Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması...
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.

TNS-ə ötən ilin may ayında keçirilən tədbirlərdən birinə 5 milyon manata yaxın vəsait xərcləndiyi ilə bağlı məlumat daxil olub. İddia edilir ki, həmin vəsait tender keçirilmədən xərclənib. Bundan başqa, o vəsaitin istifadə olunması ilə əlaqədar bəzi qaranlıq məqamlar var.

Turizm Departamentinin təşkilatçılığı ilə ötən ilin may ayında hansı tədbirlər keçirilib və nə qədər vəsait xərclənib? Bu tədbirlərin təşkili ilə bağlı tender keçirilibmi? Həmin tədbirlərin təşkil olunması məqsədilə hansı şirkətlərlə müqavilə bağlanıb? Tədbirlərin təşkili üçün hansı mənbələrdən istifadə olunub?

Bu suallara aydınlıq gətirilməsi üçün Turizm Departamentinə sorğu göndərilmişdi.

Sorğuya cavabda bildirilib ki, qeyd olunan tədbirlərin əsas təşkilatçısı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetidir. Ona görə də suallarımızı aidiyyəti üzrə yönəltməyimiz xahiş olunmuşdu.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetindən bildirilib ki, 2023-cü ilin may ayında Nazirlər Kabinetinin təşkilatçılığı ilə tədbir keçirilməyib.

Nazirlər Kabineti muxtar respublikanın yuxarı dövlət orqanıdır. Ona görə də qurumun yalan məlumat verməsini ehtimal etmirik.

Belə olduğu təqdirdə ötən dəfə ünvanlanan suallara daha bir neçə sual əlavə edilərək fevralı 22-də və martın 14-də Turizm Departamentinə təkrar soğru göndərilib. Təəssüf ki, həmin sorğuların göndərilməsindən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, sorğulara cavab verilməyib.

Bir tədbirə 5 milyon manat vəsait xərclənməsi mümkün deyil. Üstəlik, tədbir beynəlxalq tədbir də olmayıb. Sorğulara cavab verilməməsi iddiaların doğruluğunu təsdiqləyir. Deməli, belə bir tədbir keçirilib və həmin vəsait də xərclənib. Əks təqdirdə, Turizm Departamenti məsuliyyəti Nazirlər Kabinetinin üzərinə atmaz, sorğulara cavab verərdi.

Turizm Departamenti medianın sorğusuna yalan məlumat verib? Əgər belədirsə, yalan məlumat verməyə qurum rəhbərini kimlər vadar edib? Apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz təkzibolunmaz faktlar sübut edir ki, həmin tədbiri Turzim Departamenti təşkil edib. Turizm Departamenti muxtar respublika səviyyəli bayram tədbiri təşkil edə bilərmi? Bu vəsait hara xərclənib? Bu qədər böyük məbləğdən tender keçirilmədən niyə istifadə olunub?

TNS-in aylardır, yönəltdiyi sualları aidiyyəti dövlət orqanları cavablandırmır. Maraqlıdır ki, bir neçə dəfə ictimailəşdirilən, gündəmə gətirilən bu məsələyə muxtar respublika rəhbərliyi reaksiya verməyib. Bəs, muxtar respublikaya nəzarət funksiyasını yerinə yetirən Prezidentin səlahiyətli nümayəndəsi Fuad Nəcəfli niyə susur? Dövlət büdcəsindən bu qədər vəsaitin tendersiz xərclənməsi, hətta şübhəli formada xərclənməsi iddiası niyə araşdırılmır? Bunlar ciddi suallardır. Bu məsələyə aydınlıq gətirilməli, 5 milyon manatın hara və necə xərcləndiyi araşdırılmalıdır. Naxçıvan rəhbərliyi bu işin mənəvi tərəfini də nəzərə almalı, ciddi araşdırma aparmalıdır.
 

Bölmənin digər xəbərləri

17 May 2024 Sumqayıtda məktəbdə 188 min manatlıq mənimsəmə - Cinayət işi açıldı
17 May 2024 Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...
17 May 2024  Bu dövlət idarəsi üçün deyəsən, QANUN ROL OYNAMIR... - BU DA FAKT!!!
17 May 2024  GƏDƏBƏYDƏ HAKİM DƏRƏBƏYLİYİ - Nazirə müraciət olundu
17 May 2024  İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?
17 May 2024 Göyçay rayon sakinləri təhlükə ilə üz-üzə qalıb - Vətəndşlar Prezidentdən kömək istəyirlər VİDEO
17 May 2024 Plastik-cərrah Səlim Rəhimov lisenziyasız fəaliyyət göstərir? - İlginc iddialar
17 May 2024 Bu binada kimsə oturub... yoxsa İÇİ BOŞDUR?!! - İcra başçısı NƏ ÜÇÜNDÜR Kİ?
17 May 2024 Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”
16 May 2024 Rusların belə gedişi.. BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
16 May 2024  Dünyaya yeni uşaq gətirən ananı xəstəxanada GİROV SAXLAYIRLAR... - VİDEOFAKT
16 May 2024 “ABŞERONDA YOL POLİSİ KÜRƏKƏNİMDƏN 2500 MANAT RÜŞVƏT TƏLƏB EDİB” – “DİN-ə müraciət etdim deyə, kürəkənimi “avtoxuliqan” kimi cərimələdilər”
15 May 2024 Direktor 248 saylı məktəbi bazar qanunları ilə idarə edir... - İTTİHAM VAR...
15 May 2024 Məhərrəm Novruzovun DAŞ YARAN QÜDRƏTİ... - Pul və nüfuz qanunları yenəndə...
15 May 2024 MÖCEZƏ: Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb?
15 May 2024 Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
15 May 2024 Əsabil Qasımovun şirkəti ağacları məhv edir – FOTO
15 May 2024 Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək
14 May 2024 AĞAC QƏTLİAMÇISI ELƏ BAĞIRDI Kİ… – PAYTAXTIN NIZAMI RAYONUNDA TIKINTI BIZNESMENI ONUN ƏLVERIŞSIZ ŞƏRTLƏRINƏ RAZI OLMAYAN SAKINLƏRI MƏHKƏMƏYƏ VERIB
14 May 2024 Səbail icra hakimiyyətinin şöbə müdiri parkda obyekt tikdirir - Oğlu başçının sürücüsüdür

Dünyapress TV

Xəbər lenti