Ardını oxu...
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teref.az Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Səmədov ittiham aktını elan edib.

İttihama görə, Zərifə Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə kimi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işləyib. O, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə köçürülən pulları mənimsəmək məqsədilə nümayəndəliyin rəhbəri Peter Mixalkonun və digər şəxsin imza, həmçinin möhürünü əldə edib.

Zərifə Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları saxtalaşdırıb və nümayəndəliyin Beynəlxalq bankdakı hesabından pul vəsaitlərini ələ keçirib.

2017-2022-ci illər ərzində o, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus 983 min 254 manatı mənimsəyib.

İstintaq sənədlərinə görə, qeyd olunan pul vəsaitini Zərifə Abbasova müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxarmağa nail olub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Zərifə Abbasova ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, nümayəndəliyə məxsus 50 min manat vəsaiti mənimsəyib.

Bundan sonra hakim tərəflərdən məhkəmə istintaqının aparılması qaydasını soruşub. Prokuror məhkəmə istintaqının təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, daha sonra isə şahidlərin dindirilməsi qaydası ilə aparılmasını təklif edib.

Məhkəmə istintaqın bu qaydada aparılmasına təqsirləndirilən şəxs, onun vəkili Əlövsət Abbasov, zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Sabit Abdullayev etiraz etməyiblər.

Amma təqsirləndirilən şəxs deyib ki, səhhəti ilə bağlı hazırkı mərhələdə ifadə verə bilməyəcək. Onun vəkili isə bildirib ki, müvəkkili səhhətində yaranan problemlərlə bağlı xəstəxanada müalicə alıb, mayın 8-dən ambulator müalicə üçün evə buraxılıb.

Vəkilin sözlərinə görə, Zərifə Abbasova hazırda ev şəraitində müalicəsini davam etdirir: "Zərifə Abbasova indiki vaxtda ifadə verməyə hazır deyil. Onun müalicəsinin davam etdirilməsi, həm də ifadə verməyə hazırlaşmaq üçün iki həftə vaxt verməyinizi xahiş edirik".

Hakim vəkilin bu istəyini nəzərə alıb. Bu səbəbdən növbəti məhkəmə iclası iyunun 1-ə təyin olunub.
 
Ardını oxu...
Qadın şərab kimidir. O illər keçdikcə gözəlləşir. Görünür bir çox məşhurlar bunu bildikləri üçün yaşca özlərindən böyük xanımlarla birlikdə olmağa üstünlük veriblər.

Lent.az yaşca arvadından kişik olan məşhurlar barədə məlumat verir.

Hyu Cekman Debbora Le Fernes ilə evlidir. Hyunun 55, arvadının 68 yaşı var.
Onlar 2 uşağı övladlığa götürüblər.
Emmanuel Makron arvadı Bricit Makrondan 24 yaş kiçikdir. 2000-ci ildən nikahda olan cütlüyün övladı yoxdur.

Pryanka Çopra əri Nik Çonasdan 10 yaş böyükdür. Cülük 2018-ci ildən evlidir. Bir qızları var.

Şakira uşaqlarının atası futbolçu Pikedən 10 yaş böyük idi. 2011-ci ildən başlayan münasibət 2022-ci ildə başa çatdı. Onların 2 oğlu var.

Alla Puqaçova əri Maksim Qalkindən 27 yaş böyükdür. Cütlük 2011-ci ildə ailə qurub. Onların əkiz uşaqları var.


Ceyson Mamoa arvadı Liza Bonedən12 yaş kiçik idi. 2017-ci ildə evlənmiş cütlük 1 il öncə boşanıb. Bu nikahdan bir oğul və bir qızları var.

Eva Menders əri Rayan Hoslinqdən 6 yaş böyükdür. 2011-ci ildən vətəndaş nikahında olan cütlüyün 2 qızı var.

Tina Kandelaki əri Vasili Brovkodan 12 yaş böyükdür.2014-cü ildən evli olan cütlüyün uşaqları yoxdur.

Meqan Markl şahzadə Harridən 3 yaş böyükdür. 2018-ci ildə evlənmiş cütlüyün bir qızı və bir oğlu var.

Haydi Klum əri Tom Kulitsdən 16 yaş böyükdür. Cütlüyün bir qızı var.
 

Bakının Xətai rayonundakı toy mərasimində ailə-məişət zəmnində dava düşüb.

APA xəbər verir ki, hadisə şəhərdə yerləşən restoranların birində qeydə alınıb.

Belə ki, şadlıq sarayında toy məclisi zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib.

Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub.
Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
 
Ardını oxu...
"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes öz İnstaqram hesabında bikinidə fotolarını paylaşıb.
Teref.az qol.az-a istinadən xəbər verir ki, bu, bir çox izləyicilər tərəfindən tənqid olunub.
Səudiyyə Ərəbistanında açıq-saçıq fotoların sosial şəbəkələrdə paylaşılması qadağandır. Ronaldo və Corcina Səudiyyə Ərəbistanında yaşadıqları üçün izləyicilər argentinalı modelin bu addımına mənfi reaksiya veriblər.
Hətta onlardan bəziləri yazıb: "Corcina, əyninə nəsə geyin, Allah səni islah etsin", "Bu şəkilləri çəkdirdiyin üçün Tanrıdan bağışlanmağını diləməlisən".
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrın 30-da "Əl-Nəsr"ə tansfer olunub. Buna görə də cütlük hazırda Səudiyyə Ərəbistanında yaşayır.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bu gün Naxçıvan Muxtar Respublikasının (MR) mədəniyyət naziri vəzifəsindən azad edilən Natəvan Qədimova bir müddət əvvəl evində çalışdığı xidmətçiyə büdcədən maaş verməsi ilə gündəmə gəlib.

TEREF.AZ Hurriyyet.az-a istinadla xəbər verir ki, həmin olayla bağlı yayılan məlumatda Natəvan Qədimovanın Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun yaxın çevrəsinə daxil olduğu iddia edilir.

Ötən ay isə mediada Natəvan Qədimovanın dəbdəbəli villaları ilə bağlı məlumat yayılıb. İddialara görə, o nazir vəzifəsinə təyinat alandan bir müddət sonra Naxçıvan şəhərində özünə dəbdəbəli villalar tikdirib. Həmçinin Bakıda özünə lüks mənzil alıb.

Ardını oxu...
Sabiq nazirin Naxçıvan şəhərindəki villası

Yayılan məlumatlarda Natəvan Qədimovanın Naxçıvanda obyektlərinin olduğu da vurğulanıb. Bildirilir ki, keçmiş nazirin Naxçıvan şəhərinin İstiqlal və Babək küçələrində mağazaları var.

Ardını oxu...
Natəvan Qədimovanın İstaqlal küçəsindəki mağazası

Natəvan Qədimova nazir vəzifəsinə 2015-ci ildə təyin edilib. Həmin ilə qədər isə Mədəniyyət və Turizm Nazirliyində nazir müavini vəzifəsini tutub.

Naxçıvandakı mənbələr bildirir ki, Muxtar Respublikada yüksək vəzifələrdə əsasən Vasif Talıbova yaxın şəxslər təmsil olunub. Natəvan Qədimova da bu kateqoriyadandır.

Vasif Talıbov istefa verdikdən sonra onun vəzifədə olan yaxın ətrafının da işdən çıxarılmasına başlanılıb. Prosesin ləng getməsi Vasif Talıbova yaxın şəxslərin rəhbərlik etdiyi qurumlarda ciddi yoxlamaların aparılması ilə bağlıdır.
 
Ardını oxu...
Cənubi karolinalı qadın son dəqiqə qərarı sayəsində lotereyada 300 min dollar qazanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadın Leksinqtondakı “Bob's Food & Fuel” mağazasında “Kings Ransom” lotereya biletini görüb, lakin əvvəlcə ondan imtina edib. Lakin o, son anda fikrini dəyişib və 300.000 dollarlıq mükafatı qazanıb.

“Mən bilet almaq fikrində deyildim. Çox təəccübləndim”, – o paylaşıb.

Bəxtəvər qadının dediyinə görə, pulu evin təmirinə xərcləyəcək.
 
Ardını oxu...
Ermənistan ordusu tərəfindən Cəbrayıl rayonunun Horovlu kəndindəki evi dağıdılan 85 yaşlı Marusya Nəcəfova hələ də yaşayış yerinin açarlarını özündə saxlayır.

Kəndəki yaşayışdan söz açan M.Nəcəfova qeyd edib ki, evləri rayonun ən yüksək bölgəsində yerləşdiyi üçün 1992-ci ildə Cəbrayıl batalyonunun qərargahı olub, batalyonu da qardaşı Rafiq Nəcəfov yaradıb.

85 yaşlı nənə 30 illik məcburi köçkün həyatından sonra evinə qayıdacağı günün yaxın olduğuna inanır.

Daha ətraflı İTV-nin süjetində:

 
Ardını oxu...
Mayın 4-də Astana məhkəməsi Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlunun keçmiş arvadı Gülmira Satıbaldını özbaşınalıqda və adam oğurluğunda təqsirli bilinərək əmlakı müsadirə olunmadan 7 il müddətinə azadlıqdan məhrum edib. Bundan başqa, Satıbaldı Qazaxıstanın dövlət mükafatı - “Kurmet” ordenindən də məhrum ediləcək.

Bu iş üzrə ikinci təqsirləndirilən Satıbaldı Madi Batırşayevin sürücüsü də 7 il, üçüncü müttəhim, adam oğurluğunun səbəbkarı Rəşid Utebekov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə zərərçəkənlər iki sahibkardı - “Galanz bottlers” ASC-nin təsisçisi Tursenqali Alaguzov və “Maxi Bottlers” LLP-nin keçmiş sahibi Aygül Mekeşevadır. Onların məhkəmə prosesi martın ortalarından başlamışdı.

Gülmira Satıbaldı 2022-ci il martın 16-da tutularaq Astanada müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Korrupsiyaya Qarşı Mübarizə Agentliyi ona və bir sıra digər şəxslərə qarşı biznes obyektlərinin qanunsuz zəbt edilməsi ittihamı ilə istintaq başlayıb. 2023-cü ilin yanvarında məlum oldu ki, Satıbaldı adam oğurluğu və özbaşınalıqda ittiham olunur. İstintaqın məlumatına görə, Satıbaldı böyük içki şirkətlərinin səhmlərini ələ keçirməyə çalışıb, Mekeşevanı qaçırıb və uşaqlarını öldürməklə hədələyib. Onlara dəyən zərərin məbləği 6 milyard tengedən çox olub. Aprel ayında Satıbaldı və Mekeşeva istintaqla əməkdaşlığa gedərək günahlarını qismən etiraf ediblər.

Gülmira Satıbaldı əvvəllər Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı ilə evli olub. “Forbes” nəşri 2018-ci ildə onu Qazaxıstanın ən nüfuzlu iş adamları siyahısına daxil edib, onun sərvəti 163 milyon dollar dəyərində qiymətləndirilib. Kayrat Satıbaldı dövlət qulluğunda çalışıb, paytaxt merinin müavini olub, milli şirkətlərdə rəhbər vəzifələr tutub. O, 2022-ci ilin martında saxlanılıb və sentyabrda məhkəmə onu əmlakı müsadirə olunmaqla və 10 il müddətinə dövlət qulluğunda işləmək hüququndan məhrum edilməklə 6 il müddətinə cəzaya məhkum edib. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və “Kazaktelekom” ASC-nin vəsaitlərini xüsusilə külli miqdarda mənimsəməkdə təqsirli bilinib.
Ardını oxu...
Son zamanlar vloqları ilə məşhurluq qazanan bloger Aydan getdiyi klubda soyunub əylənməsinin səbəbini açıqlayıb.

DİA.AZ Milli.Az-a istinadən xəbər verir ki, "Aydanique" ləqəbi ilə tanınan bloger ictimai yerdə soyunub, alt paltarında əylənməsini belə izah edib:

"Son həftəsonun anları, çox maraqlı keçdi, hər şey əla. Bir tək klubun kondiseonersiz olması çox narahat edirdi, dözmədim üst geyimimi çıxartdım. Elə bil hamamda idik, hətta mağazadan "ventilyator" sifariş etdik. Çox qəribədir, təşkilatçılar necə bu nüansı unuda bilərdi? Yoxsa bu laqeyd yanaşma idi?".
Ardını oxu...
2022-ci ilin fevralında Polşada casusluqda şübhəli bilinərək saxlanılan rus əsilli ispan jurnalist Pablo Qonzales (Pavel Rubtsov) çox güman ki, Rusiya hərbi kəşfiyyatının (QRU) Janna Nemtsovanın ətrafına yerləşdirdiyi casus olub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Polşa mətbuatı yazıb.

Boris Nemtsov Fondundakı mənbənin və Rusiyada qətlə yetirilən müxalifətçi siyasətçinin qızının tanışının verdiyi məlumata görə, Qonzales Nemtsova ilə 2016-cı ildə Brüsseldə tanış olub və bundan sonra o, Fondun tədbirlərinə dəvət olunub.

Həbsdən sonra Polşa xüsusi xidmət orqanları jurnalistin rəqəmsal mediasına çıxış əldə edib. Məlumatların təhlilindən məlum olub ki, 2016-cı ildən başlayaraq Qonzales Nemtsova və onun dostlarının, fondun əməkdaşları və tərəfdaşlarının, həmçinin iştirak etdiyi yay jurnalistika məktəbinin tələbələrinin fəaliyyətini ətraflı təsvir edib.

Nəşrin həmsöhbəti bu yolla Qonzalesin xüsusi xidmət orqanlarındakı kuratorlarına hesabat verdiyini iddia edir. O, həmçinin Nemtsovanın təşkilata daxil olması ilə bağlı xərclərin ona ödənilməsini xahiş edib.
Ardını oxu...
Hesabatlardan göründüyü kimi, ehtimal agent Ukrayna və ABŞ-dan gələn yay jurnalistika məktəbinin iştirakçıları ilə maraqlanıb.

Polşa təhqiqatı Qonzalesin qacetlərində Boris Nemtsovun məktublarını tapıb. Casus bu məktubları Nemtsova ilə ünsiyyətdə olarkən onun noutbukundan oğurlayıb. Nemtsov Fondundakı mənbə bildirib ki, bu epizoda görə istintaq Qonzalesə qarşı qeyri-qanuni məlumat əldə etmək ittihamını irəli sürməyə hazırlaşır.

Nemtsov Fondunun həmtəsisçisi Olqa Şorina isə Qonzalesin fondun rəhbərləri ilə əlaqə saxladığını və bir sıra tədbirlərdə iştirak etdiyini, lakin fondun sənədləri və məxfi məlumatlarına çıxışının olmadığını bildirib.

Rusiya və İspaniya pasportlarının sahibi Pablo Qonzales (Pavel Rubtsov) Sovet İttifaqında anadan olub. Otuzuncu illərdə SSRİ-yə aparılan ispan qızı – onun anası 80-ci illərin sonlarında İspaniyaya qayıdıb

2014-cü ildən Qonzales Krımın ilhaqını və Rusiyanın Donbasa müdaxiləsini işıqlandıran jurnalist kimi fəaliyyət göstərib. O, İspaniyanın “Público” qəzeti, EFE agentliyi, laSexta telekanalı, “Amerikanın Səsi”, DW və Bask nəşrləri olan “Naiz”, “Qara” ilə əməkdaşlıq edib.

2022-ci il fevralın 24-də - Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasına az qalmış Ukrayna Təhlükəsizlik Xidməti Qonzalesdən ölkəni tərk etməyi tələb edib. Dörd gün sonra Qonzales Polşanın Przemışl şəhərində, Ukrayna ilə sərhədə yaxın ərazidə saxlanılıb. Polşa rəsmiləri həbslə bağlı təfərrüatlı şərh vermədilər, onlar yalnız jurnalistin Rusiya hərbi kəşfiyyatında işlədiyini bildiriblər.

Dünyapress TV

Xəbər lenti