Ardını oxu...
DİA.AZ: - Qax rayonu, İbaxlı kənd sakini Abdurahmanova Vüsalə Firudin qızı tərəfindən müraciət ünvanlanıb. Bir nüsxəsi də dia.az-a daxil olan müraciətdə deyilir:
"Mən, Vüsalə Abdurahmanova 2012-ci ildə Qax rayonun Qıpçaq kənd sakini Osmanov Rüstəm Rafiq oğlu ilə ailə həyatı qurmuşdum. Hazırda 5 yaşında Zəhra və 2 yaşında Zeynəb adlı övladlarımız var. Lakin çox təəssüflər olsun ki, həyat yoldaşım Rüstəmin və mənim istəyimiznin əksinə olaraq qaynanam Sevda Həsənovanın əmrilə boşanmaq məcburiyyətində qaldıq.
2014-cü ildən boşanma rəsmiləşmişdir. Və mən yenidən övladlarımla ata yurdu olan Qax rayonun İbaxlı kəndindəki evdə yaşayıram. Budur rəsmi boşanmadan illər keçməsinə baxmayaraq ailə başçısı olmuş Rüstəm hər bir uşağa aliment olaraq cəmi 25 manat pul ödəyir. Halbuki, keçmiş ərimin maddi imkanları çox genişdir.
Mən də balaca övladlarımı dolandırmaq xatirinə 2022-ci ilin martında Qax şəhərində Molla Pənah Vaqif küçəsi ev 16 ünvanında yerləşən və Mirvari Kərimovaya məxsus olan evdə 1 otaqlı mənzili ayda 50 manat ödəməklə kirayələdim. Özüm də kafelərin birində qabyuyan kimi çalışdım. Mövsümi iş olduğuna görə dekabr ayından sonra kirayədən çıxıb İbaxlı kəndində olan atamın evində yaşamağa başladım. Təxminən 1 həftə əvvəl Qax polisindən mənə zəng etdilər ki, Mirvari xanım xəbər göndərib ki, evinə qayıdacaq ona görə açarları təhvil verməliyəm. Mən açarları təhvil verdikdən sonra gəlib qış paltarlarımı götürmək istədim. Lakin qapıların kilidi dəyişdirilmişdi. Mirvari xanım da deyir ki, sən evdən heç bir əşyanı götürə bilməzssən. Çünki mənə 2000 manat borcun var. Ödə sonra baxarıq. Mən ona izah etdim ki, axı hər ay danışdığmız kimi 50 manat kirayə pulunu ödəmişəm. Xeyri olmadı. Öz dedidyinin üstündə durdu. Bir neçə gün əvvəl gedib Qax rayon Plis Şöbəsinə müraciət etdim. Dedilər ki, bu qadınla biz bacara bilmərik. O ağıl ( ruhi) xəstəsidir. Yaxşı olar ki, sən get Qax məhkəməsinə müraciət et. Beləcə polislər məni yola verdilər. İndi mən məhkəmə yollarında qalmalıyam ki, qış paltarımı və məişət avadanlıqlarımı götürüb apara bilim.
Mən bir insan olaraq, bir ana olaraq bircə istəyim var ki, son üç ildə dövlətin təyin etdiyi hər bir uşaq üçün aliment pulunu alıb bu zavallı uşaqları dolandırım. Başqa heç nə. Bu arada da başıma bir psixopat şəxs tərəfindən iş gəlib. Bəhanə ilə əşyalarımı vermək istəmir. Və kimsə də Qaxda mənə köməklik göstərmək istəmir Çünki çox kasıb yaşayıram. Mirvari də ruhi xəstə olduğu üçün kimsə onunla danışmaq, vaxtını itirmək istəmir.
Və onagörə də çox hörmətli İlham Əliyevdən, Birinci vitse-prezidentdənvə çoxhörmətli Daxili işlər nazirimizdən və icra başçısı Musa müəllimdən çox xahiş edirəm ki, düşdüyüm indiki ağır vəziyyəti ( iki azyaşlı uşaqla birlikdə işsiz qalaraq) nəzərə alaraq
mənə köməklik göstərsinlərki, şəxsi əşyalarımı kirayədə qaldığım evdən götürə bilim.
Həmyerlim hörmətli Aynur xanım Sofiyevadan da xahiş edirəm ki, mənim üçün böyük bir problem olan məsələnin həlli üçün bacardığı köməkliyi göstərsin".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
AzTV QSC-nin sabiq sədri Arif Alışanov həyat yoldaşı Ayşən Alişanovanın fotosu yayılıb.

32gun.az həmin fotonu təqdim edir:

Qeyd edək ki, Ayşən Alişanovs (Məstanova) müğənni və aparıcı olub.

A.Alişanov 2019-cu ildə vəzifəsindən azad olunduqdan sonra həyat yoldaşı Mehriban Alışanova ilə da boşanmışdı.

Çox keçməmişdi ki, özündən 28 yaş kiçik Ayşən Məstaniva ilə ailə qurmuşdu.

Mətbuatda gedən məlunatlara görə, onlar uzun müddət sevgili olub.
Ardını oxu...
 
Ardını oxu...
Siyasətçi və dövlət başçılarının şəxsi həyatı həmişə mətbuat və kütlənin marağında olub. Onların bir çoxu isə tarixdə həm də sevgi macəraları və məşuqələri ilə yadda qalıblar.
Bakupost.az bir sıra prezidentlər və onların məşuqələri ilə bağlı məlumatları təqdim edir:

1.Mixail Saakaşvili və Yelizaveta Yasko
Hazırda həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə Yelizaveta Yaskonun münasibəti hələ də gündəmdədir. Ukraynalı Yelizaveta deputatdır. Mişa və Yelizaveta sosial şəbəkədə münasibətlərini açıq etiraf ediblər. Qeyd edək ki, Saakaşvili prezident olduğu dövrdə niderlandlı Sandra Rulofsla evli idi. Onların 2 oğlu var.
Yasko isə ərdə olmayıb. Saakaşvilinin isə hələ də rəsmən evli olduğu bildirilir.

2.Nikola Sarkozi və Karla Bruni
Fransanın sabiq rezidenti Nikola Sarkozi ilə fransız model Karla Bruninin eşqi dillərə dastan idi. 2007-ci ildən görüşən cütlük 2008-ci ildə gizli toyla evləniblər. 25 illik həyat yoldaşından boşanmış Sarkozi Karlaya görə çox risklərə gedib. 2011-ci ildə onların bir qızı da doğulub.

3.Con Kennedi və Merilin Monro
Seks-simvol Merilin Monro ilə ABŞ-ın gənc prezidenti Con Kennedi haqqında əfsanələr dolaşsa da, paparazzilərə onları 1 dəfə də olsun, birlikdə yaxalamaq nəsib olmayıb. Monro Kennedi ilə 2-3 dəfə gizli gecə keçirdiyini öz massajçısına danışıb. Sonradan Merilinin ölümünə məhz bu etirafının səbəbin olduğu bildirilirdi.

4.Fransua Mitteran və Anna Pinjo
Fransanın daha bir sabiq prezidentinin - Fransua Mitteranın həm arvadı, həm də məşuqəsini eyni sarayda saxlaması onun ölümündən sonra üzə çıxdı. Dövlət başçısının büdcə hesabına yalnız arvadını saxlamağa hüququ olur. Mitteran ölənədək məşuqəsi ilə münasibətlərini gizli saxlaya və onu himayə edə bilib. Ann prezident üçün bir qız da dünyaya gətirib. Mittüranın xanımı Daniela əri öləndə Annanı dəfnə buraxmaq istəmirdi, amma rəsmi mərasimdə o, qızı ilə tabutun yanında dayanmağı bacardı.

5.Valeri Jiskar Desten və Silviya Kristel
Silviya “Emmanuel” erotik filminin əsas ulduzu idi. O, Fransa prezidenti Valeri ilə bir çox rəsmi səfər və qəbullara qatılıb. Evli prezident məşuqəsini sevir və bunu gizlətmirdi. O, prezidenti boşanmağa məcbur etsə də, Jiskar məsələni yubadırdı. Amma sonradan şorgöz prezidentin başqa gənc qızlarla da görüşdüyünü öyrəndikdə, bu münasibət ayrılıqla bitdi.

6.JFransua Ollandvə Jüli Qaye
Daha bir fransız prezidentin romanı. Aktrisa Jüli Qaye qapısının qarşısında prezident motosikletini çəkən qəzeti məhkəməyə verdi. Amma sonradan gizli eşq üzə çıxdı. 3 illik münasibətdən sonra prezident arvadından boşandı, amma sevgililərin sonunun necə olduğu məlum deyil.

7.Bill Klinton və Monika Levinski
Ağ Evin ən qalmaqallı sirri. Prezident Bill Klintonla Ağ evdə təcrübəyə gəlmiş Monika arasında gizli münasibət 2 il sürmüşdü. Qalmaqal yarananda Bill and içdi ki, Monikaya toxunmayıb, amma Levinski ortaya sübutlar qoydu. Bill Klintonun siyasi karyerası bu macəra ilə bitdi, Monika isə səs-küydən Avropaya qaçıb, orda təhsili alır. Amma sonradan heç kim onu ABŞ-da işə götürmür. Qadın sosial psixoloq olub, dissertasiya yazır.

8.Barak Obama və Vera Beyker
Barak Obamanın şəxsi asistenti Vera Beyker ilə gizli münasibətinin üstünü prezidentin şəxsi sürücüsü açmışdı. O, müsahibəsində bu barədə etiraf edərək, Obama ilə Vera arasında münasibətlərin 2004-cü ildə senator seçkiləri zamanı başladığını demişdi.
Sevgililər Vaşinqtondakı otellərdən birində görüşürdülər. Amma nə Obama, nə Vera bu faktı etiraf etməyib.

9.Vladimir Putin və Alina Kabayeva
Məşhur gimnast Alina Kabayeva ilə Vladimir Putinin münasibəti 10 ildən çoxdur mətbuatda müxtəlif deta lları iləmüzakirə olunur. İlk dəfə Kabayevanı Olimpiya oyunlarında izləyən, sonra ona xüsusi medal verən Putin o vaxtdan gimnastla münasibətə başlayıb. 2008-ci ildə Putin rəsmən arvadından boşanır, bir daha tədbirlərdə qadınla görünmür. Kabayeva isə paytaxtdan kənarda xüsusi malikanədə yaşayır. Onun Putindən 2 uşağının olduğu da deyiıir. Baxmayaraq ki, Alinanın tərcümeyi-halında onun subay və uşaqsız olduğu yazılıb. Qeyd edək ki, Ukrayna müharibəsindən sonra Avropa və Amerikanın sanksiya tətbiq etdiyi şəxslərdən biri də Alina Kabayeva və ailə üzvləri idi.

10.Viktor Yanukoviç və Lyubov Polejay
Lyubov Polejay Ukraynada prezident sarayında aşpaz işləyən Nadejdanın bacısı idi. O da predzidentlə eyni nəsildən - Enakievlərdən idi. Lyubovun Yanukoviçlə ofisiant işlədiyi restoranda və ya prezident iqamətgahında təşkil olunmuş ziyafətdə bacısının təklifi ilə gəlib ofisiantlıq etdiyi dönəmdə tanış olduğu deyilir. Sonradan Yanukoviç ona Kiyevdə mənzil alır. Mejiqoryedən onun Yanukoviçlə birgə ayrıldığı görülüb. O, eks-prezidentin vertolyotunda şəhərdən çıxıb.
Hazırda onların harda yaşadıqları məlum deyil.
Ardını oxu...
Pakistanlı aktrisa Mehrin Şah Bakıda oteldə hindistanlı rejissor Sayed Ehsan Ali Zahidi və prodüser Rac Qupta tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.
Qız müvafiq videonu İnstaqram səhifəsində yerləşdirib, sonradan onu silib.
Ardını oxu...
Mehrin Şah deyir ki, bir neçə gün əvvəl Əli Zahidi və Qupta ilə çəkiliş aparmaq üçün Bakıya gəlib. Lakin qonaqlar otelə daxil olduqdan sonra kişilərin davranışı kəskin şəkildə dəyişib. Gənc aktrisa göz yaşları içində başına gələnlərdən danışaraq, rejissor və prodüserin ona cinsi təcavüz etdiyini qeyd edib. O, Əli Zahidi və Quptanın fahişələri otelə dəvət etdiyini də bildirib.
Qadın izah edib ki, digər aktrisaları xəbərdar etmək üçün baş verənləri ictimailəşdirmək qərarına gəlib.
“Çəkiliş aparmaq üçün Ehsan Əli Zahidi və Rac Qupta ilə Bakıya getmişdim. Ancaq otelə çatdıqdan sonra davranışlarını tamamilə dəyişdilər. Yalnız onların tələblərini rədd etdiyim üçün mənimlə pis davranmağa başladılar. Mənim üçün dəhşətlidir. Heç bilmirəm ki, onlar bura film çəkmək üçün gediblər, yoxsa başqa məqsədləri var idi,” pakistanlı aktrisa deyir.
Mehrin Şah dedi ki, onu mehmanxanada belə yedizdirməyiblər. Həmçinin, Əli Zahidi və Qupta onun üçün dönüş bileti almaqdan imtina edir. Lakin aktrisa artıq onları görmək istəmir və vətənə tək qayıtmaq niyyətindədir./Buta.media
 
Ardını oxu...
İranın baş prokuroru Məhəmməd Cəfər Montazəri hüquq-mühafizə orqanlarının əməkdaşlarına hicab taxma qaydalarının pozulmasına qarşı mübarizəni gücləndirməyi tapşırıb.
Xüsusilə, Montazeri polisə hicabın ictimai şəkildə götürülməsinin qarşısını qətiyyətlə almağı tapşırıb.
İran qanunlarına görə, bu cür “pozuntulara” görə cərimələrlə yanaşı, on gündən iki aya qədər həbs cəzası da nəzərdə tutulur.
Məhz Məhsa Əminini əxlaq polisi tərəfindən sentyabrın 13-də məhz buna görə həbs edilib, müvəqqəti saxlama məntəqələri zorakılığa məruz qalan qız 16 sentyabrda ölüb.
Məhsa Əmininin öldürülməsinə etiraz olaraq başlayan xalq üsyanı hazırda İranın bütün əyalətlərinə və şəhərlərinə yayılıb.
Amma orta əsrlərdən gəlmiş hökümət bunlardan nəticə çıxartmadı…
Yeganə Hacıyeva
Teref.az
 
Ardını oxu...
Bakıda daha bir xəyanət görüntüləri yayılıb.

32gun.az xəbər verir ki, nişanlısından şübhələnən oğlan bir müddət onu təqib edib.

Evdə heç kim olmadığı zaman nişanlısıgilə başqa bir oğlanın girdiyini görən şəxs bir müddət sonra evə basqın edib. Yataq otağında nişanlısı ilə həmin oğlanı birgə tutan şəxs onları kameraya çəkib.

Bu da həmin kadrlar:

 
Ardını oxu...
Yeşilçamın məşhur “Sezercik” ləqəbli aktyoru Sezer İnanoğlu həbs olunub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “fırıldaqçılıq” ittihamı ilə 5 il 9 ay həbs cəzasına məhkum edilib.

İnanoğlu və anası bir neçə il əvvəl ev satmaq adı ilə bir qadını aldadıb. Zərərçəkmiş qadın üzləşdiyi problemdən sonra prokurorluğa müraciət edib. Nəticədə, Sezər və anasına “xüsusi fırıldaqçılıq” və “rəsmi sənədləri saxtalaşdırma” ittihamları ilə iddia qaldırılıb.

Saxlanılan tərəf apellyasiya məhkəməsinə müraciət edib.
 
Ardını oxu...
Qaradağ rayonunun Korgöz qəsəbəsində demək olar ki, hər qapıda "KamAZ", ya da "Shacman" avtomobilləri görülür.

Teref.az ATV xəbər-ə istinadən xəbər verir ki, Korgözdə bu, adət halını alıb. Səbəb isə evlənmək istəyən şəxslərə qoyulan "şərtdir". Belə ki, evlənmək istəyən gəncin ya "KamAZ", ya da "Shacman" markalı yük avtomobili olmalıdır. Əks təqdirdə, gənc subay qala bilər. Qəsəbə sakinləri bildirirlər ki, karxana ətrafında yaşayan qəsəbədə insanların çoxu sürücü kimi çalışır. Bu səbəbdən bu maşınların sahibi olmaq önəmlidir.

Daha ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
73 yaşlı amerikalı modelyer Vera Vanq Yeni 2023-cü ili qarşıladıqdan sonra necə göründüyünü nümayiş etdirib.

Çin əsilli dizayner öz İnstaqramında bir neçə kadr paylaşıb.

Fotoda o, ağ çimərlik paltarında bədən quruluşunu nümayiş etdirir. Vera Vang yay üçün mərcan xəz çəkmələri, gümüş tac və gün eynəyi taxıb.

"Yeni ildən sonra səhər və hovuzda qəhvə"

Onun yeni paylaşımını bir gündən az müddətdə 22 minə yaxın insan bəyənib.

Xüsusilə Vera Vanq şəffaf Prada paltarında poza verdiyi şəkilləri paylaşıb.

Çin əsilli modelyer fotoya "Buxtada gün batımı. Gündəlik parıltı... Prada parıltısı ✨" şərhini yazıb.

İnsanlar onun 73 yaşı olduğuna inanmadıqlarını bildiriblər.
Qeyd edək ki, Vera Vanq müasir məşhurların həyatlarının mühüm günündə seçdiyi dəbdəbəli gəlinlikləri ilə tanınır.

Xatırladaq ki, Vera Vanq 73 yaşının şərəfinə yüksək səviyyəli şənlik də təşkil edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
ABŞ-ın Kolorado ştatında Meqan Hess adlı cənazə evi sahibinin əməlləri eşidənləri şoka salıb.

Teref.az xarici KİV-ə istinadla xəbər verir ki, 46 yaşlı Meqan Hess anası ilə birlikdə 560 cəsədi hissələrə bölərək satıb.

Hess və 69 yaşlı anası Şirli Koxun cəsədləri parçalayaraq cərrahi təlim şirkətlərinə satdığı üzə çıxıb.

Hessin anası Şirli Kox da əməllərini etiraf edib.

Hess mərhumların ailələrini aldatdığına görə 20 il, anası isə dələduzluq ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə sənədlərində 69 yaşlı ananın əsas rolunun cəsədləri parçalamaq olduğu yazılıb.

Araşdırmalardan sonra məlum olub ki, ana və qızdan meyit hissələrini alan şirkətlər dələduzluqdan xəbərsiz olublar.

Qeyd edək ki, ABŞ-da transplantasiya üçün ürək, böyrək və vətər kimi orqanların satışı qanunsuzdur. ABŞ qanunları yalnız bu orqanların donorluğuna icazə verir. Ölkə.Az
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti