıq və dinamik proseslərlə iki və ya daha çox vasitəçinin iştirakı ilə sülh gündəminin yaradılması imkanlarını gözləyirik. Təxribatlara çox az ehtimal var, hər iki ölkədə hakimiyyət legitim və stabildir”.

F.Məmmədov vurğulayıb ki, Azərbaycan üçün təcil həll edilməli məsələlər sırasında Qarabağın maksimum silahsızlaşdırılması, Zəngəzur, Laçın dəhlizləri ilə bağlı problemlərin həlli və beş prinsipə əsaslanan sülh müqaviləsinin imzalanması durur: “Harada, hansı vasitəçi ilə qərar veriləcəyi vacibdir, amma həyatı əhəmiyyətli deyil. Axı masaların birində verilən qərar digərində nəticə əldə etmək üçün şərait yaradır”.
 
Ardını oxu...
Laçın şəhərinin mərkəzində, Zabuxda qanunsuz məskunlaşdırılmış ermənilər buranı tərk edərkən yandırıb, viran qoymaqda davam edirlər. Neçə gündür Azərbaycan bu barədə SOS verir, dünyaya, beynəlxalq təşkilatlara, sülhməramlı kontingentə müraciət göndərilir, ancaq bu vandallığı durdurmağa heç kim səy göstərmir. Artıq Azərbaycan Ordusunun həmin əraziləri dərhal nəzarətə götürməsi, köçün nəzarətə alınmasının zərurətə çevrildiyi göz önündədir.

Bununla yanaşı, Zabuxa baş çəkən azərbaycanlı jurnalist Eynulla Fətullayev ilginc proseslərin şahidi olub. Belə ki, əksər ermənilər Zabuxu tərk etsə də, orada cani, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş gəlmə ermənilərlə rastlaşıb.

Jurnalist Zabuxda Livan ermənisi Andranik Çavuşyanı, hərbi bloger və İrəvandan olan yerli rejissor Arşak Zakaryanı, cani Minasyanı görüb.

Əcəba, cinayətkar erməni qrupları Zabux Azərbaycana təhvil verilərkən hansısa təxribatlar törətməyi planlaşdırırmı? Onların başını təbii ki, Azərbaycan Ordusu dərhal əzəcək. Belə bir hal olarsa, təbii ki, məsuliyyət Ermənistanın və sülhməramlıların üzərində olacaq. İndiki durumda Azərbaycan gözlənilən təxribatların qarşısını almaq üçün məsuliyyət daşıyan tərəflərə müraciətlər etməlidir, yoxsa hansısa təxribat olarsa onu kimsəyə demədən neytrallaşdırmaq yolu seçilməlidir?

Deputat Ceyhun Məmmədov: “Təəssüf ki, ermənilər tarixi ənənələrinə sadiq qalaraq, Kəlbəcərdə etdikləri kimi, Laçında da bu ərazini tərk edərkən vəhşiliklər törədirlər, əraziləri dağıdırlar. Əlbəttə, Azərbaycan tərəfi Rusiya və Ermənistanla bu məsələni müzakirə edib, qarşı tərəfə ciddi xəbərdarlığını etməmiş deyil. Hətta erməni mediası yazdı ki, hökumət Laçından çıxarkən evləri dağıdan ermənilərə kompensasiya verilməyəcəyinə dair məlumat verib. Amma bütün bunlara baxmayaraq, ermənilər öz vəhşiliklərinə davam edirlər. Qaldı ki, azərbaycanlılara qarşı vəhşiliklər edən, cinayətlərə yol verən ermənilərə, görünür, onlar 44 günlük Vətən müharibəsindən bir nəticə çıxarmayıblar. O müharibədə Ermənistan çoxlu sayda itki verdi. Ermənistan yenidən belə bir faciə yaşamaq istəyirsə, Azərbaycanın “dəmir yumruğu” hazırdır. Qarşımızı heç kim kəsə bilməz. Bir neçə gün bundan öncə ölkə başçısı Basqalda Azərbaycan Televiziyasına müsahibə verərkən bir neçə vacib məqamı xüsusi vurğuladı. Bu ondan ibarət idi ki, Azərbaycanı haqq işindən heç bir zəng dayandıra bilməz. Ermənistan heç kimə arxayın olmasın. Digər mühüm məsələ ondan ibarətdir ki, bu ərazilər Azərbaycan ərazisidir. Azərbaycan bu ərazilərdə istədiyi əməliyyatı həyata keçirə bilər. Yaxşı olardı ki, tez bir zamanda ermənilər şələ-şülələrini yığışdırıb Xankəndinə deyil, Ermənistana köçsünlər. Cinayətkar qrup oradan çıxıb getməlidir. Əgər orada hər hansı bir cinayətlər törədərlərsə, ”Qisas" əməliyyatının olacağını unutmasınlar. Azərbaycan bununla bağlı çox ciddi cəza tədbiri görəcək və bu prosesin qarşısını çox ciddi şəkildə alacaq. Ermənistan diqqətli olmalı, olanlardan nəticə çıxarmalıdır. Belə təxribatlara, hallara son qoyulmalıdır. Əgər son qoyulmasa, bu dəfə onların cəzası daha ağır olacaq. Onlar əvvəlkindən də daha ağır duruma düşəcəklər. Nə qədər ki, “dəmir yumruq” işə düşməyib, “Bayraktar”lar havaya qalxmayıb, özlərini yığışdırsınlar və bu ərazilərdən sağ-salamat getsinlər. Azərbaycan onlara kifayət qədər vaxt verdi. İndi verilən vaxta da çox az qaldı. Onlara tövsiyəmiz odur ki, bu vaxta qədər qalmadan Ermənistana getsinlər. Qarabağa digər ərazilərə getsələr, oradan da çıxarılacaqlar. Çünki onlar tarixən Qarabağda yaşamayıblar. Azərbaycan bu ermənilərə Qarabağda yaşamağa icazə verməyəcək. Onlar bunu bilməli, anlamalı və ağıllarını başlarına yığmalıdırlar".

Ekspert Mətləb Aslanov: “Ermənilərin öz xislətlərinə uyğun şəkildə davranacaqları gözlənilən idi. Tarix boyu belə olublar. Düşünürəm ki, ayın sonunadək rədd olub gedəcəklər. Başqa yolları da qalmayıb. Artıq hər zaman havadarları kimi baxdıqları Rusiya da onların yanında görünmür. Ukrayna savaşı bu ölkənin bütün diqqətini ora yönəldib. Digər tərəfdən, 3 avqustdakı “Qisas" əməliyyatında ermənilər bir daha gördüklərini gördülər. Növbəti dəfə xam xəyallara düşsələr, ordumuz dərhal hərəkətə keçəcək və onların başını elə əzəcək ki, Qarabağın digər yerlərində qalan ermənilər də Ermənistana köç edəcəkləri günü sayacaqlar. Cinayətkar ermənilərin Zabuxda görünməsinə gəlincə, deyə bilərəm ki, burada daha çox oradakı rus sülhməramlıları günahkardır. Bununla bağlı onlara xəbərdarlığımızı mütləq etməliyik. Artıq oyun oynamaq zamanı deyil. Əgər əl-qollarını sallayıb rahat şəkildə bizim torpaqlara canilər ayaq basa bilirlərsə, o zaman sülhməramlılara nə ehtiyac var? Az qalıb ermənilərin qeyd olunan ərazilərdən cəhənnəm olub getmələrinə. Düşünürəm ki, səbirlə, təmkinlə həmin vaxtı gözləyək. Başqa çıxış yolu da yoxdur. Əgər vaxt bitəndə, həmin əraziləri tərk etməsələr, o zaman kiməsə nəsə deməyə də ehtiyac qalmır. Biz hüququmuzdan istifadə edib, antiterror əməliyyatına başlamalı, erməniləri nəinki Zabux və Sus kəndlərindən, bütövlükdə Qarabağdan çıxarmalıyıq”.

Ekspert Kənan Novruzov: “Laçında meşələrin, evlərin yandırılması özü əslində təxribatdır. Yəni ermənilər artıq provokasiyaya başlayıblar. Onlar beləliklə, həm vəhşiliklərini növbəti dəfə ortaya qoyurlar, həm də torpaqların tarixi sahibi olmadıqlarını göstərirlər: insan öz evini necə yandıra bilər?! Bəlkə də Ermənistan hakimiyyəti bunda maraqlıdır, amma separatçılar Laçını tərk etmək istəmir. Elə ona görə evləri yandırdılar. ”Mənim olmayacaqsa, azərbaycanlının da olmasın" düşüncəsi ilə addım atırlar. Ermənilər avqustun sonunadək Laçını tərk etməlidirlər. Amma prosesi uzatmağa çalışa bilərlər. Bunun Rusiyanın iştirakı ilə baş verməsi də mümkündür. Çünki Kreml də ermənilərin Laçından çıxmasını, Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşmasını istəmir. Yaxın günlərdə Moskvanın İrəvana təzyiqinin artacağı gözləniləndir. Verilən nota artıq həmin prosesin başlanğıcı kimi qiymətləndirilə bilər. İkinci bir variant isə budur ki, ermənilər ənənələrinə sadiq qalaraq hansısa təxribatlar hazırlayacaq. Bu, tamamilə mümkündür. Laçındakı evlərini tərk edən insanlar hakimiyyətdən narazıdırlar. Ola bilsin, onlar ehtimal edilən sabotajla həm də iqtisadi pis durumda qoymaq istəyirlər. Yəni təxribatlar, o cümlədən ərazilərin minalanması mümkündür. Əlbəttə, biz bunu istəmirik. Amma eyni zamanda deməliyik ki, istənilən ssenariyə hazırıq. Əgər provokasiyaya əl atılarsa, rəsmi Bakı siyasi, hüquqi və hərbi kontekstdə lazımi addımları atacaq. Təxribatı kimin - hakimiyyətin, yaxud sıravi vətəndaşların, etirazçıların törətməsinin heç bir fərqi yoxdur. Necə deyərlər, ilanın ağına da lənət, qarasına da. Qarşı tərəf daha çətin duruma düşmək istəmirsə, sivil qaydada, deyilən vaxtda ərazidən çıxmalıdır".
“Yeni Müsavat”
 
Ardını oxu...
Dünən Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz "məclisi"nin qondarma müxalifət "partiya"larının üzdəniraq "deputat"ları Azərbaycan torpaqlarında müvəqqəti(!) yerləşən Rusiya "sülhməramlı" qüvvələrinin rəhbərliyinə müraciət ediblər.

TEREF moderator.az-a istinadla xəbər verir ki, bu haqda News.am məlumat yayıb.

Müraciətdə separatçı hayk "deputat"lar Rusiya hərbi kontingentinin komandanlığıyla görüşmək və Rusiyanın Ermənistandakı səfirliyinin səfir-müşaviri Maksim Seleznyovun bir gün öncə Laçın dəhlizi ilə bağlı verdiyi bəyanata münasibət bildirmələrini xahiş ediblər.

Məlumatda Rusiya hərbi kontingenti komandanlığının yaxın günlərdə separatçı erməni "deputat"larla görüşməyə və məsələyə münasibət bildirməyə hazır olduqlarını bildirdikləri iddia edilir.
Xatırladaq ki, Rusiyanın İrəvandakı səfirliyinin səfir-müşaviri Maksim Seleznyov "Azadlıq" radiosunun erməni redaksiyası -"Azatutyan"a müsahibəsində bildirib ki, Rusiya "sülhməramlı"ları yeni alternativ yol istifadəyə verilənə qədər mövcud Laçın dəhlizindən bir santimetr belə uzaqlaşmayacaqlar.

Yüksək rütbəli diplomat bəhs edilən məsələ ilə bağlı razılaşmaların mövcudluğunu və tərəflərin birbaşa təmasda olduğunu bildirib. Lakin M.Seleznyov razılaşmaların kimlər arasında və konkret nə haqda olduğunu açıqlamayıb.

“Rusiya sülhməramlıları yalnız yeni Laçın dəhlizi açılandan sonra yerini dəyişəcək. 10 noyabr üçtərəfli bəyanatında atılacaq addımlar və həmin addımların ardıcıllığı göstərilir: əvvəlcə dəhliz tikilir və o fəaliyyətə başlayan kimi Rusiya sülhməramlıları bu yolun ətrafında beş kilometrlik dəhlizi tuturlar”, - deyə Rusiya təmsilçisi vurğulayıb.

Zəruri şərh:

Sözsüz ki, haykların Rusiya "sülhməramlı"larının komandanlığıyla görüşü Azərbaycan dövlətinin Laçın "dəhlizi", yeni alternativ Laçın yolu və s. ilə bağlı artıq nəzərdə tutulmuş mövqeyinə heç bir təsir göstərə bilməz. Amma görünür, separatçı "deputat"lar "sülhməramlı"ların Laçın dəhlizini mümkün qədər gec tərk etmələrinə və sözügedən Rusiya diplomatının işarə etdiyi alternativ "dəhliz"də də Laçın rayonunun azı 6 kəndini əhatə edəcək 5 km enində ərazisinin də Rusiya hərbçilərinin nəzarətə götürməsi ilə bağlı zəmanət almağa cəhd göstərəcək...
 

Ardını oxu...
 
 

 Xəbər verdiyimiz kimi, Azərbaycanda qeyri-qanuni məskunlaşan ermənilər Laçını tərk edir.

 

Ermənilər növbəti dəfə Azərbaycan ərazisində ekoloji terror törədiblər. Onların ərazilərimizə od vurmasını əks etdirən yeni görüntülər yayılıb.

Dron vasitəsi ilə əldə olunan videolarda ermənilərin meşələrə, evlərə necə od vurması aydın şəkildə görünür.

Qeyd edək ki, bundan əvvəl də Laçını, Zabux və Sus kəndlərini tərk edən ermənilərin evləri, meşələri yandırması ilə bağlı videolar yayılmışdı. Baş vermiş hadisələrlə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq cinayət işi açılıb.

 

XalqXeber.Az
Ardını oxu...
İrəvanda “Sürməli” topdansatış ticarət mərkəzində baş vermiş partlayışın terror aktı olmadığı dəqiqləşib. Hərgah tipik terror dövləti olan, terrorçulara öz ərazisində abidələr ucaldan Ermənistan mikroskopik bir “dəlil” tapsaydı, o saat olayı “vəhşi Türk”ün adına yazardı. Çünki ermənilər başlarına gələn bəlalarda bir qayda olaraq, özlərindən savayı hamını, ən əvvəl də türkləri suçlu çıxaran şizofrenik bir toplumdur.

Belə bir toplumun qonşuluğunda yaşamaq əlbəttə ki, mənəvi əzab, zülmdür. Problem həm də ondadır ki, bu xalq xəstə olduğunu etiraf eləmir. O səbəbə sağalması çox çətin. Necə ki, Türkiyə və Azərbaycan 44 günlük müharibədən əvvəl və sonra Ermənistanı düşdüyü dərin böhran bataqlığından çəkib çıxarmağa çalısa da, ona real sülh və əməkdaşlıq formatı təklif eləsə də, barışıq əli uzatsa da, xeyri yoxdur. Əlimizi geri itələyir. Erməni tərəfi açıq-aşkar xoşməram güdən, onun qurtuluşuna hesablanmış təkliflərimizdə belə bəd niyyət axtarır. Çünki özü bu cür xəbis və bədniyyətlidir. Bu da növbəti fakt.

İki gün öncə Türkiyə prezidentinin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç ticarət mərkəzindəki partlayışla əlaqədar Ermənistana başsağlığı verib. Sərdar Kılıç bununla bağlı tvitter səhifəsində etdiyi paylaşımda yazıb: “Partlayış nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm. Partlayış xəbəri məni dərindən sarsıtdı. Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

Məxsusi qeyd edək ki, S.Kılıç qardaş ölkənin rəsmi şəxsidir. Amma görün bu böyük jestə ermənilərin cavabı nə oldu. Rəsmi səviyyədə heç bir reaksiyanın olmaması bir yana, başsağlığı verilən gün Laçın şəhəri və ətraf kəndlərini avqustun 25-dək tərk etməli olan gəlmə ermənilərin barbar hərəkətlərinin şahidi olduq. Onlardan biri Zabux kəndində çıxdığı evi yandırdı, az sonra Laçın-Zabux yolundakı meşə sahəsinə od vurdular. Özü də Rusiya sülhməramlılarının məsuliyyət zonasında, onların gözü qarşısında!

İndi buna nə ad verəsən? O Türkün səmimiyyəti, sadəliyi, canıyananlığı, bu da xain erməninin bizə daha çox ziyan vurmaq üçün evi və meşəni yandırması. Yeganə çarə qalır rusların müvəqqəti nəzarətindəki torpaqlarımızı da qısa zamanda terrorçu-quldur tör-töküntülərindən təmizləyib ruslara “Davay, do svidaniya!” demək. Həmin gün 5 illik möhlət bitməmiş də gələ bilər və gəlməlidir! Nədən ki, ermənilər yenə özlərini qeyri-adekvat aparırlar.

“Buzdux yüksəkliyi və digər ərazilərdə əldə edilən nailiyyətlər erməni tərəfini vadar edir ki, Azərbaycanla imzalanmış üçtərəfli bəyanatın bəndlərinə qeyri-şərtsiz əməl etsin. Digər tərəfdən də erməni silahlılarının ərazilərimizdən çıxarılması mütləq surətdə məhz son ”Qisas" əməliyyatından sonra sürətlənəcək. Artıq keçmiş Ağdərə, Sərsəng, Vəng, Ağdaban, Çayqovuşan və Ömər Aşırımı istiqamətində təminat yolları da daxil olmaqla əsas ərazilərdə mütləq bir üstünlüyümüz mövcuddur".

“Yeni Müsavat”ın məlumatına görə, bunu Teleqarf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert qeyd edib ki, rus sülhməramlılarının da Azərbaycan əsgərinə, ordumuza qarşı münasibətində müsbət dəyişikliklər müşahidə edilir: “Eyni zamanda aşağı yüksəkliklərdə yerləşən erməni qoşunlarının həmin ərazilərdə uzun müddət tab gətirəcəyi real deyil. Yaxın günlərdə, xüsusilə də Laçın şəhərində Azərbaycan bayrağının sancılmasından sonra ordumuzun erməni təxribatlarına daha ciddi cavab verəcəyi gözləniləndir”.

Nə yazıq ki, ermənilər yalnız “güc dilini” başa düşürlər. “Dəmir qapaz”dan sonra anlaqlı hala gıəlirlər. Yoxsa Azərbaycan və Türkiyə ilə barışığa çağıran erməniləri onlar “dəli” adlandırıb təqib eləməzdilər. Gerçəkdə özləri şizofrenik olduqları halda!

“İrəvan Azərbaycan və Türkiyə ilə sülhün bərqərar olmasına qarşıdır”.

Bunu isə erməni bloger, bir qədər qabaq Azərbaycan vətəndaşlığı almaqdan ötrü Prezident İlham Əliyevə müraciət elədiyi üçün Ermənistanda haqqında cinayət işi açılmış (!!) İşxan Verdyan deyib.

“Bu gün Ermənistanın bütün elitası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhdarıdır. Ermənistanın bütün elitası! Bir dənə də olsun anlayışlı və ya layiqli insan yoxdur. Bu gün Ermənistanın bütün elitası dünyanın əleyhinə işləyir. Bu yolla Ermənistanı məhv etmək istəyirlər. Azərbaycana heç nə olmayacaq. Gec-tez haqqını alacaq. Belə davam edərsə, Ermənistanın başına nə gələcək? Bölgədə necə yaşayacaq?”

Onun sözlərinə görə, Ermənistanda həqiqəti deməyə çalışan insanlar var, lakin həmin adamları çılğın hesab edir, susdururlar, özlərini dəli kimi göstərməyə çalışırlar: “Bütün media köhnə Qarabağ klanı Robert Köçəryan tərəfindən idarə olunur, onun nəzarətindədir”.

Ancaq bu klanın və onun Qarabağda gizlənən qul-beçələrinin halvası artıq çalınıb. Qarabağ klanı erməni xalqı üçün keçmişdir, gələcək yox. Onun geriyə - Xankəndinə yolu da həmişəlik qapadılıb...
 //“Yeni Müsavat”//

Ardını oxu...
Azərbaycan Respublikasının Müdafiə naziri, General-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib. Toplantıda nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Nazir orduya Qarabağdakı əməliyyat şəraiti ilə bağlı göstəriş verib. Müzakirə zamanı Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı təhlil edilib. DİA.AZ xəbər verir ki, nazirin təlimatı barədə "Sherg.az"a danışan hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Azərbaycan ordusu sadalanan istiqamətlərdə illərdir, zəruri, qabaqlayıcı işlər həyata keçirir:

"Göstəriş xüsusilə də, "Qisas" əməliyyatından sonra Qarabağda ordunun nəzarətdə saxlanması və baş verə biləcək təxribaların qarşısını almağa hesablanıb.

Həmçinin provokasiyaları əngəlləmək məqsədilə antiterror əməliyyatlarının reallaşdırılması üçün nəzərdə tutulub.

Ordu bölmələrinə bölgədə yaşanacaq hər hansı qarşıdurmanı dayandırmaq üçün dərhal əks-hücum əməliyyat tədbirlərinin yerinə yetirilməsi barədə əmr verilib.

Həmçinin erməni hərbi birləşmələrinin mövqeləri və atəş məntəqələrinin sıradan çıxarılması tapşırılıb. Bu da təbii ki, həmin sahədə Azərbaycan Silahlı Qüvvələrinin daha peşəkar xidmət aparmasına vəsilə olacaq".

Dünyapress TV

Xəbər lenti