Dostunu bıçaqladı, həyat yoldaşı onu tərk etdi -
Kulis.az meyxana aləminin kralı hesab olunan Rəşad Dağlı haqqında maraqlı faktları təqdim edir. Rəşad Vaqif oğlu Əmirov 21 aprel 1984-cü ildə Bakının Yasamal rayonunda anadan olub. 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan “De gəlsin” meyxana yarışmasında iştirak edəndən sonra böyük populyarlıq qazanıb.

O, gəlib-keçmiş meyxanaçılar arasında ən yaxşılardandır. Hətta deyişmə müstəvisində, bəlkə də, ən yaxşısıdır. Səri bəhrində aparılan çevik deyişmələrdə Rəşadı məğlub edən meyxanaçı olmayıb. O, hətta Aydın Xırdalanlı ilə də kəllə-kəlləyə gələ bilirdi.

Bir qrup meyxana deyən gənc Rəşad Dağlının öz avtoritetindən istifadə edərək gənclərin yolunu bağladığını iddia edir. Bir vaxtlar Rəşadla üz-üzə deyişən, hətta bəzi meydanlarda Rəşada layiqli rəqib olan o gənclər günlərin birində “meyxana kralı”nın qəzəbinə tuş gəlirlər, Rəşad onların olduğu məclislərdən imtina etməyə başlayır. Təbii, məclis sahibi də bu seçim qarşısında qaldıqda Rəşadı seçir və həmin gənclərdən imtina edir. Gənclərin iddiasına görə, Rəşad onunla ciddi rəqabət aparan rəqibləri sevmir. O, toylara, adətən, elə kollektivlə yollanır ki, həmin məclisdə onun krallığı açıq-aydın seçilsin, onunla deyişən, bir məclisdə olan şəxslər də, iddiaya görə, bu qaydaya sadiq qalırlar.

Bu haqda Rəşad Dağlının yaxın dostu Orxan Lökbatanlı müsahibələrinin birində deyib: “Mən Rəşadı neçə illərdir tanıyıram. Rəşad kiminsə çörəyinə bais olacaq insan deyil. Sadəcə, elə adamlar var ki, özlərini meyxanaçı kimi qələmə verirlər. Biz məclisə gəlirik, bizə deyirlər ki, filan uşaq təzə-təzə meyxana deyir, istedadı var, qoyun o da sizinlə meyxana desin. Razılaşırıq. Həmin uşaq mikrofonu əlinə götürüb ikinci bəndə keçəndə başlayır qanacaqsızlıq etməyə. Ola bilər ki, həmin məqamla bir də rastlaşmamaq üçün mən də, Rəşad da, digər meyxanaçılar da toya dəvət edənə deyək ki, məclisdə keçən dəfə qanacaqsızlıq edən oğlan olmasın”.

Rəşad Dağlı 2010-cu ildə Nailə Süleymanzadə adlı xanımla ailə qurub. Onların Yusif adlı oğlu və Bətül adlı qızları dünyaya gəlib. 9 ildən sonra, 2019-cu ilin avqust ayında isə Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib.

Xəbərin üzərindən bir neçə saat keçəndən sonra Nailə xanım mətbuata açıqlama verərək boşanma haqqında məhkəməyə müraciət etdiyini doğrulayıb: “Bu haqda danışmaq istəmirdim. İstəməzdim ki, belə xəbərlər mətbuatda yer alsın. Biz Rəşadla dost kimi ayrılmağı düşünürük. O, övladlarımın atasıdır. Sadəcə ailə münaqişələrimiz oldu və anlaşa bilmədik. Boşanma ərizəsini mən vermişəm. Rəşad isə bununla razı deyil”.

Rəşad 2015-ci ildə ANS TV-də yayımlanan “Maşın Şou”da iştirak edib. Bu verilişdə o, aktrisa Mehriban Xanlarova ilə mübahisələri ilə yadda qalıb. Belə ki, aktrisa dağlılardan səs istəyib. Rəşad özü də dağlı olduğu üçün onun səs istəməsinə belə münasibət bildirib: “Dağlı qadını Cəfər Cabbarlını, Mikayıl Müşfiqi dünyaya gətirən qadındır, Mehriban Xanlarova deyil”.

Bu şouda Rəşad yüksək səs yığaraq stilist Anar Ağakişiyevi uzaqlaşdırması ilə də yadda qalıb.

Deyilənlərə görə, Rəşadın ən ciddi münaqişəsi yaşadığı meyxanaçı Rüfət Nasosnu olub. Belə ki, məclislərin birində onların mübahisəsi o qədər dərinləşib ki, Rəşad öz həmkarını bıçaqlayıb. Bir müddət sonra Rəşadla birgə şəklini sosial şəbəkədə paylaşan Rüfət belə yazıb:

“Mən ancaq Allahdan xeyirlisini arzuladım... İstər özümə, istər özüm kimilərə”.

Meyxananın tacı və kralı hesab olunan Rəşad Dağlı bu gün də öz taxtını qorumaqdadır. Meyxana aləmində onun rəqibi yoxdur. Rəşad mətbuata heç bir müsahibə vermir. Son günlər isə o, bunu Aydın Xırdalanlının, Vüqar Biləcərinin ölümü ilə əlaqələndirib və onlara hələ də yas saxladığını bildirib. O, nə qədər sərt, davakar təsir bağışlasa da, göz yaşları ilə də yadda qalıb. Yaxın dostları Aydın Xırdalanlı və Vüqar Biləcəri dünyasını dəyişən zaman Rəşad kameralar qarşısında hönkür-hönkür ağlayıb.

Rəşad Dağlı 9 noyabr 2022-ci ildə qonşusu 43 yaşlı İskəndər Mehtiyevlə aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib. Hadisədən sonra könüllü polisə təslim olan Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti