Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar
Qanlı-qadalı günlərdə yaranan Daxili Qoşunların Hərbi Hospitalı elə 1992 — 1993-cü illərdə, döyüşlərin qızğın gedən çağlarında qoşunların kiçik bir həkim kontingenti ilə fəaliyyətə başlayıb. Bir sözlə, hospitalın yaranması torpaqlarımızın azadlığı uğrunda erməni təcavüzkarlarına qarşı ağır döyüş əməliyyatlarının aparıldığı bir dövrə təsadüf edir.

Onda Daxili Qoşunların yaralanan hərbi qulluqçuları digər tibb müəssislərində müalicə olunurdular. Bir müddət keçəndən sonra isə, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirən, bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini getdikcə artıran bu kiçik həkim kontingenti hərbi qulluqçularımızın və onların ailə üzvlərinin sağlamlığının keşiyində duran böyük bir tibbi personala çevrildi. O zaman zəruri tibbi avadanlıqların çatışmadığına baxmayaraq, əzmkar və fədakar həkim personalı üzərinə düşən tapşırıqları layiqincə yerinə yetirərək, yaralıların tez bir zamanda sağlamlıqlarını bərpa edərək, onları yenidən döyüş meydanlarına qaytara bilirdilər.

Ümumiyyətlə, yarandığı ilk günlərdə ön cəbhədə yüzlərlə yaralı döyüşçülərimizi ölümün pəncəsindən xilas edən hospitalın tibb işçilərinin fəaliyyəti yüksək qiymətləndirilib. Daxili Qoşunların şəxsi heyətinin sağlamlığının keşiyində müsəlləh əsgər kimi duran hospitalın tibb işçiləri vəzifələrinin öhdəsindən məharətlə gələrək, hərbi qulluqçularımızın qısa bir müddətdə keyfiyyətlə müalicə olunmasını təmin ediblər. Fəaliyyəti yüksək dəyərləndirilən Hərbi Hospitalın keçdiyi şərəfli döyüş yolu gənc həkimlərimiz üçün də bir örnək rolunu oynayıb.

Çox təəssüf ki, yazının girişini də dedikləri əsasında qələmə aldığımız etibarlı mənbənin belə bir tibb müəssisəsində son vaxtlar baş verən neqativ hallar barəsində Arazpress.com-a dedikləri, əvvəlki fəaliyyəti haqqında deyilən xoş sözlərə kölgə salır.

“Özüm bu hospitalla əlaqəliyəm və çox təəssüf edirəm ki, ölkə mətbuatı son vaxtlar barəsində yaxşı olmayan yazılar verir. Yazıların əksəriyyəti də, Daxili Qoşunların Hərbi Hospitalında müayinə və müalicə olunan hərbi qulluqçular və onların ailə üzvləri adından redaksiyalara daxil olan çox sayda şikayət məktubları əsasında qələmə alınır. Dəhşət ondadır ki, hətta kəskin ağrılar diaqnozu ilə hospitala daxil olanlar müayinə zamanı olmazın çətinliklərlə üzləşirlər. Və bu çətinliklərin yaranmasında əsas günahkar olaraq, rəhbər şəxslərin adlarını öndə çəkirlər.

Məsələn, bu yaxınlarda media vasitələrində kütləvi şəkildə bu mövzuda belə bir yazı dərc olundu: Şikayətçi deyirdi ki, hospitalda ondan 5 min istədilər. Bu boyda pulu isə o verə bilmir ki, müalicəsini uğurla həyata keçirsin və sağalaraq yenidən xidmət yerinə qayıtmağa nail olsun. Dərdini rəhbər şəxslərə də deyib. Nə olsun?!. Son ümid yeri olaraq, Mehriban xanım Əliyevaya müraciət etməyi qərara alıb.

Bəli, belə şikayətçilər çoxdur və hospitala ümidləri qalmayıb” — etibarlı mənbə deyir.

Onun sözlərinə görə, şikayətçi olan bir hərbçi isə, ona qarşı hospital rəisinin özünün kobudluq göstərdiyini mətbuata söyləyib. O, deyib ki, bu hospitalda çalışıb və ağır xəstəliyilə əlaqədar hərbidən tərxis olunmaq məcburiyyətində qalıb:

“Azərbaycanda müalicəm mümkün olmadı və xaricə getməyi qərara aldım. Dəfələrlə rəisin yanında oldum. Gördü ki, əlimdə heç nə yoxdur. Sonda mənə qarşı kobudluq edərək bildirdi ki, atama borcu yoxdur cibindən xərc çəkib, məni Türkiyəyə göndərə. Məni otağından qovdu və axırda məni kimlərinsə sifarişi nəticəsində hərbidən xəstəliklə pensiyasız tərxis etdilər.

Nə pensiya verdilər, nə də bir işlə məşğul ola bilmədim. Ailəmi dolandıra və kirayə pulunu ödəyə bilmirəm. Bütün bu problemlərimin hamısını yazıb yuxarılara göndərmişəm. Əfsuslar olsun k, şikayətimi təmin etmədilər.

Mehriban xanım Əliyevaya ünvanladığım müraciət baxılmaq üçün Daxili Qoşunların rəhbərliyinə göndərildi. Ancaq Daxili Qoşunların rəhbərliyi Mehriban xanımın tapşırığına əməl etmədi. Ona görə də, dərdimi bir daha mətbuat vasitəsilə Mehriban xanıma çatdırmaq istədim. Bundan sonra daha pis aqibətlə üzləşdim…”.

Etibarlı mənbənin redaksiyamıza ötürdüyü daha bir xoşagəlməz məlumat son vaxtlar hospitala işə qəbulla bağlı yaradılan neqativliklə bağlıdır. Onun dediyindən məlum olur ki, ötən illər ərzində tibbi personal arasındakı şərəfli xidmət və fədakarlıq nümunəsi göstərən təcrübəli mütəxəssislərin işə qəbuluna xüsusi diqqət yetirilib. Lakin son vaxtlar bunun əksi müşahidə olunur.

“Həkimlərin və digər tibbi personalın bu hospitalda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrə işə qəbulu ilə bağlı tələblərə indi qətiyyən fikir verən yoxdur. Yarandığı gündən bu Hərbi Hospitalın rəisi olan tibb xidməti polkovnik-leytenantı Şəmsəddin Heydərovun şəxsən özünün günahları ucbatından yaranıb bu neqativlik. Əlimdə fakt var və qəti şəkildə deyə bilərəm ki, son aylar ərzində 10 — 15 minlik rüşvətlə sertifikasiyadan keçməyən 3 nəfər burada işə qəbul olunub. Ortada komissiya rəyi belə yoxdur. Qiymətləndirmə zamanı həkim-mütəxəssislərin peşəkar fəaliyyətləri və şəxsi keyfiyyətləri nəzərə alınmayıb. Halbuki onların xeyli müddət ərzində peşəkar fəaliyyətləri üzrə yerinə yetirməli olduqları göstəricilər əsas kimi qeyd edilməliydi. Onlar nə cərrahi, nə terapevtik, nə radioloq, nə anestezioloq-reanimatoloq, nə də ki, digər ixtisaslar üzrə də mütəxəssis deyillər. Məhz bu səriştəsizlərə görədir ki, öncədən işləyən bacarıqlı mütəxəssislərə də ümid və inam qalmayıb.

Hələ bunlar nədir ki, əlimdə elə fakt və məlumatlar var ki, tezliklə onları da sizə çatdıracağam, özünüz heyfislənəcəksiniz. Bəzi dəqiqləşdirməmi aparıram…” — etibarlı mənbə məlumatında xüsusi olaraq qeyd olunur.(Arazpress.com)
 

Bölmənin digər xəbərləri

12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Gömrükdəki köhnə iddialar və kölgələr - Yeni sistem də bir işə yaramırsa...
12 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri – Bu qədər yeyinti edən şəxsi kim qoruyur?
12 May 2025 İcra başçısı qəbuluna gələn QAZİNİ aşağılayıb - Beyləqanda NƏ BAŞ VERİB?/FOTO
12 May 2025 Quba RİH-i rüşvət alan görüntüləri yayılan icra məmuru barədə açıqlama yaydı: ”Vasitəçilik edib,alqı-satqı baş tutmaqdığı üçün pulu geri qaytarıb”
12 May 2025 «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi

Dünyapress TV

Xəbər lenti