Aktivlərinə görə ölkədə fəaliyyət göstərən 22 bank arasında 20-ci sırda olan “AFB Bank” ASC-nin ötən il üçün işçilərə 642 min manat ödəyəcəyi açıqlanıb. Yeniavaz.com xəbər verir ki, ötən il üçün “AFB Bank”ın DSMF ödənişləri isə 110 min manat olacaq. Müqayisə üçün bildirək ki, əvvəlki illə müqayisədə işçilərə ödəniləcək vəsaitlər 2 dəfədən çox, DSMF ödənişləri isə 2 dəfəyə yaxın azalıb. Belə ki, 2023-cü ilin maliyyə hesabatında işçilərə ödəniləcək vəsaitlər 1 milyon 361 min, DSMF önənişləri isə 219 min manat göstərilib. Onu da qeyd edək ki, “AFB Bank”da işçilərə ödəniləcək vəsaitlər kəskin şəkildə azalsa da, Müşahidə Şurası və İdarə Heyətinin üzvlərinə ödənişlər artıb. Belə ki, Müşahidə Şurası və İdarə Heyətinin üzvlərinə ödənilən qısamüddətli müavinətlər 2023-cü ildə 700 min manat olduğu halda, 2024-cü ildə 43% artaraq 1 milyon 4 min manata yüksəlib.