“Cabbar Musayev həmin qızın sevgilisi olduğunu dedi”
 
 

 
Müğənni Nigar Qasımzadənin həmkarı Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətinə baxılıb.

 

Avqustun 4-də Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 8 ay 20 gün müddətə islah işləri cəzası təyin edilib. Dəniz Əsədovaya hökm elan edilərkən onun üzərində müğənni-bəstəkar Cabbar Musayevin şikayəti əsasında təyin edilmiş hökmlə toplanmaq qaydası tətbiq edilib.

Qeyd edək ki, daha əvvəl Cabbar Musayev Dəniz Əsədovadan məhkəməyə şikayət edib. Həmin vaxt 33 yaşlı D.Əsədovaya 6 ay islah işləri cəzası verilib.

Məhkəmədə isə məlum olub ki, D.Əsədova Cabbar Musayevlə Nigar Qasımzadənin sevgili olmasını bildirib, həmçinin sosial şəbəkə səhifələrində onların ünvanına çoxsaylı təhqirlər səsləndirib. O, məhkəmədəki ifadəsində Cabbar Musayevin yanına tələbə kimi getdiyini, lakin Nigarın onu qısqandığını və hər şeyin bundan sonra başladığını deyib: “Onlarla “İlkin Music” səsyazma studiyasında tanış olmuşam. Həmin studiyada 13 500 manat verərək çalışmışam və 1500 manatı isə Cabbar Musayevə müəllim kimi məni öyrətməsi müqabilində vermişəm. Bir gün C. Musayev gəlib mənə Nigar Qasımzadənin həyatında qadın olduğunu və qısqanclıqla bağlı münaqişələr yaşandığı üçün N.Qasımzadənin də mənlə birgə studiyada oturacağını dedi. Onun bizlə oturmasına razı oldum və ilk dərsdən etibarən Musayevin halının dəyişdiyini hiss etdim. İlkin də sonra mənə Nigarın qısqanc olduğunu bildirdi. Dərslər hər dəfə təxirə salınırdı, tez-tez dərs vaxtı fasilələr verilirdi. Aranjeman işim İlkində olduğu üçün ona pul vermişdim və studiyada rahat çalışmaq istəyirdim. Üçüncü dəfə Cabbar Musayevə belə davam etməyəcəyini, bu kimi qısqanclıqları özümə yaraşdırmadığımı bildirdim. C.Musayev daha belə neqativ halların olmayacağına, Nigarın mənimlə eyni otaqda oturmayacağına vəd verdi. Lakin yenə bu hallar davam etdi, nəhayət 4-cü dərsdə, may ayında qısa don geyindiyim üçün Nigarın mənə “düz otur” deməsi məni özümdən çıxardı. Həmin vaxt Cabbar Musayevə bir daha Nigarı görmək istəmədiyimi bildirdim, İlkinə isə belə hallar təkrarlanarsa, ödədiyim pulları geri tələb edəcəyimi dedim”.

Bundan sonra Nigar və Dəniz arasında münasibətlər kəskinləşib və onlar sosial şəbəkədə bir-birilərinin ünvanına sərt təhqir və ittihamlar səsləndirməyə başlayıblar.

Daha əvvəl Cabbar Muayev, sonra isə Nigar Qasımzadə Dəniz Əsədovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət ediblər. Məhkəmədə D.Əsədovanın həmkarları barəsində səsləndirdiyi təhqir və söyüşlər əsas götürülüb. Bildirilib ki, o, “TikTok” sosial şəbəkəsində canlı yayım vaxtı həmin ifadələri səsləndirərkən videoqeydiyyat proqramı vasitəsilə qeyd aparılıb.

Müğənni Dəniz Əsədovaya cəza təyin edilərkən onun himayəsində iki azyaşlı uşağının olması yüngülləşdirici hal kimi nəzərə alınıb.

 

XalqXeber.Az

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti