Ardını oxu...
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu TV Müsavat-ın efirində “Canlı debat” verilişinə qoşulub.

Musavat.com xəbər verir verir ki, Elxan Şahinoğlu Qarabağda baş verən hadisələrdən danışıb:

“Qarabağ separatçıları əmrləri Moskvadan alırlar. Separatçılar Rusiya ilə sövdələşmə əsasında Qarabağda hərəkət edirlər. Separatçıların öz aralarında da rifaq artıb, yola getmirlər”.

Ətraflı videoda:

 
Ardını oxu...
Kreml sahibi Vladimir Putin tələsir. Ukrayna bataqlığı və Qərb sanksiyaları Rusiya iqtisadiyyatını çökdürməkdədir. Putin mənfi təsirləri azaltmaq üçün qısa zamanda “Şimal-Cənub” nəqliyyat dəhlizini işə salmaq istəyir.
O bu məqsədlə İran prezidenti İbrahim Rəisi ilə videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişi imzalayıb. Dəmiryolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir və Rusiyanın Baltikyanı limanlarını İranın Fars körfəzindəki limanları ilə birləşdirəcək. Tikintidə Rusiya Dəmir Yolları iştirak edəcək.
Vaxtilə Rəşt-Astara dəmiryolunun tikintisi üçün Azərbaycan 500 milyon dollar kredit ayırmalı idi. Ancaq ABŞ İrana qarşı sanksiyalar qəbul etdikdən sonra İrana kredit ayırmaq çətinləşdi.
Daha sonra İranın Azərbaycana qarşı artan təxribatları bu ölkəyə kredit verilməsini mümkünsüz hala gətirdi. Bu halda Kreml ön plana çıxaraq Rəşt-Astara dəmiryolunun tikintisini öz üzərinə götürdü.
Putinin istəyi bəllidir, sadəcə “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam gücüylə işləməsi üçün Azərbaycanla İran arasındakı münasibətlərin normallaşmasına ehtiyac var. Tehranın siyasəti hələ ki, buna imkan vermir.
Bu halda “Şimal-Cənub” nəqliyyat dəhlizi necə işləyəcək?
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Qubanın Pirvahid kəndindən keçən Qaraçay bir vaxtlar kəndliləri ağ günə çıxarırmış.

Əkin-biçinə vaxtlı vaxtında su verib, yaxşı məhsul götürüb dolanan kəndlilər daş karxanasının çaydakı fəaliyyətindən sonra təmiz və bol su üzünə həsrət qalıblar.//dia.az

Daha ətraflı aşağıdakı videoda:

Ardını oxu...
Bərdə rayonu, Cəyirli kənd sakini Əhmədov İsmayıl Paşa oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Azərbaycandan kənarda olduğu müddətdə “Kapital Bank”dan onun adına 28 min manat kredit götürülüb:

“Mən, Əhmədov İsmayıl Paşa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Deməli, mən həmin vaxt Moskva şəhərində olduğum halda “Kapital Bank”da adıma 28 min manat kredit yazılıb. Guya, Sumqayıt şəhərində 3 otaqlı mənzil girov qoymuşam.

Həmin pulu başqa bir adam götürüb, amma sənədləşmədə mənim məlumatlarım qeyd olunub. Hər dəfə həmin şəxs ödəməni gecikdirəndə, bank hesabatı mənimlə aparır, məni və ailəmi narahat edir.

Bu məsələni hüquq müstəvisində həll etmək istədikdə isə, vəkilin məndən istədiyi 2-3 min manat pula gücüm çatmadı. Vəkillər mənə deyirlər ki, işi məhkəməyə versən, sənə 8 min manat kompensasiya düşəcək. Lakin vəkil tutmağa imkanım yoxdur, “Baravo” marketdə satıcı işləyirəm, 445 manat əmək haqqı alıram.

Dəfələrlə “Kapital Bank”da ərizə yazmışam, amma yenə də bu sənədləşmə adımdan çıxmır. Mənə məsləhət verirlər ki, məhkəməyə ver.

Bu, bank əməkdaşının səhvidir, buna görə mən niyə ziyana düşməliyəm?

“Kapital Bank” öz vəkillərini də bu işə yönəltmək istəmir. Çünki öz səhvləridir. Mənim isə adıma həm gecikmə düşür, həm də hər ay narahatçılığa məruz qalıram. Xahiş edirəm ki, mənim bu problemimi işıqlandırasınız”.

Məsələ ilə bağlı “Kapital Bank”ın qaynar xətti ilə əlaqə saxlasaq da, sualımıza cavab verəcək məsul şəxs tapılmadı… //“Hürriyyət”//
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
CHP həm “PKK ilə işbirliyi” təbliğatının boş olduğunu sübut etməlidir, həm də HDP-çilərdən gələn səsləri qorumalıdır

“Millət İttifaqı” səlahiyyətliləri, anket şirkətləri, müxalif TV kanalları və sosial media fenomenlərinin “Kılıçdaroğlu birinci turda qələbə qazanacaq” proqnozu və istəyi baş tutmadı.

Tutmadığı kimi...

Ərdoğan birinci turu təxminən 2.5 milyon səs fərqi ilə bitirdi.

Və ikinci turda daha şanslı görünür.

Aylardır iqtidar hədəfi ilə ümidləndirilən müxalif seçicilər 14 may gecəsindən bəri bir məyusluq və şok yaşayır.

Hər kəs bir-birindən soruşur: necə oldu?

Düşünürəm ki, bu sualın cavabını 14 mayın siyasi xəritəsində axtarmaq gərəkdir. Kılıçdaroğlu və Ərdoğanın ən çox və ən az səs aldığı beş şəhərə baxdığımızda cavabı asanlıqla tapa bilərik.

14 mayın siyasi xəritəsi

Kılıçdaroğlu ən çox səsi sıra ilə Tunceli, Şırnak, Hakkari, Diyarbəkir və Batmandan alarkən, Bayburt, Gümüşhanə, Çankırı, Yozqat və Rizədə rəqabət apara bilmədi.

Ərdoğan isə Bayburt, Gümüşhanə, Rizə, Yozqat və çankırıda rekorda imza atdı. Ancaq Tunceli, Şırnak, Hakkari, İğdır və Diyarbəkirdə uduzdu.

Qəbul etmək lazımdır ki, Türkiyədə seçicilər hələ də şəxsə görə səs verirlər. Dolayısı ilə Yaşıllar və Sol Gələcək Partiyasından Kılıçdaroğlu verilən dəstək demoqrafik çoxluğu təşkil edən millətçi və mühafizəkarlarda basqıya yol açdığı anlaşılır.

Ərdoğanın Kılıçdaroğlunu “Kandilin namizədi” deyib qaralaması və AKP-lilərin CHP-ni terrorla əməkdaşlıqda göstərən elanlar dağıtması, PKK-çıların “Millət İttifaqını” dəstəklədiyi fikrinin gün ərzində dəfələrlə açıqlanması və HDP-lilərin Öcalanın sərbəst qalacağına dair mənasız fikirləri deməsi birləşdi. Və vətandaşın təhlükəsizlik dərdi evindəki iqtisadi problemlərə üstün gəldi.

Kılıçdaroğlu və “Millət İttifaqı” bu çirkin təbliğata cavab verə bilmədi, yaxud cavab verməyə gücü çatmadı. Təkcə Mansur Yavaş “Kandilin namizədi” fikrinə qarşı dirəniş göstərdi ki, onun da səsi bu qarışıqlıqda batdı.

AKP 15 faiz dəstəkçi itirdi

Əgər təhlükəsizlik qayğısı qalib gəlməsəydi, evlərdəki, mətbəxlərdəki “yanğın” AKP-ni iqtidardan edəcəkdi.

Əslində AKP 14 may seçkisini qazanmadı, ilk tur müxalifət tərəfindən iqtidara verildi. Çünki AKP-nin 2018-ci ildə qazandığı 42.6 faiz səs 35.2 faizə düşdü. Yəni ki, 15 faiz səs itirmiş oldu. 2009 ildə bələdiyyə seçkilərindəki 38 faizlik səsi saymasaq, ilk dəfədir ki, AKP-nin səs faizi 40-dan açağı oldu. AKP bu seçkidə 26 şəhərdə 10 faiz və daha yuxarı, 31 şəhərdə 5-10 faiz arasında, 18 şəhərdə 1-5 faiz səs itirmiş oldu. Bu hesaba görə iqtidar 75 şəhərdə səs itkisi yaşadı.

Nəticə olaraq, Ərdoğan iqtisadi böhrana, hücumlara, Ukraynadakı müharibəyə və dağıdıcı zəlzələyə baxmayaraq, səs itirsə də seçki qutusundan birinci çıxmağı bacardı.

MHP anket şirkətlərini səhv çıxararaq, Ərbakanın YRP-si beş və Hüda-Par dörd millət vəkilini parlamentdə keçirə bilməklə AKP-nin qalibiyyətini paylaşmış oldu.

İtirənlər klubu

Kim itirdi?

İlk olaraq, Kılıçdaroğlu.

Bay Kemal beş partiya liderini və iki bələdiyyə sədrini yanına çəkdiyi, HDP-nin səsini aldığı, ondan çox partiya tərəfindən dəstəkləndiyi halda Ərdoğanı məğlub edə bilmədi. Hansı ki, 14 may seçkisi Ərdoğanın ən zəif olduğu seçkidir.

“Millət İttifaqı” itirdi

Gələcək, DEVA, Səadət və Demokrat alternativ AKP-lilərdən yaranıblar. Bu üç partiyanın CHP siyahısı ilə seçkilərə qatılmaları yalnız özlərinə xeyir verdi. DEVA 15, Gələcək 11, Səadət 10 və Demokrat 3 millət vəkili yeri qazandı.

Akşener itirdi

Akşenerin “Altılı masa”da yaratdığı böhran seçicidə etibarsızlıq yaratdı. Kılıçdaroğluna məsafəli davranan İYİ-çilər MHP-yə yönəldilər. Onların bir qismi Sinan Oğana səs vermiş kimi görünürlər.

Yaşıl Sol Partiya itirdi

YSP təxminləri doğrultmayaraq 10 faizin aşağısına endi, 8.9 faiz səs aldı. Halbuki YSP səsvermədən əvvəl 15 faizə yaxın səsə iddia edirdi. YSP-nin PKK ilə üstü açılmayan əlaqələrini kürdlər də qəbul etmir. Millət vəkilliyinə namizədlərin ağızlarını açar-açmaz “Öcalanın azadlığından” danışmaları Türkiyələşmə iddiasını boşa çıxarır. Ən önəmlisi isə YSP Səlahəddin Dəmirtaş liderliyindəki təşkilatlanmanı tamamlaya bilmir. Bu arada, “Emek ve Özgürlük İttifaqı” sayəsində dörd millət vəkili mandatı qazanan Türkiyə İşçi Partiyasının YSP-dən uzaqlaşaraq itirdiyini söyləmək olar.

Anket şirkətləri itirdi

“Konda”, “MetroPoll” , “Yöneylem”, “Türkiye Raporu”, “PanoramaTR” və “Gezici” kimi sorğu şirkətlərinin proqnozları səhv çıxdı. Bu qurumlar son həftə açıqladıqları sorğu nəticələrində Kılıçdaroğlunu irəlidə göstərirdilər. Ən çox da MHP-də yanıldılar.

Müxalif media itirdi

Müxalif televiziya kanalları ölkənin yarısına arxasını dönərək, tək tərəfli yayım edərək, olanı olduğundan şişirdilmiş şəkildə göstərərək, müxalifət düşərgəsinin qələbə eyforiyasınam düçar olmasına səbəb oldular.

Çətindir, amma mümkünsüz deyil

Türkiyədə 28 mayda seçkilərin ikinci turu keçiriləcək. Müxalifət tərəfdən baxdıqda qələbə 14 may gününə baxanda çox çətindir. Görüşdüyüm CHP-çi, İYİ-çi, DEVA-çı, Gələcəkçi səlahiyyətlilər 28 maya ümidli deyillər. Çünki Kılıçdaroğlunun qazandığı 24.5 milyon səsi qoruyub yenidən seçki qutularına daşıması gərəkdir. Xüsusilə, HDP-çiləri səfərbər etməsi üçün xeyli əmək sərf etməli olacaq.

Kılıçdaroğlunun Ərdoğanı keçərək 50+1 faiz səs alması üçün Oğanın 2.8 milyonluq səsini özünə çəkməsi və ya seçkiyə gəlməyən 6 milyon seçiciyi hərəkətə gətirməsi lazımdır.

Mümkündürmü?

Mümkündür.

Bunun üçün Kılıçdaroğlunun Oğan və İncə ilə işbirliyinə getməsi lazımdır. Fəqət, Oğanın önə sürdüyü “HDP-yə məsafə qoyma” şərti Kılıçdaroğlunun əl-qolunu bağlayır.

CHP-nin bu iki həftədə seçicini narahat edən ölkənin təhlükəsizlik maraqları qayğısını qoruyacaqlarına əmin etməkdən başqa yolu yoxdur.

CHP həm “PKK ilə işbirliyi” təbliğatının boş olduğunu sübut etməlidir, həm də HDP-çilərdən gələn səsləri qorumalıdır.

Əlbəttə, çox çətindir...

Amma mümkünsüz deyil.

Müəllif: İsmayıl Saymaz – Analitik yazar.

Mənbə: Sozcu.com.tr

Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
Azərbaycan prezidenti İlham Əliyevin mayın 14-də Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla 4 saat çəkən müzakirələrində hələlik şifahi razılaşdırılan bir neçə bənd var.
Bunlardan biri tərəflərin Ümumdünya Gömrük Təşkilatıyla birgə əməkdaşlığına aiddir. Bu nə deməkdir? İrəvan Zəngəzur dəhlizinin açılmasına etiraz etməsə də, hər iki tərəfdən gömrük yoxlamalarını beynəlxalq təşkilat olan Ümumdünya Gömrük Təşkilatının həyata keçirilməsi təklifinə müsbət yanaşıb.
Biz Zəngəzur dəhlizinin açıq olmasını, yəni Naxçıvana keçiddə heç bir yoxlama həyata keçirilməməsini istəyirik, ancaq güzəşt kimi sərhəddə yoxlamanın beynəlxalq təşkilatın həyata keçirməsi variantına razılaşmaq mümkündür.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Sinan Oqan çox çətin seçim qarşısındadır. Bir tərəfdən Ərdoğanla bazarlığa oturub özünə vəzifə qazana bilər. Amma bu halda həm Qılıncdaroğlundan, həm də Ərdoğandan narazı yeniləşmə tərəfdarından ibarət 3-cü gücün liderliyinə iddiasından əl çəkməlidir. Həm də onu nəzərə almaq lazımdır ki, seçkilərdə qələbədən sonra Ərdoğanın ondan heç bir asılılığı qalmayacaq. Sinan Oqanın partiyası parlamentdə təmsil olunmayıb. Bu halda onun MHP-yə qayıdıb yenidən Baxçəliyə beyət etməkdən başqa çarəsi qalmayacaq.

Digər tərəfdən Qılıncdaroğlunu dəstəkləyib məğlublar sırasında da yer ala bilər. İkinci turda Qılıncdaroğlunun qalib gəlməsi ehtimalə var, amma o qədər də böyük deyil. Qılıncdaroğlu prezident seçilərsə, Oqan özünü bu qələbənin əsas memarı elan edə biləcək və nüfuzu artacaq. Əksi olarsa, Oqan dəyişikliklər üçün mümkün olan bürün qurbanlara getməyə hazır olduğuni əmələdə sübut etdiyini bildirib, Qıllncdaroğlunun məğlubiyyətinin şəriki olmayacaq. Narazı elekloratın liderlərindən biri kimi yenə də nüfuzu artacaq.

Əslində Oqanın qarşısında duran seçim çox sadədir: ya "soğan olsun olsun, nəğd olsun" məsəlini rəhbər tutnalıdır, ya da ki...

Sadə olduğu qədər çətin seçimdir. Xüsusilə Sinan Oqanın Azərbaycan türkü olduğunu nəzərə alsaq...
Rauf Mirqədirov,
Siyasi şərhçi
Teref.az
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib.

Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər.
Ardını oxu...
Kılıcdaroğlunun 50%+1 səs ala bimir, seçkinin əsas intriqası Erdoğanın 50%+1 səs alıb-almamasıdır.İkinci tur ehtimalı hələ də var, amma seçkilərin ilkin nəticəsi odur ki, Erdoğan öz rəqibindən 6-8% arası öndə bitirəcək. İkinci turda olsa əsas məsələ Sinan Oğan seçməni olacaq - Sinan bəy "açar fiqur", bloklayıcı azlıq ola bilər, bu da seçkilərin böyük sürprizidir. Oğanın seçicisi millətçi kəsimdir, 2-ci tur olsa AKP-yə üz tutması böyük ehtimaldır.
Hər bir halda ən böyük istəyim qardaş Türkiyədə seçkilərin olaysız bitməsi, uduzanın udanı təbrik edib əlini sıxmasıdır.
Azərbaycan üçün isə ən böyük təsiri qardaş ölkədə seçici aktivliyinin bizdə seçki institutuna marağı artırmasıdır - İnşallah, bizdə də heç olmasa 70-75% seçici aktivliyi görəcəyik.
Bunun üçün çalışmalıyıq! Məmləkətimizin nicatı qonşularda, dost ölkələrdə kimin prezident olmasından deyil də, seçki aktivliyindən, seçicidən asılıdır!
Natiq Cəfərli
Teref.az
Ardını oxu...
Bu vaxta qədər Ukraynadan döyüş xəbərləri əsasən Donetskdən gəlirdi. Luqanskının adı isə çox duyulmurdu. Bu gün isə Luqanskın mərkəzindəki iki strateji nöqtənin Ukrayna tərəfindən vurulduğu məlumatı yayıldı. Hədəf seçimi də təsadüfi deyildi. Biri texnikaları hərəkətə gətirən yanacaq deposu, digəri isə texnikaların təmiri və cəbhəyə göndərilməsi ilə məşğul olan təchizat məntəqəsi.

Üstəlik, bu strateji hədəflər Ukraynanın Böyük Britaniyadan uzaqmənzilli «Storm Shadow» raketlərini almasından bir gün sonraya təsadüf edir. Xatırladım ki, ABŞ Müdafiə Nazirliyinin adı çəkilməyən sözçüsü CNN-ə açıqlamasında bu raketlərin “oyun dəyişdirici” olduğunu və Ukraynada müharibənin taleyini büsbütün dəyişdirə biləcəyini bildirmişdi. Görünən budur ki, raketlərin ilk sınaqdan çıxarılması həqiqətən də Rusiya tərəfində şok effekti yaradıb. Separatçı Luqansk hərbi komandalığının rəhbəri Andrey Maroçko raketlərin ən azı 150 km uzaqlıqdan atıldığını bildirərək heyrətini gizlətməyib. Separatçı hərbi rəhbərin açıqlamasından belə anlaşılır ki, 150 km. onlar üçün əlçatmazdır və Ukrayna Ordusu Luqanskda yerləşən strateji hədəfləri rahatlıqla sıradan çıxaracaq.

Ukrayna Ordusunun Luqanskını məhz indi hədəfə almasının səbəbinə gəlincə, Donbassın xəritəsinə baxanda bunu daha aydın anlaya bilərik. Xəritədən də göründüyü kimi, Luqansk Ukrayna ilə nisbətdə Donetskin arxasında, daha doğrusu qərbində qalır. Bu da onu istər-istəməz daha təhlükəsiz hala gətirir. Zira Ukrayna əsgərləri Luqanska hücum edə bilmələri üçün ilk öncə Donetski keçməlidirlər. İndiyədək Ukrayna-Rusiya müharibəsinin Donetskdə getməsinin də əsas səbəbi bununla bağlı ola bilər. İndi isə sanki Luqansk hədəf götürülərək növbəti əks hücumların bu istiqamətdə aparılacağası təəssüratı yaranır.

Ukraynanın istər Xerson, istərsə də Xarkov döyüşlərinə nəzər salsaq, əks-hücum əməliyyatlarından əvvəl Rusiyanın təchizat xətlərini hədəfə aldıqlarını, bu xətlər dağıdıldıqdan sonra quru qüvvələrinin hərəkətə keçdiyini görə bilərik. Bu gün Luqanskda vurulan obyektlər də birbaşa təchizatla əlaqəlidir. Belə anlaşılır ki, Ukrayna Ordusu qərb cəbhəsində də böyük əks-hücumlara hazırlaşır.

Xəritədən o da görünür ki, bu gün ağır döyüşlərin getdiyi Baxmut da Donets vilayətinin ortasında və Luqanskə yaxın ərazidə yerləşir. Rus hərbi yetkililərinin, xüsusilə də “Vaqner” könüllülərinin komandanı Yevgeni Priqojinin iddialarına inansaq, Ukrayna qoşunları artıq Baxmutda çox ciddi nailiyyətlər əldə ediblər. Hətta şəhərətrafındakı cəbhə xəttini yanlardan yaran Ukraynalılar Baxmutu tamamilə mühasirəyə ala bilərlər. Məsələyə bu aspektdən nəzər salanda Luqanskdakı təchizat nöqtələrinin hədəfə alınmasının digər önəmli səbəbi ortaya çıxır. Görünən budur ki, Ukrayna Ordusu Baxmutdakı “Vaqner”çiləri tamamilə mühasirəyə alıb bu hərbi birləşməni tamamilə bitirmək istəyirlər. “Vaqner”in tamamilə bitirilməsinin təkcə hərbi-taktiki deyil, həm də hərbi-simvolik mənası var. Bu hərbi birləşmə tamamilə məhv olarsa, Rusiya Ordusu mənən çökə və işğalçıların Ukraynadan qaçışı başlaya bilər.

Digər önəmli səbəblərdən biri də Ukrayna ordusunun şimal-qərb cəbhəsini tamamilə ələ keçirmək istəyi ilə bağlı ola bilər. Məlum olduğu kimi, ötən ilin sonlarında Xersondan rus əsgərlərini Dneprin şimal sahillərinə qovan Ukrayna ordusu bu sahədə ciddi problemlə qarşılaşıb. Hazırda onunla rus ordusunun arasında keçilməsi müşkül olan Dnepr çayı dayanır. Sözsüz ki, bu maneəni keçmək Ukrayna üçün ağır itkilər bahasına başa gələ bilər. Bu durumda ən optimal yol əks-hücum əməliyyatlarına Dnepr maneəsinin olmadığı şimal-qərbdən başlamaqdır. Cənub-qərb istiqamətindən isə əks-hücumçulara artilleriya dəstəyi vermək olar.

Ən əsası isə Rusiyadan gələn əsas təchizat yolları da bu bölgədən keçir. Ukrayna əsgərləri Luqanskı nəzarət altına ala bilərlərsə, işğalçıların logistikasına da ağır zərbə vura bilərlər.

Qısası, Ukrayna Silahlı Qüvvələrinin Luqanskı hədəfə alması həm moral baxımdan Rusiya Ordusunu çökdürməyə, həm döyüş əməliyyatlarını mərkəzdən uzaqlaşdıraraq şimal-qərbə çəkməyə, həm də təchizat yollarına nəzarəti ələ keçirməyə hesablanıb.
Heydər Oğuz//ovqat.com
 

Dünyapress TV

Xəbər lenti