Ardını oxu...
İYİ Partiya sədri Meral Akşener Ankara Böyükşəhər Bələdiyyə başçısı Mansur Yavaşla birlikdə Sinop şəhərindəki Pier Meydanında mitinq keçirib.

Mia.az xəbər verir ki, o, mitinqdə geniş çıxış edib, Ərdoğan iqtidarını "topa tutub".

Şiddətli yağış və dolu altında danışan Akşener deyib:

"İnşallah, 14 May axşamı Sinopdan başlayaraq Türkiyənin hər yerindən İYİ Partiya parlament seçkisinin birincisi, cənab Kılıçdaroğlu isə ölkənin prezidenti olacaq. Sinop təqaüdçü şəhərdir, sizə söz verirəm, biz iqtidara gıələn kimi pensasiyalar da qaldırılacaq. Müəllimlərin təyinatı sürətlə davam edəcək. Bu ölkədə siyasi, iqtisadi, sosial həyat kpökündən dəyişəcək, Qısa zamanda hər kəs bu müsbət dəyişikliyi hıyatında hiss edəəck, görəəck. Biz buun üçün seçkidə daha fəal olmalı, hər kəs özü ilə seçki məntəqələrinə ən az 3 nəfər aparmalıdır. Bu hazırkı sistemi dəyişmək üçün hər kəs əlini daşın altına qoymalıdır. Bilirsiniz, mənim, cəınab Kılıçdaroğlunun barəsəində hər cür yalanı danışdılarŞ, ancaq bir oğru deyə bilmədilər. Biz isə bu oğru rejimi 14 mayda yola salaraq xalqın rahat nəfəs almasını təmin edəcəyik.

...Sinopu ​​həm turizm şəhəri, həm məşğulluq şəhəri, həm də insanların xoşbəxt olduğu bir şəhər edəcəyik. Mən sizdən İYİ Partiyasına səs verməyiniz istəyirəm. Mən sizdən Millət İttifaqının prezidentliyə namizədi Kılıçdaroğluna səs istəyirəm. Biz birlikdə bu qəribə sistemi dəyişməliyik".

Bu arada meydanda "Baş nazir, Baş nazir" şüarlarını duyan Akşener deyib: "Mənə bax, bunun üçün səs verəcəksən, İYİ-ni birinci partiya edəcəksən. Əvvəlcə, bu qəribə sistem dəyişəcəyik. Ondan sonra kiminləsə sövdələşmədən baş nazir olacağam”.
Ardını oxu...
 
 

 Bakıda naməlum şəxs evə basqın edib.

 

Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Məmmədova Səliqə Əli qızı DİN-nin "102" xidmətinə məlumat verərək, həmin gün saat 01 radələrində naməlum şəxsin onun Bakı şəhəri, Nəsimi rayonu, İlqar ismayılov küçəsində kirayə yaşadığı mənzilə daxil olaraq qışqırmaması üçün ağzını tutub, 100 (yüz) manat pulunu və təqaüd kartını götürərək getməsini bildirib.

Faktla bağlı Nəsimi RPİ-nin 21-ci PB-də Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.

 

XalqXeber.Az
Ardını oxu...
“Çox kasıb ailədə dünyaya göz açmışam. 3 qardaşın bir bacısı olmuşam. 17 yaşıma çatanda anam mənə dedi ki, “bir kişi tapıb səni ərə verim, o kişi də bizə baxsın”. Dedim ki, “ay ana, nə kişi, mən oxumaq istəyirəm”. Anam işləyirdi, dedim ki, “mən də işləyim, ikimiz birləşək, qardaşlarımızı saxlayaq, böyüdək”. Mən deyənə qulaq asmadı. O kişini tapıb üstümə gətirdi. Kişi məndən 20 yaş böyük idi. Anam zorla, döyə-döyə məni zaksa göndərdi. Ağzımı aça bilmirdim. Zaksda bir yaşlı kişi oturmuşdu. Dedi ki, bu necə olur? Ondan sənə ər, səndən də ona arvad olmayacaq”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Musiqili Teatrın aktrisası Səmayə Musayeva deyib.

“Oğlum Mehmanı dünyaya gətirdim. Qanım zəhərlənmişdi, ölümlə üz-üzə idim. Kişi dedi ki, “mənim pulum, falan yoxdur. Get ona bax!”. Neyləyə bilərdim ki? Anam məni məhv etdi. Evdə şikayətlənən kimi anam deyirdi ki, “bu taleyi sənə Allah yazıb, məndən nə istəyirsən?!”. Anam o kişini evə gətirməklə mənim həyatımı məhv etdi. Çox arzularım var idi. Deyirdim ki, oxuyaram, işləyərəm. Univeristetə 25 yaşında daxil oldum. O kişi anamı dilə tutub, əməlli-başlı aldatmışdı. Guya ki, pulu çoxdur, işləyib bizə kömək edəcəkdi. Ayrılandan sonra gəldiyi kimi də, çıxıb getməyi bir oldu. Ondan sonra ailə həyatı qurmadım. Kim dəqiq bilə deyə bilərdi ki, ikinci ailə birincidən yaxşı ola bilər? Sənətim həyatıma heç vaxt mane olmayıb. Əksinə sənətimlə ucalmışam, tanınmışam, sevilmişəm” deyə sənətkar bildirib.

Aktrisa bildirib ki, hər zaman teatrda “Arşın mal alan” da Telli obrazını oynamaq istəyib.

“Gənclik illərimdə hər zaman bu rolu oynamağı arzu etmişəm. Hələ heç aktrisa deyildim, bu roldan çox xoşum gəlirdi. Telliyə oxşar çox rollarım olsa da, Tellini oynamaq mənə qismət olmayıb. Mən daha çox dramatik obrazları sevirəm. Bu gün ayaqlarım demək olar ki, tutulub. Yeriməkdə çətinlik çəkirəm. Evin içində özümü güc-bəla ilə idarə edirəm. Filmdə çəkilmək üçün dəvətlər gəlir, amma səhhətimə görə çəkilə bilmirəm. Serial həm də uzun prossesdir. 47 il fasiləsiz Akademik Musiqili Teatrda çalışmışam. Mənimki teatrdır, çünki tamaşaçı ilə canlı ünsiyyət daha rahatdır” deyə aktrisa bildirib.
Ardını oxu...
Lənkəranda ana doğuş zamanı ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva aprelin 7-də gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb və təcili əməliyyat olunub.

Keysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülüb. Lakin 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, G.Fərzəliyeva Liman şəhərinə gəlin köçüb. Onun 9 yaşlı bir oğlu var və bu ananın ikinci hamiləliyi olub. Hazırda 8 aylıq körpə küməcdə saxlanılır.
 
Ardını oxu...
Tovuzun Aşağı Quşçu kəndinin sakinləri yaşaış məntəqəsindəki gecə klublarının onlara narahatlıq törətdiyini deyir. Camaat, xüsusilə axşam saatlarından sonra işə başlayan iaşə müəssisələrinin fəaliyyətindən şikayətçidir...

Aşağı Quşçu camaatı indiyədək bu kənddə heç vaxt ağlına gətirmədiyi vəziyyətlə üz-üzə qalıb.

Nəinki gecələri səs-küydən yata bilməmək, hətta kəndlilərin kafeləri əxlaqsızlıq yuvası adlandırması bir yana, valideynləri bundan daha çox narahat edən başqa bir problem yaradır buradakı gecə klubları.

Aşağı Quşçu sakinləri kənardan gələn yad qızları evində saxlayan həmkəndlilərindən də şikayətçidir. Barələrində narazılıq olanlar isə yerli polisdən xəbərdarlıq aldıqdan sonra tanımadıqları adamlara gecələməyə yer vermədiyini deyirlər.

Aşağı Quşçunun yeniyetmə və gəncləri valideynləri bilməsin deyə, kənddəki iaşə obyektlərinə getməsələr də, yaxınlıqdakı belə məkanları, necə deyərlər, tez-tez “ziyarət edir”...

Indiyədək bir çox ünvana yazılı şəkildə müraciət etdiklərini deyən kəndlilər hələ də kiminsə onlara cavab verəcəyinə ümid bəsləyir..

Sakinlər gecə klublarından birinin, DİNİ Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri işləyən həmkəndliləri Rasim Nağı oğlu Tağıyevə məxsus olduğunu deyir. Qarşı tərəfin münasibətini öyrənmək istəyimizə, nəinki, Vətən müharibəsi iştirakçısı olduğunu deyən və həmin kafelərdən birini işlədən Samir Məmmədovun kameramıza əl atmqla verdiyi cavab, özünü Nağı Tağıyevin qardaşları kimi təqdim edən Zöhrab və Mətləb Tağıyevlərin reaksiyası kəndlilərin nə qədər haqlı olduğuna işıq saldı:

Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları gəlib.

Çəkiliş qrupu ilə birgə polis şöbəsinə dəvət olunan Zöhrab və Mətləb Tağıyev qardaşları, özünü vətən müharibəsinin iştirakçısı kimi təqdim edən Samir Məmmədov jrunalistlərlə barışığa nail olmağa çalışıb... Amma necə deyərlər, iş-işdən keçmişdi...

Aşağı Quşçu sakinləri kənardan gələn yad qızları evində saxlayan həmkəndlilərindən də şikayətçidir. Barələrində narazılıq olanlar isə yerli polisdən xəbərdarlıq aldıqdan sonra tanımadıqları adamlara gecələməyə yer vermədiyini deyirlər.

Ümid edək ki, Aşağı Quşçunun ərşə çəkilən yuxusu bundan sonra pozulmayacaq...

APA.TV
Ardını oxu...
Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır.

O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.
 
Ardını oxu...
Ağstafada 35 yaşlı Günel Məmmədovanın döyülərək öldürülməsi ilə bağlı xəbər vermişdik.

Hadisə ilə əlaqədar bir sıra faktlar ortaya çıxıb.

Hadisə ilə bağlı lent.az-a danışan mərhumun qardaşı Ramin Həsənov bildirib ki, bacısını əri və qayınanası döyüb:

“Bacımın uşağı xəstəlikdən əziyyət çəkir. Ona görə də, dövlət onun aylıq dərmanlarının alınması üçün 300 manat müavinət təyin edib. Ailə də hər ay həmin kartdan 260 manatı çıxarıb kreditə verirdi. Aprelin 8-də bacım Günel əri Məmmədov Ayaz Kərəm oğluna dedi ki, kartdan pul çıxarmağa gedirsən onsuz, elə uşağa dərman da al. Əri də deyib ki, dərman 20 manatdı. Bahadı necə alım? Həmin məsələyə görə, Ayaz anası ilə birgə Güneli döyüblər. Təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbə endiriblər. Bacımın ağzından və qulağından qan gəlirdi”.

Ramin Həsənovun sözlərinə görə Günel Məmmədova aprelin 8-dən xəstəxanada yatıb:

“Dünən axşam artıq can verirdi. Ağsaqqallar məsləhət etdi ki, evə gətirək. Bu gün səhər Dağ Kəsəmən kəndində, mənim evimdə vəfat etdi”.
 
Ardını oxu...
Ermənistanda əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova İTV-yə müsahibəsində Nikol Paşinyanın guya əsgərimizin orduda təzyiqlərlə üzləşməsi barədə sözlərini təkzib edib.
O deyib ki, oğlu ilə hadisədən 4 gün əvvəl danışıb və övladı müddətdən artıq hərbi xidmətdə qalmaq fikrində idi.
Xatırladaq ki, Ermənistanın baş naziri iddia etmişdi ki, guya Hüseyn təzyiqlərlə üzləşdiyinə görə qaçıb və buna görə də onun Azərbaycana qaytarılması sual altındadır. Ananın sözlərindən isə bunun tamamilə yalan olduğu görünür

 
Ardını oxu...
74 yaşlı fransız aktyor Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham olunub. Hadisələrin 2004-2022-ci illər arasında 11 filmin çəkiliş meydançasında baş verdiyi deyilir.

13 qadın - aktrisalar, vizajistlər və digər işçilər zorakılığa məruz qalıb. Onlardan üçü artıq məhkəmədə ifadə verib.

Depardyenin vəkilləri onun bütün ittihamları rədd etdiyini bildiriblər. Onların sözlərinə görə, aktyor bu şikayətdən tamamilə məəttəl qalıb.
Mənbə: snob.ru
 
Ardını oxu...
Türkiyədə saxlanılan Adnan Oktarın xanım tərəfdarları Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət ediblər.

A.Oktarın azərbaycanlı tərəfdarları səfir Erkan Özoralın adına ərizə yazaraq xahiş ediblər ki, onları zərərçəkmiş qismində hazırda istintaqı gedən “Adnan Oktar işi”nə cəlb etsinlər.

Əldə etdiyimiz özəl məlumatda deyilir ki, səfir adına yazılan ərizəni 54 qadın imzalayıb. Onlar ərizələrində qeyd ediblər ki, vaxtı ilə A.Oktarın Bakı şəbəkəsinin üzvü olublar.
Ardını oxu...
Ramiq Vəliyev və Aysel Vəliyeva
“Bizi azərbaycanlı nazir övladları dəstəkləyirdi”

Saytımıza bu məlumatı verən və adının açıqlanmasını istəməyən eks “kedicik” Adnan Oktarın Bakı şəbəkəsi ilə bağlı bəzi mühüm faktlardan da danışıb. O, bildirib ki, şəbəkənin kişi üzvləri üçün imam Ramiq Vəliyev, qadın üzvləri üçün imam isə, onun həyat yoldaşıAysel Vəliyeva olub. Sonuncu jurnalistdir və Naxçıvan Dövlət Televiziyasının (NTV) əməkdaşıdır.

Adnan Oktar Azərbaycandakı şəbəkəyə nəzarəti isə, yaxın adamı İbrahim Tuncerətapşırıb. R.Vəliyev şəbəkənin Azərbaycanda genişlənməsi üçün böyük bir proje hazırlayaraq İ.Tuncerdən maliyyə dəstəyi tələb edib. Sonuncu həmin projeni Adnan Oktara təqdim etdikdən sonra şəbəkə Bakının “Milyonerlər məhəlləsi” kimi tanınan keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsində iki villa kirayələyiblər: “Mən şəbəkəyə ilk qoşulanlardan idim. Kirayələnən villaların birində biz qalırdıq, digərində oğlan üzvlər. Yalnız gecə yatmağa gedəndə ayrılırdıq, günün başqa saatı demək olar ki, bir yerdə olurduq. İmamlarımız Ramiq Vəliyev və Aysel Vəliyevanı ayda bir dəfə görürdük. Onları çox gözəl insan kimi xarakterizə edə bilərəm. Bizlə çox mədəni rəfdar edirdilər. Xidmətçilərimiz, aşpazlarımız var idi. Bakıda dəbdəbəli parti və konsertlərə gedib şəbəkəyə yeni üzvlər cəlb etməli idik”.

Eks “kedicik”in sözlərinə görə, onlar bəzən yeni oğlan üzvləri üçün istifadə ediliblər: “Model görünüşlü oğlanları şəbəkəyə üzv etmək və onu genişləndirmək üçün bizdən “yem” kimi istifadə edirdilər. Etiraz etmək haqqımız yox idi. Bakıda və bölgələrdə imkanlı biznesmen və məmur övladları ilə tanış olub onlara şəbəkə haqqında məlumat verirdik. Hamısının xoşuna gəlirdi. Dindən danışıb onları bezdirmirdik. Elə ətrafımızda olan qızların şəkillərini görən kimi bizə dəstək verməyə hazır olduqlarını deyirdilər. Onların arasında nazir övladları da var idi. Kim olduqları bizdən gizli saxlansa da, dəvət aldığımız tədbirlərə gedərkən təxminən bilirdik ki, bizim şəbəkəni hansı nazirlər dəstəkləyir”.

► “Qısa zamanda üzvlərimiz 200-ü keçdi”

Adnan Oktarın Bakı şəbəkəsinin üzvünün sözlərinə görə, 2-3 aydan bir 5-10 nəfərlik qrupla Türkiyəyə səfər ediblər: “Adnan Oktarla görüşüb, onun canlı yayımlanan verlişində qonaq kimi iştirak edirdik. A.Oktar bizlərə çox isti münasibət göstərirdi. Amma, yalnız verlişin çəkilişi zamanı. Verlişdən kənarda onun yaxın adamları ilə necə əsəbi və ağır ifadələr işlədərək danışdığına şahidlik edirdik. A.Oktar Türkiyədə böyük bir sərvətə sahib idi. Azərbaycanlı üzvlərdən bəziləri onun İstanbuldakı şirkətlərinə işə düzəlmişdi. Sonuncu dəfə Adnan Oktarla görüşəndə o, yeni üzvlərin sayının artırılması ilə bağlı göstərişlərini verdi. Bakıda villalar icarəyə götürüləndən sonra üzvlərimizin sayı 200-ü keçmişdi və bu çox qısa zamanda baş vermişdi”.

► Mətbuat vasitəsi ilə təsir…

Eks şəbəkə üzvünün sözlərinə görə, Adnan Oktarın Azərbaycanda təbliğatının bir istiqaməti də mətbuat vasitəsi ilə olub. Belə ki, A.Oktarın Azərbaycanda mətbuat katibliyini edən Nəzakət Bədirova adlı jurnalist onun məqalələrini Azərbaycan türkcəsinə tərcümə edərək yayımı ilə məşğul olub: “Saytımız, onlayn televiziyamız var idi. Amma, bu bəs etmirdi. Azərbaycandakı xəbər saytlarında Adnan Oktarın təbliğatı ilə bağlı yazılar getməli idi. Arada biz də “Facebook”da Adnan Oktarın yazılarnı paylaşırdıq. Daha sonra Ramiq Vəliyevin rəhbərliyi ilə “Gənclərin mənəvi inkişafı ictimai birliyi” yaradıldı. Həyat yoldaşı Aysel Vəliyeva da sədr müavini idi. Təşkilatın Türkiyə üzrə koordinatoru isə, Ləman Priyeva idi. Onun həyat yoldaşı Ramil Rüstəmov da tez-tez Adnan Oktarın “A9″ kanalındakı proqramına qatlırdı”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Eks “kedicik”in sözlərinə görə, sonuncu dəfə Bakıda Adnan Oktara dəstək videosunun çəklişindən sonra şəbəkədən ayrılmaq qərarına gəlib: “Bu elə də asan olmadı. Hər tərəfdən təzyiqlərə məruz qaldım. Bizim o videomuz da birmənalı qarşılanmadı. Hər kəs bizi söyürdü. Ötən gün Türkiyənin “Sabah” (https://www.sabah.com.tr/galeri/turkiye/adnan-oktar-orgutunun-azerbeycandaki-yapilanmasina-sorusturma/7) qəzetində oxudum ki, Adnan Oktarın Azərbaycandakı müridlərinin həbsi gözlənilir. Artıq “Twitter”də “Kedicik Belgeleri”(https://twitter.com/KediLeaks/status/1005879391136739328) adlı səhifədə Azərbaycandakı şəbəkə üzvləri deşifrə olunur. Kemiş şəbəkə üzvləri də dedilər ki, Azərbaycanda olanların siyahısı hüquq-mühafizə orqanlarına təqdim olunub. Deyilənə görə, Fətullah Gülən tərəfdarlarında olduğu kimi Türkiyə Azərbaycandan bizim cəzalanmamızı istəyəcək. Biz Adnan Oktar və onun şəbəkəsinin qurbanlarıyıq. Ötən gün zərərçəkmiş kimi istintaqa cəlb olunmaq üçün Türkiyənin Azərbaycandakı səfirliyinə ərizə ilə müraciət etdik. İnanıram ki, Türkiyə və Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələyə ədalətlə yanaşacaq və aldadılan, istifadə edilən şəbəkə üzvlərini zərərçəkən kimi tanıyacaq”.

Azərbaycanlı zərərçəkənlərin səfirliyə müraciət etməsi ilə bağlı “Kanal D”nin xəbəri

Məlumat üçün bildirək ki, Türkiyədə həbs olunan Adnan Oktar tərəfdarlarının sayı 300-ü keçib. Türkiyədə hərbi çevrilişə cəhddə ittiham edilmiş Fətullah Gülənin Azərbaycan şəbəkəsinin kimlərdən ibarət olduğu barədə siyahı dövlət rəhbərliyinə təqdim olunmuşdu. Ötən gün Bakıya səfərə etmiş Ərdoğanın bu haqda Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə aparması haqda məlumat olmasa da, Oktarın azərbaycanlı tərəfdarları ilə bağlı hansı tədbirlərin görüləcəyini qarşıdakı günlərdə müşahidə edə bilərik.

Xatırladaq ki, Türkiyədə həbs olunan Adnan Oktar kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.

Xüsusi əməliyyat zamanı çox sayda silah, gülləkeçirməz köynək və zirehli maşınlar da ələ keçirilib. (AzEuroNews.com)
Teref.az yazır ki, Adnan Oktarla bağlı yayınladığımız bu yazıda adı keçən Nəzakət Bədirova saytımıza müraciət edərək onun adından yazılan məlumatların yalan olduğunu deyir. Teref.az olaraq Nəzakət xanımın saytımıza göndərdiyi mövqeyini dərc edirik.Nəzakəıt xanım saytımıza göndərdiyi mövqeyində yazır:
"Mən uzun zamandır Azərbaycanın bir çox sayt və qəzetləri ilə əməkdaşlıq edirəm. Bəzən öz yazdığım köşə yazılarımı bəzən də,Türkiyənin tanınmış yazarı Adnan Oktarın yazılarını verirdim.Bəzi problemlərimlə baglı bir neçə il saytlarla əlaqə yarada bilmədim. Bir neçə ildən sonra haqqımda mediada bəzi məlumatlar qarşıma çıxdı.Haqqımda demədiyim və olmayan sözlər yayınlanmışdır. AzEuroNews.com saytında haqqımda yayınlanan sözlərin doğru olmadıgını bildirmək istəyirəm. Adnan Oktarın məhkəməsi hələ də davam edir. Konstitusiyanın 38-ci maddəsinin 4-cü bəndində “Heç kəs təqsiri hökmlə sübuta yetirilməyənə qədər təqsirli sayıla bilməz”. Yəni Məhkəmədə təqsiri sübuta yetirilməyənə qədər heç kəs təqsirli sayıla bilməz. 5 ildir Adnan Oktarın məhkəməsi davam edir.Bu 5 il içində onların təqsirli olduğuna dair heç bir dəlil tapılmadı. Deməkdə məqsədim Adnan Oktar və tələbələri günahsızdırlar, onlara qarşı heç bir pis fikrim yoxdur. Hələ də Adnan Oktar və tələbələrinə qarşı çox böyük hörmətim və sevgim var.
Nəzakət Bədirova
Hörmətlərimlə:"
 

Dünyapress TV

Xəbər lenti