Məşhur bəstəkarla Mirəliyev arasında QALMAQAL:
Müğənni Əli Mirəliyevlə bəstəkar Ruslan Səfərli arasında qalmaqal yaşanıb.

Belə ki, Mirəliyevin bir müddət öncə söylədiyi “Ruslan bəstəkar deyil” sözlərindən əsəbiləşən Səfərli sənətçinin cavabını efirdə verməli olub. Bəstəkar, “Əli Mirəliyev ağzına gələni danışır. Hətta Alim Qasımov haqqında da danışır. Efirdə pula, reytinqə xatir insanın kişiliyi əldən getməz. Peyğəmbərimiz buyurur ki, insan öləndə qəbirə təmiz getməlidir”, – deyə bildirib.

DİA.AZ bildirir ki, Mirəliyev Yenicag.az-a açıqlasında Ruslanın sözlərinə cavabı belə olub:

“Mən yenə də öz fikrimdə qalıram, o bəstəkar deyil. Mən onu tanımıram, heç bilmirəm onun rəngi ağdır, yoxsa qaradır… Efirə çıxıb deyirlər, Ruslan Səfərovun bəstələridir. Mən də dinləyib görürəm ki, hamısı ara mahnılarıdır. Əgər bəstəkardırsa, Canagir Cahangirov, Eldar Mansurov, Cavanşir Quliyev, Faiq Sücəddinov, Gövhər Həsənzadə kimi hamnılar bəstələsin. Toy bazarına işləməsin. Alim Qasımov haqqında da öz fikrimdə qalıram. Bəli, 1992-ci ilə kimi oxuduğu mahnılara ağlamışam, o illərdən sonra isə dərviş kimi oxuyur”.

Müğənni bəstəkara, “Yekə adamsan, bəstəkarsansa, ara mahnıları yazma. Bax, gör bəstəkarlarımız necə bəstələyibsə, sən də elə yaz”, – deyə müraciət də edib.

“Kimdən pul almışam? Kim mənə pul verir ki? Nə reytinq, nə pul? Kişiliyin bura nə dəxli var”, – Bəstəkarın ittihamlarına əsəbiləşən Ruslan Səfərli belə cavab verib.

Qeyd edək ki, Ruslan Səfərov Ə.Mirəliyev haqqında bu sözləri “Həmin Zaur” verilişində səsləndirib.

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti