Bakının bu məktəbinin direktoru ilə bağlı inanılmaz FAKT - 28 ildir…
Son aylarda bir sıra məktəb direktorlarının qanunsuz fəaliyyəti ifşa olunub, bəziləri işdən azad edilib. Bu xüsusda Elm və Təhsil nazirliyinin neqativ hallara operativ reaksiyası təqdir edilməlidir.

Ancaq təhsil sistemində hesabatlılıq, şəffaflıq və ictimai nəzarətin olmaması ilə bağlı narahatlıqlar artmaqdadır. Bakı məktəblərinə rəhbərlik edən direktorların fəaliyyəti, vəzifədə qalma müddəti və bu vəzifələrə hansı yollarla gəldikləri cəmiyyətin əsas müzakirə mövzusuna çevrilib.

Editor.az xəbər verir ki, bu kontekstdə xüsusi diqqət çəkən nümunələrdən biri Bakı şəhəri, Nərimanov rayonu 47 saylı məktəbin direktoru Aytən Bağırovadır. O, 1998-ci ildən etibarən artıq 28 ildir ki, eyni məktəbə rəhbərlik edir.

Bu qədər uzun müddət dəyişmədən direktor vəzifəsində qalmaq cəmiyyətdə ciddi suallar doğurur: Aytən Bağırovanı bu kresloda bu qədər müddət saxlayan hansı güclərdir? Onun toxunulmazlığını təmin edən kimlərdir?

Daha maraqlısı isə odur ki, bir məktəbdə 28 illik rəhbərlik tarixçəsinə malik bir şəxsin fəaliyyəti barədə nə mediada, nə də rəsmi mənbələrdə demək olar ki, ciddi, təsirli bir xəbərə, hətta yeni bir fotoya rast gəlmək mümkün deyil. Bununla bağlı internet üzərindən aparılan kiçik bir araşdırma dediklərimizi təsdiq edir.

Aytən Bağırova sanki ictimaiyyət üçün “görünməz direktor”a çevrilib. Bu qədər mühüm vəzifə daşıyan bir şəxsin bu səviyyədə qapalı qalması, ictimai hesabatlılığın olmaması ciddi narahatlıq doğurur.

Bir müddət əvvəl məktəbin müəllimlərindən biri Təranə Mərdanova mətbuata verdiyi açıqlamada bildirib ki, direktor Aytən Bağırova məktəbi şəxsi obyektinə çevirib. Onun sözlərinə görə, direktorla bağlı etdiyi şikayətlər yuxarı instansiyalarda cavabsız qalır. Bu faktlar onu göstərir ki, məsələ təkcə uzun müddət kresloda qalmaqla bitmir – burada həm də himayədarlıq, məsuliyyətsizlik və cəzasızlıq mühiti mövcuddur.

Əgər ölkədə direktorlar vaxtaşırı monitorinqdən keçirsə, fəaliyyətləri qiymətləndirilirsə və nəticəyə əsasən rotasiyalar həyata keçirilirsə, bu qədər müddət eyni vəzifədə qalan şəxslər necə və niyə dəyişməz qalır?

Yoxsa bəzi direktorlar üçün bu sistem işləmirmi?

Təhsil cəmiyyətin təməlidir. Bu təməlin üzərində şəxsi maraqlar yox, peşəkarlıq, cavabdehlik və şəffaflıq dayanmalıdır. Əks halda, təhsil müəssisələri şəxsi təsir dairəsinə çevrilir və bu da nə müəllimlərə, nə valideynlərə, nə də şagirdlərə xidmət edir.
 

Bölmənin digər xəbərləri

28 May 2025 DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR - Qurumun əməkdaşı şok faktları açıqladı
28 May 2025 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
28 May 2025 Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir?
28 May 2025 100 nömrəli məktəbdə rüşvət və hədə-qorxu qalmaqalı - TƏFƏRRÜAT
28 May 2025 DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - bu nə düşüncədir, nə idarəetmədir?
28 May 2025 İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir?" - FOTO/VİDEO
27 May 2025 Bakıda məktəbdə QALMAQAL VİDEO
27 May 2025  62 saylı məktəb-liseydə nələr baş verir - İLGİNC İDDİALAR
27 May 2025 Bitməyən qeysəriyyə “qətliamı” - daha üç körpə yetim qaldı
27 May 2025 Ağstafada məktəbdə dava: 1 şagirdin qolu sındı - Jurnalistləri rəhbərlik qapıdan qovur
27 May 2025 `AZƏRSU`da hələ də köhnə yeyintidir: `EREN` şirkəti elə əvvəlki kimi yeyir - BÜDCƏMİZ BELƏ DAĞIDILIR...
26 May 2025 AYNA-nın ÇİRKLİ ÜZÜ... - BU FAKTDIR...
26 May 2025 Belə bir ovqatda olan icra başçısı... - Çətin vətəndaşın halından anlasın...
26 May 2025 “Canişin”in ən ağıllı məsləhəti və çözüm təklifi FOTO
25 May 2025 Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
25 May 2025 Bakının mərkəzində qalmaqallı söküntü - Video
25 May 2025 Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
25 May 2025 Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
25 May 2025 Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
25 May 2025 Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI

Dünyapress TV

Xəbər lenti