Yeni ili məşhurlar harada, necə KEÇİRƏCƏKLƏR?
Bu həftə 2022-ci ili geridə qoymağa hazırlaşırıq. Kimisi Yeni ili ailəsi ilə, kimisi iş başında, kimisi isə xarici ölkədə qarşılayacaq. Bəs azərbaycanlı məşhurlar necə? Onlar 31 dekabr günü harada, nə edəcəklər?

DİA.AZ bildirir ki, Lent.az-ın əməkdaşı bununla bağlı bir neçə məşhurla əlaqə saxlayıb.

İlin son günündə səhnə alan Azərbaycanın “diva”sı, Xalq artisti Aygün Kazımova sevənləri ilə görüşəcək.

Xalq artisti Röya Ayxan da 31 dekabrda səhnədə olacaq.

Daha bir Xalq artisti Brilliant Dadaşova Lent.az-a açıqlamasında bu il üçün hələlik dəqiq bir qərar vermədiyini açıqladı. O bildirdi ki, Yeni İli evdə və ya iş başında keçirəcəyi barədə planı qəti deyil.

Tanınmış stilist Anar Ağakişiyev 31 dekabr gününü iş başında keçirəcək, daha sonra evində yaxınları ilə birgə qeyd edəcək.

Müğənni Dilarə Kazımova həmin gün bir neçə yerdə çıxış edəcək və Yeni ili iş başında qarşılayacaq.

Müğənni Xuraman Şuşalı bu ili ailəsi birgə keçirməyi düşündüyünü deyib.

Qeyri-adi imici ilə tanınan müğənni Elza Seyidcahan da Yeni ili nəvələrinin, ailəsinin əhatəsində keçirməyi planlaşdırır.

Müğənni Damla 31-i dekabr saat 12-ə kimi şou proqramlarda çıxış edəcək. Sonra evində, yaxınları ilə birgə Yeni ili qarşılayacaq.

Şairə, xına məclislərinin aparıcısı Nazilə Səfərli Lent.az-a açıqlamasında deyib ki, gəlininin ilk Yeni ilidir deyə, birinci oğlunun ailəsi ilə qeyd edəcək. Daha sonra iş başında olacaq.

Müğənni Aysun İsmayılova Həmrəylik günü ilə bağlı şou proqramlarda iştirak edəcək. Saat 12-dən sonra isə ailəsi ilə birgə Yeni ili qarşılayacaq.

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti