Röyaya BDU-nun diplomunu Abel Məhərrəmov nə üçün hədiyyə edib? - İLGİNC MƏQAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun 15 yaşında Bakı Dövlət Universitetinə (BDU) qəbul olunması ilə bağlı məlumat müğənni Röya Ayxanı da gündəmə gətirib. Onun da BDU-nun hüquq fakulətsinə qanuni yolla qəbul olunmasına şübhələr yaranıb.

Maraqlıdır ki, Dövlət İmtahan Mərkəzi (DİM) Seymur Talıbovla bağlı məsələyə aydınlıq gətirsə də, Röyanın BDU-ya necə qəbul olunmasını universitetlə dəqiqləşdirməyi tövsiyə edib. "Talıbov Seymur Vasif oğlu müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edərək ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Həmin il keçid balı 419 bal olub. Röya ilə bağlı məsələni ali məktəbin özündən dəqiqləşdirə bilərsiniz. Çünki kimsə universitetə köçürmə yolu ilə də qəbul ola bilər…”, deyə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Pravda.az-a bildirib.

DİM rəsmisi Röya Ayxanla bağlə konkret açıqlama verməyib: "İddia doğru deyil. Röya ilə bağlı məsələni ali məktəbin özündən dəqiqləşdirə bilərsiniz. Çünki kimsə universitetə köçürmə yolu ilə də qəbul ola bilər...”

BDU-dan verilən açıqlamada isə bildirilib ki, universitetin məzunları arasında Röyalə Nəcəfova (Röya Ayxan) adlı məzun yoxdur. Universitetdən qeyd edilib ki, Röya BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.

Qaynarinfo Röya Ayxanın BDU-ya necə qəbul olunması ilə bağlı araşdırma aparıb. İddiaya görə, o, 2004-cü ildə BDU-ya köçürmə yolu ilə qəbul edilib. Müğənni Dağıstanda fəaliyyət göstərən hansısa universitetdə təhsil alırmış.

Həmin vaxt BDU-nun rektoru Abel Məhərrəmov olub. İddia edilir ki, Röyanın BDU-ya qəbul olunmasında keçmiş rektor xüsusi rol oynayıb. Bu iddia Röya Ayxanın 2005-ci ilin parlament seçkilərində Abel Məhərrəmovun seçki kampaniyasında fəal iştirakı ilə əsaslandırılır.

İddialarla bağlı müğənninin və keçmiş rektorun mövqeyini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru vəzifəsində çalışıb. O, eyni zamanda Milli Məclisin III və IV çağırış deputatı olub. 15 noyabr 2018-ci ildə rektor vəzifəsindən azad olunan Abel Məhərrəmov hazırda BDU-da kafedra müdiridir.
 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti