Kənddən gəlib Bakıda xidmətçi işləyənlərlə mədəniyyət formalaşdıra bilmərik - QALMAQALLI AÇIQLAMA
Əməkdar artist Bəhram Bağırzadənin "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər" sözləri ətrafında müzakirələr bitmək bilmir.

Bu dəfə aparıcı Rövşanə Ağəsəfqızı açıqlaması ilə gündəmə gəlib.

"Sabaha saxlamayaq" proqramında qonaq olan aparıcı bunları söyləyib:

"Rayondan indi gələnlər yetəri qədər artıqdır. 1960-cı illə müqayisə etmirik. Həmin dövrdə başqa idi. İndi sel gəlir. Niyə? İşləməyə gəlir... Gəlir dayə, xidmətçi işləyir. Biz onlarla hansı şəhər mədəniyyətini formalaşdıracağıq? Mədəniyyəti formalaşdıran oxumaqdır, təhsildir. Təhsil bərbad gündədir, bunu deyirəm. Cümlə yaza bilməyənlər çıxıb müzakirə aparırlar. Mədəniyyəti beyinlər formalaşdırırlar. Ədəbiyyat adamları, tamada olacaqdılar. Yaxşı müğənnilər rayonda qalsaydılar, toy müğənnisi olacaqdılar. Şəhərə gəlib oxudular və mədəniyyəti formalaşdırdılar. Urbanizasiya qanunları pozulub və kababxanaya çevrilib".

Qeyd edək ki, B.Bağırzadə "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz" sözlərini söyləyib. (Bakıvaxtı.az)
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti