Zelenski xalqa səsləndi: "Rusiya Ukraynaya qarşı yeni hücum əməliyyatlarına hazırlaşır"
"Rusiya Ukrayna ərazisinə yeni hücum əməliyyatları hazırlayır".

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Onun sözlərinə görə, Moskva müharibənin bundan sonra da davam etməsinə ümid edir:

"Əminəm ki, tərəfdaşlarımızın kəşfiyyat xidmətləri belə məlumata malikdirlər, onlar da belə faktları görürlər, onların göz yummamaları və yuxarılara məruzə etmələri vacibdir".
 

Dünyapress TV

Xəbər lenti