Şri-Lanka Xarici İşlər Nazirliyi Çindən “Yuan Wang 5” peyk izləyici hərbi gəminin gəliş tarixini əlavə məsləhətləşmələr aparılana qədər təxirə salmağı xahiş edib.
XİN-in Çin Xalq Respublikasının Şri-Lankadakı səfirliyinə bu barədə məktub göndərib.
Çinin “Yuan Wang 5” gəmisi yanacaq doldurmaq üçün avqustun 11-də Çinin icarəyə götürdüyü Hambantota limanına yanaşmalı və avqustun 17-də yola düşməli idi.
Şri-Lankanın Kəmər və Yol Təşəbbüsünün (BRISL) direktoru Y Ranaraca bildirib Çin elmi tədqiqat gəmisi “Yuan Wang 5” avqustun 11-də bir həftə ərzində Hambantota limanına daxil olacaq, avqustun 17-də yola düşəcəyi gözlənilir: “O, Hind okeanı regionunun şimal-qərb hissəsində peyk nəzarətini həyata keçirə və tədqiqatları izləyə bilər”.
“Yuan Wang 5” 2007-ci ildə inşa edilib və tədqiqat üçün 11 min ton yük daşıma qabiliyyətinə malikdir. Tədqiqat gəmisi iyulun 13-də Çinin Jianqyin şəhərindən yola düşüb və hazırda Çinin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin özünü idarə edən adaya səfər etməsinə icazə verdiyi üçün Taypeyə qarşı aqressiv mövqe kimi canlı atəş təlimi keçirdiyi Tayvan yaxınlığında üzür.
Kolombodan təxminən 250 km məsafədə yerləşən Hambantota limanı yüksək faizli Çin kreditləri ilə inşa edilib. Şri-Lanka hökuməti Çindən götürdükləri borcunu ödəmək üçün mübarizə apardı və bunun ardınca liman 99 illik icarə əsasında
Ermənistanda hökumətin nəzarətində olan media orqanlarında güclü antirusiya kampaniyasına başlanılıb.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
“Kampaniyanın məqsədi ölkə əhalisinə Rusiyanın olduqca yararsız bir müttəfiqdən işğalçıya çevrilməsini göstərməkdir. Erməni mediasındakı səs-küyə Rusiya hərbçilərinin Mehri-Əkərək yolundakı yeni postu səbəb olub. Buradan keçən Ermənistan dövlət qeydiyyatı nişanlı avtomobillər saxlanılaraq yoxlanılır. Əslində, Zəngəzur dəhlizinin formalaşdırılması çərçivəsində bu tədbir normal qiymətləndirilməlidir. Belə ki, Ermənistan tərəfindən bölgədəki sərhədin təhlükəsizlinə məhz Rusiya sərhədçiləri cavabdehdir”, - deyə videomaterialda bildirilir.
Amnesty İnternational Ukraynanı hərbçilərin mülki əhaliyə təhlükə törətməkdə ittiham etdiyi hesabatına görə üzr istəyib.
Bu barədə təşkilatın Sky News və Reuters-in yaydığı bəyanatında deyilir.
Beynəlxalq qurum hesabatının qəzəb doğurmasından “dərin təəssüfləndiyini” bildirib. Eyni zamanda, onlar hesabatın nəticələrini də rədd etmir.
“”Amnesty İnternational”ın bu və hər bir digər münaqişədə prioriteti mülki şəxslərin müdafiəsini təmin etməkdir. Həqiqətən də, son araşdırmanı dərc etməkdə yeganə məqsədimiz bu idi. Nəticələrimizi tam dəstəkləsək də, yaranan narazılığa görə təəssüflənirik”, – bəyanatda deyilir.
Təşkilat bildirir ki, guya Ukrayna qüvvələrinin sənədləşdirdiyi heç bir hərəkəti “Rusiya tərəfindən pozuntulara haqq qazandırmır”.
Bildirilir ki, bu, Amnesty İnternational təşkilatının Rusiya qüvvələri tərəfindən törədilən pozuntulara görə Ukrayna qüvvələrini məsuliyyət daşıması və ya Ukrayna ordusunun ölkənin digər bölgələrində adekvat ehtiyat tədbirləri görməməsi demək deyil.
Axar.az xəbər verir ki, bunu hərbi eksperti Valeri Ryabıx deyib.
“Düşmən hesab edirdi ki, hücum məhz cənubdan olacaq. Düşmənin qüvvə və vasitələri şimal istiqamətindən Xerson rayonuna köçürülür. Bir hissəsi də işğal olunmuş Krım ərazisinə çıxarılıb. İşğalçılar məlumatı ciddi qəbul edirlər. İstisna etmirəm ki, biz yaxın gələcəkdə, Krım da daxil olmaqla, hücum gözləməliyik”, - Ryabıx bildirib.
Hərbi ekspert onu da əlavə edib ki, düşmən cənubda qoşun cəmləşdirir:
"Düşmən Ukrayna Ali Baş Komandanının qərarını və Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının başlanması ilə bağlı qarşıya qoyduğu tapşırığı ciddi qəbul edib. Düşmən Nova Kaxovka ərazisində ehtiyat qüvvə yaradır".
Ukrayna Silahlı Qüvvələri avqustun sonunda HİMARS reaktiv sistemləri üçün 300 km-ə qədər hədəfləri məhv edən ATACMS raketləri alacaq.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı ekspert Aleksandr Kovalenko deyib.
“Artıq ABŞ-dan ilk yardım paketini alırıq. Döyüş sursatları arasında M142 HİMARS reaktiv sursatları, həmçinin artilleriya topları var. Ola bilsin ki, cəmiyyətə açıqlanmayan digər mövqelər də var”, - deyə ekspert bildirib.
Rusiya tərəfindən Ukraynanın işğal edilmiş Xerson vilayətinə yerləşdirilən hərbi administrasiyanın rəhbəri Vladimir Saldo zəhərlənmə əlamətləri ilə Moskvaya aparılıb.
Rusiyanın "Baza" Teleqram kanalı Saldonun partizanlar tərəfindən zəhərlədiyini iddia edir.
Saldonun xəstəxananın reanimasiya şöbəsində süni koma vəziyyətində olduğu bildirilir.
"O, avqustun 4-də xüsusi təyyarə ilə süni koma vəziyyətində Krımdan Moskvaya aparılıb", - şənbə günü Rusiyanın "Baza" Teleqram kanalı yazıb. Ətraflı
Onun vəziyyəti kritik qiymətləndirilir, mümkün səbəb kimi zəhərlənmə göstərilir.
Qeyd edək ki, 66 yaşlı Saldo Ukraynada anadan olub və Rusiya işğalından əvvəl siyasi fəaliyyətlə məşğul olub. O, 2002-2012-ci illərdə Xerson şəhərinin meri olub, bundan sonra 2014-cü ilə qədər eks-prezident Viktor Yanukoviçin partiyasının üzvü kimi parlamentdə yer tutub. 2015-ci ildə Xerson meri seçkilərində uduzub. Ukraynanın cənubunun böyük hissələrinin işğalından qısa müddət sonra isə Saldo ruslar tərəfindən Xersonda hərbi idarənin başçısı təyin edilib.
“Rusiya qoşunları dünyada ilk dəfə olaraq atom elektrik stansiyasından (AES) terror üçün istifadə etdilər”.
“Report”un “RBC-Ukraina”ya istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.
Prezident Zaporojye Atom Elektrik Stansiyasının ətrafında ciddi gərginliyin olduğunu qeyd edib.
"Rusiya terrorçuları Avropada ən böyük atom elektrik stansiyasından dünyada ilk dəfə terror üçün istifadə ediblər. Biz dünyanın diqqətini buna cəlb edəcəyik və belə bir qlobal təhlükə yaratdığına görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində israr edəcəyik", - dövlət başçısı deyib.
Xatırladaq ki, avqustun 5-də Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasını iki dəfə atəşə tutublar. Nəticədə radioaktiv maddələrin yayılması təhlükəsi ortaya çıxıb.
Zelenski Rusiyanın bu cür hərəkətlərini terror adlandırıb və dünya ölkələrini, beynəlxalq təşkilatları “Rosatom”a qarşı sanksiyalara çağırıb.
Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil ediləcək, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz verəcəklər.
Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə andiçmə mərasimlərində hərbi hissələrə giriş-çıxış, mədəni-kütləvi tədbirlərin keçirilməsi, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşləri məhdudlaşdırılıb.
Bütün bunları nəzərə alaraq hərbi qulluqçuların valideynləri və yaxınlarının andiçmə mərasiminə qatılmamalarını, vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamalarını xahiş edirik. İctimaiyyətə əlavə məlumat veriləcək.