Flora Kərimova Afət Fərmanqızını biabır etdi: -
Xalq artisti Flora Kərimova və müğənni Afət Fərmanqızı arasındakı qalmaqal daha da böyüyür.

TEREF.AZ pravda.az-a istinadla xəbər verir ki, Xalq artisti "Instagram" hesabında Fərmanqızı haqqında paylaşım edib.

Paylaşımda qeyd edib ki, cinayət işi məhkəmədədir və müğənni polisin axtarışındadır:

"İndiyə kimi başa düşmədin ki, niyə iki il sükutdan sonra məhkəməyə verildin? Sən yox, amma sənin vəkilin olmuş Ramil Rustəmov sənə bunun səbəbini izah etməli idi.

Afət, indən belə ən azı iki il sonra səni nə gözlədiyini, nə edəcəyini, kitabın harada bağlanacağını bilirəm. Sən isə iki il önçə dediyin sözləri unudacaq qədər bəsitsən. Gələn il bu vaxt bu gününə şükür edəcəksən.

Səni canlı efirinə qoşub məşuq şəcərəsini sadalayan, tutulduğuna görə daxili işlər nazirini sözün eşidilirmiş kimi sırıyıb təşəkkür edib məhkəmədə üzünə durduğuna “blogger“ deyirsən? Sənə çörək verəni öz canlında söyüb günahlandırırdın ki, “bizləri pul verib xaricdə yaşayanlara söydürür”. Ardından sənin sözlərinin eynisini iki il sonra təkrar edən, yaşadığım küçədən başqa bir sözü düz olmayan birinə də “adı məlum olan kişi” deyirsən?! Bacardığın qədər paylaş o videoları. Yalanı elə uydurun ki, inandırıcı olsun.

Gülməli və yazıqsan! Bilmədən yazıq o zaman oldun ki, fürsət bilib adımdan özünə ad düşündün. Məni sənə heç yaxşı tanıtmayıblar.

Bir “yalvarışını” cavabsız qoymayacağam. Dedin, “qorxmursa, versin məhkəməyə”, cinayət işin icraatdadır, polisin axtarışındasan! Dedin, “başqa rayon məhkəməsinə gələrəm, Binəqədidəki qurmadır”, mülkü işin Nərimanov rayon Məhkəməsində ekspertizadadır. Övladıma və mənə atdığın son yalan, böhtanlarına görə ikinci cinayət işin də mübarək olsun! Sürgün həyatının qışı qabaqdadır. Anketində boş yer qalmayan yaşadığın “həyat”ı sənə elə orada başa salacağam.

290-cı mənzilin qapısını bərk bağla, qonaqların tezliklə döyəcək, mənim gəlməyimə ehtiyac qalmayacaq. Təəssüf ki, nə sən daim açıq qalan qapının arasında qalan “quyruqlarını”, nə də Nənəcanov buradan Ufaya qədər arxasınca sürünən “buynuzları” görmür! Bu yazını da arvad müsahibəsinə müdaxilə edən “oliqarx ərinə” oxudarsan. Nə demək istədiyimi başa düşərsə, səni özü tez bir zamanda “qazel”lə Bakıya yola salacaq!

Bu arada sənin Azərbaycana gəlməyin bu gedişlə “bəbəş” Nənəcanova “papa” deyəndə olacaq. Binəqədi rayon Polis İdarəsinin əməliyyat-axtarış şöbəsinin rəisi sənin - cinayətkarın yaxalanması üçün axtarışını davam edir. Sənədi də sənin üçün yerləşdirdim ki, arxayın yat!"

Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Qeyd edək ki, xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti