“Canlı efirdə geyinib-soyunurlar, bir-birilərini söyürlər, ər davası edirsiniz?”
“Dünya malı ilə çox fəxr edirlər, amma bilsinlər ki, bu səninki deyil. Var dövlətləri ilə insanlara acıq verirlər. Nahaq yerə! Bu Allaha da xoş deyil! İnsanın var-dövlətdən gözü, nəfsi doymalıdır.

Müğənni var ki, heç evi yoxdur. Şəhərdə bahalı maşınla gəzir, krediti var, amma maşın da kreditə götürür ki, özünü göstərsin. İtə də borcu var, qurda da.

O vaxt dəb düşmüşdü, müğənnilər başqalarının evində çəkiliş edirdilər. Elə indi də var. 3 aylıq kreditə götürdüyü bağ evini öz evi kimi insanlara göstərir. Nəyin var onu göstər də”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.

“Kimdə nə yoxdursa ondan danışır. Burada çox mövzulardan söhbət gedir. Xırdalamaqa qalsa vaxtımız çatmaz. Bakı balaca yerdir, hamı bir-birini tanıyır. Namusu olmayan namusdan, vicdanı olmayan vicdandan danışır. Efirdə bir dəfə saqqız çeynədim, az qala xalq düşməni etmişdilər məni. Camaat elə efirdə geyinib-soyunur, onlara niyə danışmırsınız? Vallah adam utanır efirlərə baxmaqa! O bunu söyür, bu onu söyür! Ər davası edirsiniz?!” deyə sənətkar bildirib.

“Bu gün qarmona xanımlar arasında nə dərəcədə maraq var?” sualına isə xanım sənətçi belə cavab verib.

“Maraq çoxdur. Eləsi var ki, efirlərə çıxmır, sırf toylara gedir. Gülbaharla mən üzdə olan qarmon ifaçılarıyıq. Biz müğənnilər kimi bir-birimizi qırmırıq. Ümumiyyətlə musiqiçilər çox mehribandırlar” deyə o bildirib.

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti