Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Xətai rayonu Gəncə prospekti 25 ünvanındandır.
Sakinlər iddia edir ki, yanğınlar əsasən axşam saatlarında MTK-nın bir qrup işçiləri tərəfindən həyata keçirilir.
Sakinlərin sözlərinə görə, bu hal dəfələrlə təkrarlanıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ ilə bağlı hüquqmühafizə orqanlarına müraciət ediləcək.
Xətai Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, ərazidəki ağaclar yenidən bərpa olunacaq.
Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, yanğın nəticəsində təxminən 500 kv.m açıq sahə yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri hazırda Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılır.
Sakinlərin şikayəti ilə bağlı "HAYAT RESIDENCE"lə əlaqə saxlamağa çalışsaq da, əvvəlcə zənglərimizə cavab verilmədi, sonra isə suallarımızı cavablayan tapılmadı.