Ardını oxu...
Yunanıstan 2025-ci il büdcəsi ilə müdafiə xərclərini artırmağa qərar verib.

Müdafiə naziri Nikos Dendias Türkiyənin təhdidlərini əsaslandıraraq, “Yunanıstan real təhlükə ilə üz-üzədir” deyib.

Demokrat.az xəbər verir ki, hökumət və müxalifət müdafiə xərclərinin illik büdcənin 3,5 faizini əhatə etməsi ilə bağlı razılığa gəliblər.

Yunanıstanın hakim Yeni Demokratiya Partiyası 300 nəfərlik parlamentdə 2025-ci il büdcəsini 159 səslə təsdiqləyib. Müdafiə xərclərinə dair səsvermədə geniş konsensus əldə olunub.

NATO bu qərara görə Yunanıstana təbrik mesajı göndərib.
 
Ardını oxu...
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2003-2016-cı illərdə baş katibi olan Nikolay Bordyuja Ermənistanın təşkilata üzvlüyünü dayandırmasını böyük səhv adlandırıb. O, KTMT ilə yanaşı, Rusiyanın İrəvana böyük köməkliklər göstərdiyini belə izah edib: “Ermənistanın hərbi qüvvələri, o cümlədən bütün güc strukturları illər boyu Rusiyadan hərtərəfli - hərbi texnikadan tutmuş elmi və texniki dəstəyə qədər, yardım alıblar. Sadəcə rəqəmlər gizlidir, ancaq onu bilərəm ki, Rusiya Ermənistanın silahlı qüvvələrinə və bütövlüklə Ermənistana kifayət qədər maliyyə xərcləyib. Söhbət böyük rəqəmlərdən gedir”.

Sfera.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Nikolay Bordyuja həqiqəti söyləyir:
“Ermənistan müstəqilliyini qazandıqdan İkinci Qarabağ müharibəsinə, hətta ondan sonrakı dövrə qədər Rusiyadan milyardlarla dollar həcmində silah və sursat alıb. Rusiyanın keçmiş illərdəki hərbi komandanlığı Ermənistana Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalının planlamasında da kifayət qədər dəstək verib. Rusiya Ermənistanı həm rəsmi, həm də qeyri-rəsmi kanallarla silahlandırıb.

Rusiya Dövlət Dumasının keçmiş deputatı, müdafiə komitəsinin keçmiş sədri Lev Roxlin 1990-cı illərin ortalarında Rusiyanın Ermənistana qeyri-qanunu yollarla 1 milyard dollar civarında silah və hərbi texnika göndərdiyini bildirmişdi. Lev Roxlin bunu açıqladıqdan bir müddət sonra evində ölü tapıldı. Roxlinin açıqlaması o zaman rəsmi Bakını ciddi narahat etmişdi. Mərhum Prezident Heydər Əliyev rusiyalı həmkarı Boris Yeltsinlə görüşdə bu məsələnin araşdırlmasını tələb etmişdi. İkitərəfli komissiya yaradıldı, ancaq Kreml bu məsələni araşdırmaqda maraqlı deyildi. Vladimir Putin hakimiyyətə gəldikdən sonra Ermənistana hərbi yardım dayandırılmadı, əksinə, Serj Sərkisyanın prezidentliyi dövründə İrəvana Rusiyadan hərbi texnika almaq üçün 200 milyon dollarlıq kredit ayrıldı. Kremlin Nikol Paşinyana mənfi münasibətinə baxmayaraq, onun hakimiyyəti dövründə də Rusiyadan Ermənistana hərbi texnika daşınırdı.

İkinci Qarabağ müharibəsi dövründə Rusiya Mərkəzi Asiya və İran üzərindən Ermənistana hərbi texnikanı ötürməkdə davam edirdi. Müharibə dövründə Azərbaycana qarşı istifadə edilən Rusiyanın İsgəndər-M raketləri Ermənistana eyni marşrutla çatdırılmışdı. Bütün bunlardan məlumatlı olan Nikolay Bordyuja Rusiyanı və KTMT-ni tənqidinə görə Ermənistan hakimiyyətinin naşükür olduğunu, İrəvanın Kremlin yaxşılığını tez unutduğunu bildirir. Rusiya bütün zamanlarda Ermənistanı Azərbaycana qarşı silahlandırıb”.
Ardını oxu...
Rusiya Şimali Koreya hərbçilərini Ukraynanın şərqindəki döyüşlərə cəlb edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Xortitsia” qoşun qrupunun sözçüsü Nazar Voloşin məlumat verib.

Onun sözlərinə görə, ruslar artıq Koreya əsgərlərini hərbi hissələrinin tərkibində döyüşə cəlb edirlər.

"İstisna deyil ki, tezliklə şərq istiqamətlərində böyük itkilərə görə Rusiya əsgərləri ilə birlikdə döyüş əməliyyatlarında iştirak edəcək Şimali Koreya nümayəndələrindən də cəbhə bölgələrimizdə istifadə etmək mümkündür. Bununla belə, müdafiə qüvvələrimiz onlarla qarşılaşmağa hazırdırlar, rus işğalçıları kimi, onlar da məhv ediləcəklər”, - Voloşin belə vurğulayıb.

Dünən Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın Şimali Koreyadan olan xeyli sayda əsgərdən hücumlarda istifadə etməyə başladığına dair sübutlar var.

Ukrayna kəşfiyyatının məlumatına görə, Şimali Koreya əsgərləri Rusiya ordusunun dəniz piyadaları və hava-desant qoşunlarının birləşmiş hissələrinin tərkibində döyüşürlər, artıq ilk itkilərə məruz qalıblar.
Ardını oxu...
ABŞ prezidenti Co Bayden vəzifədən getməmişdən əvvəl Ukraynaya külli miqdarda silah tədarük edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "CNN" ABŞ prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, administrasiya Donald Trampın andiçmə mərasimindən əvvəl rəsmi Kiyevə silah tədarükünün sürətini artırmaq niyyətindədir.

Telekanalın həmsöhbətlərindən birinin sözlərinə görə, Birləşmiş Ştatlar yanvarın ortasınadək Ukraynaya yüz minlərlə artilleriya mərmisi, minlərlə raket, yüzlərlə zirehli maşın və digər zəruri avadanlıq göndərəcək.

Bayden komandasının bu addımı yeni seçilmiş prezident Donald Trampın mövqeyi ilə kəskin ziddiyət təşkil edir.

Ötən gün dərc olunan "Time" jurnalına müsahibə verən yeni Ağ Ev lideri Donald Tramp Co Baydenin Rusiyaya Amerika istehsalı olan raketlərlə hücum etmək qərarını pisləyib.
Ardını oxu...
Bu il ərzində azı 68 jurnalist müxtəlif səbəblərlə dünyasını dəyişib. Ölüm hadisələrinin 60%-dən çoxu münaqişə zonalarında qeydə alınıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə UNESCO tərəfindən yayımlanan məlumatda bildirilir.

Statistikaya əsasən, 68 jurnalist ölümlərindən 42-si müharibə gedən ərazilərdə baş verib.

Ən çox ölüm hadisəsi Fələstində qeydə alınıb – burada 18 jurnalist həyatını itirib. Ukraynadakı müharibə nəticəsində isə dörd jurnalistin ölümü təsdiqlənib.

Hesabatda həlak olan jurnalistlərin adları, onların mənsub olduqları ölkələr və çalışdıqları media qurumları barədə ətraflı məlumat verilmir.
Ardını oxu...
İsrail qoşunları Suriyada müəyyən edilmiş “yer-hava” strateji raketlərinin 90%-dən çoxunu məhv edib.

TEREF Axar .az – istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.

Məlumata görə, son günlər İsrail Hərbi Hava Qüvvələrinə məxsus yüzlərlə qırıcı və təyyarə Suriyanın ən strateji silahlarına: qırıcı və helikopterlərə, “Skad” raketlərinə, pilotsuz uçuş aparatlarına, qanadlı raketlərə, yüksək dəqiqliklə idarəolunan “yer-dəniz”, “yer-hava”, radarlar və s. silahlara ciddi ziyan vurub.

Həmçinin qeyd edilir ki, Suriyanın hava hücumundan müdafiə sistemi Yaxın Şərqdə ən güclü sistemlərdən biridir və vurulan zərər İsrail hava qüvvələrinin bölgədəki üstünlüyünün mühüm nailiyyətidir.
 
Ardını oxu...
Birləşmiş Ştatların yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna ordusunun ABŞ-nin verdiyi uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirməsinə qarşı çıxıb.

TNS-in xəbərinə görə, bu barədə o “TIME” jurnalına müsahibəsində danışıb.

Tramp vurğulayıb ki, bu addım münaqişə ətrafında vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq.

Yeni prezident Ukrayna lideri Vladimir Zelenskinin bu məsələdəki mövqeyini tənqid edib, eləcə də vəzifəsinin icrasında başladıqdan sonra Rusiya-Ukrayna müharibəsini necə başa çatdıracağı barədə fikirlərini bölüşüb: “Bu məqsədlə biz Ukraynaya dəstəkdən Rusiya əleyhinə vasitə kimi istifadə edəcəyik. Müharibənin dayandırılmasının yeganə yolu Ukraynadan dəstəyi əsirgəməməkdən keçir”.
Ardını oxu...
NATO alyansda istehsal edilən silahların sayına dair hədəfləri yeniləməyi planlaşdırır.

Demokrat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Açıqlamaya görə, plan ölkələri daha yüksək səviyyəli döyüş sursatları ilə təmin etməyə köklənib.

Agentlik iddia edir ki, NATO ölkələri Vladimir Putinin güman edilən təhdidinə qarşı çıxmaq üçün xərcləri artırmağı öhdəsinə götürüb.

Qərarda ABŞ-ın yeni prezidenti Donald Trampın tələbləri də rol oynayıb.
 
Ardını oxu...
Tarix boyu milyonlarla insanın həyatını itirməsinə səbəb olan qanlı müharibələr müasir silah texnologiyalarının və nüvə amilinin ortaya çıxması ilə birlikdə daha da dəhşətli bir hal alıb.

Süni intellect – ChatGPT mümkün 3-cü Dünya Müharibəsində ən çox ziyan görən ölkələrin siyahısını tərtib edib.

Süni intellektə görə, Dünya Müharibəsində ən çox zərər görəcək ölkələr bunlardır:

1.Ukrayna

Hazırda regional müharibə məhz bu bölgədə gedir. NATO-Rusiya gərginliyinin qaynar xəttində olmaq böyük nüvə münaqişəsinin mərkəzində olma ehtimalını artırır. Bu müharibə Ukrayna şəhərlərinin güclü şəkildə bombalanmasına, infrastrukturun dağılmasına və böyük itkilərə səbəb ola bilər.

2. Cənubi Koreya

Şimali Koreya təhlükəsi Asiyada ABŞ-Çin qarşıdurmasının mərkəzində dayanır. Əhali sıxlığının yüksək olduğu böyük şəhərlər artilleriya və raket hücumlarına qarşı həssas ola bilər. Əgər bu savaş qızğın qarşıdurmaya çevrilərsə, qısa zamanda ağır mülki və hərbi itkilər yaşana bilər.

3. İsrail

İsrailin ətrafındakı qeyri-sabitlik bölgəni təhlükəli edən əsas amildir. İsrailin sıx məskunlaşılan şəhərləri hədəf alına bilər. Yaxın Şərqdəki gərginlik qlobal müharibəyə çevrilərsə, bölgə daha təhlükəli yerə çevrilə bilər. İsrailin logistika, infrastruktur və mülki müdafiə sistemləri güclü olsa da, hərtərəfli qarşıdurma zamanı böyük zərər görə bilər.

4. İran

İran Yaxın Şərqin əsas enerji dəhlizlərinə yaxın olan regional güc balansında mühüm aktordur. Böyük güc rəqabətində hədəfə çevrilmək hava hücumları, raket təhdidləri və infrastrukturun məhv edilməsi anlamına gələ bilər. Uzunmüddətli münaqişədə mülki əhali arasında itkilər ciddi həddə çata bilər.

5. Türkiyə

Boğazlara və strateji kəsişmə nöqtələrinə görə coğrafi baxımdan kritik bir yerdədir. Türkiyə həm NATO üzvüdür, həm də Yaxın Şərq, Qara dəniz və Şərqi Aralıq dənizindəki gərginliyin yaxınlığındadır. Regional münaqişələr qlobal müharibəyə çevrilərsə, burada da qeyri-sabit mühit yarana bilər.

6. Almaniya

Avropanın mərkəzində, NATO üzvü və əsas iqtisadi güc hesab olunur. Birbaşa cəbhə xətti olmasa da, hərbi infrastruktur, bazalar və logistika mərkəzləri hücum hədəfi ola bilər.

7. Hindistan

Nüvə gücünə malik olan və sərhəd mübahisələri olan Hindistan Çin və ya Pakistanla gərginlik yaşaya bilər. Asiyada böyük güc rəqabəti Hindistanı münaqişəyə cəlb edə bilər. Əhalinin sıxlığı və strateji yerləşməsi səbəbindən yerli münaqişələr böyük itkilərə səbab ola bilər.

8. Cənubi Afrika

Afrikanın cənub ucunda yerləşməsi onu qlobal güclər arasında birbaşa münaqişə zonasından uzaqlaşdırır. Buranın strateji boğazları və ya kritik enerji kəməri yoxdur. İqtisadi çətinliklər və qlobal ticarətin dayanması bu ölkə üçün daha ciddi problemlər yarada bilər.

9. Avstraliya

ABŞ-nin müttəfiqi və Hind-Sakit Okean regionunda önəmli yerdə olmasına baxmayaraq, əsas cəbhə xəttindən uzaqda yerləşir. Mümkün zərər əsasən dəniz və hava təhdidləri və ya kiberhücumlardan gələ bilər.

10. Braziliya

Cənubi Amerikada yerləşən böyük ölkə olsa da, əsas münaqişə zonalarından uzaqdadır. Dəniz yolları və enerji dəhlizləri qlobal mübahisələrin mərkəzində deyil. Mümkün bir müharibənin daha çox tədarük zəncirinə və iqtisadiyyata birbaşa təsir etmək imkanı daha yüksəkdir. /azpolitika.info
 
 
 
Ardını oxu...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada PKK/YPG terrorçularına qarşı xüsusi əməliyyat həyata keçirib.
MİT Kamışlı bölgəsində PKK/YPG terrorçularının Suriya ordusundan qalan raket və ağır silah-sursatları ərazidən çıxarmağa çalışdığını müəyyən edib. Bunun ardından dərhal əməliyyat başladılıb.

Əməliyyat zamanı terrorçuların istifadəsində olan raket və ağır silahlarla dolu 12 yük maşını, iki tank və iki sursat anbarı məhv edilib.

Məlumata əsasən, terrorçular həmin silahları Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etməyi planlaşdırırmış.

Dünyapress TV

Xəbər lenti