Murad Arifə Nahidə Babaşlıdan CAVAB: -
Bəstəkar-müğənni Murad Arifin dünən Bakıda keçirilən "Altın Kelebek" mükafatlarına aid paylaşdığı sərt fikirlər birmənalı qarşılanmayıb.

TEREF.AZ Lent.az-a istinadla xəbər verir ki, ifaçı "Altın Kelebek"i ciddi tənqid edib:

"Rəzalətin kiçik forması hələ də davam etməkdədir. “Altın Kelebek” Türkiyədə müxtəlif kateqoriyalarla sənət və sənətçiləri dəyərləndirir. İlin serialı, ilin filmi, ilin mahnısı, klipi, müğənnisi, maqazin verilişi və s. Bu sənət nominasiyalarının içində bir (qazanc yeri kimi) “Azərbaycanın ulduzu” nominasiyası açıblar. Hər il Azərbaycandan sanki "saç" seçirlər. Eyni kateqoriyada (qadınlı-kişili) müğənni, aktrisa, rəqqasə, aparıcı, bir-birinə aidiyyatı olmayan adamları “soxuşdurmaq?!"

Zənnimcə, mən də, Hiss də, konkret bir məsələyə aidiyyatı olmayan bu “təki olsun” kateqoriyasını boykot etməkdə haqlıyıq. “Altın kelebek”, “Azerbaycanın starı” nədir?! Ya Azərbaycanın müğənnisi, aktyoru, modeli, aparıcısı nominasiyası edin, ya da bu rəzaləti hər il yaşatmayın qardaş ölkəyə...”.

Bu fikirlərə münasibətini bildirmək üçün keçən il "Altın Kelebek"də namizəd olmuş müğənni Nahidə Babaşlı ilə əlaqə saxladıq. İfaçının Azərbaycandakı prodüseri Rasim Amanov Lent.az-a bildirdi ki, o, bəstəkarın "qazanc yeri" məsələsi üzərindən söylədiyi fikirlərini qəbuledilməz hesab edir:

"Biz keçən il müsabiqədə iştirak edəndə tədbirin əvvəlindən sonuna kimi, nə hansısa məbləğ tələb etmişik, nə də pul istəyiblər. Həmçinin, bu, bizimlə bərabər orada iştirak edən azərbaycanlı müğənnilərə də aiddir. Mükafatı almağımıza da fanat kütləsinin sevgisi olub. Onu da bildirmək istəyirəm ki, Murad bəylə çox yaxşı münasibətlərimiz var.

Düzdür, şəxsi fikridir, ancaq maddiyyat üzərindən söylədiyi fikirlər qəbuledilməzdir. Onsuz da bu, həvəsləndirici mükafat kimi gənc ulduzlara təqdim olunur. Hətta namizədlər azdır.

Niyə Azərbaycanda keçirilməsin ki? Azərbaycanın xalq artistləri Aygün Kazımova və Röya mükafat alandan sonra gənclərin də mükafatlandırılmasına üstünlük verildi. Keçən il gənclər arasında ilk qalib Nahidə xanım oldu. Ümid edirik ki, bu il də layiqli olan qazanar".

Nahidə Babaşlı bundan başqa, Türkiyədə bəzi məşhurların "Altın Kelebek"ə qatılmaqdan imtina etməsindən söz açıb:

"Təbii ki, o, normal haldır. Bərabər səviyyədə reytinqi olan müğənnilər, aktyor və aktrisalar, məşhur simalar çoxdur. Onların eyni mükafat uğrunda mübarizə aparmaqları düzgün deyil. Ona görə imtina etməkləri təəccüblü hal deyil. Azərbaycanda imtina etməyə tutarlı səbəb də yoxdur. Bu tədbirin, konsertin üzərindən "Pantene" Azərbaycandan hansısa qazanc əldə etmir. "Pantene" yalnız reklamdan qazana bilir".

Qeyd edək ki, dekabrın 4-də Türkiyədə keçiriləcək "Altın Kelebek"in tədbirində Azərbaycanı aparıcı-aktrisa Turanə Hüseynli, müğənnilərdən isə Ayaz Babayev və Nəzrin təmsil edəcək.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti