b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_3c83f7ebbe13e5fb6e8b51da52e8fde7.jpg
  

““Kişi” deyilən bir söz var. Sonrada kişi olmur. Anadan doğulanda kişisənsə kişisən amma sonradan... Bu gün baxıram ki, cəmiyyətdə pulun olsun, kişilikdən xəbərin olmasın hamı sənin yanında olur. Əksəriyyəti belədir. Məni heç kim pulla təəccübləndirə bilməz. Amma məni quru bir söz və ya bir fincan çayla hər şeyimi əlimdən almaq mümkündür”.

Bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Günü bu gün” verilişində deyib.

Sənətçi bildirib ki, dəfələrlə əl tutduğu insanlar onu aldadıb:

“Görərəm ki, məni çox istəyir və diqqət ayırır. Bir sözlə insanlığı ilə... Elə belə də olub. O qədər rayondan bir və ya iki dəfə yanıma gəlib, 10 ədəd yumurta, 2 ədəd çolpa gətirib sonrada deyib ki, mənə 2-3 min pul ver. Görmüşəm ki, yumurtanın birini mənə min dollara satdı və qaçdı getdi. Aldanmışam... Kasıbın 10 ədəd yumurtası mənim üçün milyona bərabərdir. O ki məni düşünüb və bunları gətirib... Belə bir şeylər cəmiyyətdə çoxdur. Baxıb görürəm ki, kişilikdən xəbəri yoxdur amma pulu var. Ətrafına o adamları da pulunu görə yığıb. Pulu olmasa heç kim yanında olmayacaq. Amma bu şeylərin mənə dəxlisi yoxdur”.

M.Ağayev verilişdə söyləyib ki, dünyasını dəyişən bir Xalq artistini dəfn etməyə insan tapılmayıb:

“Dilarə Əliyeva verilişində bir dəfə mənə dedi ki, kim bura gəlir hər kəs səndən danışır. Yas düşür, toy olur, kimsə dalaşır, kimə pul lazım olur, kimin ağır günü olur Manaf orada olur. Bunlar səni yormur? Cavab verdim ki, yorur, vaxt olmur, gedə bilmirsən və əziyyət çəkirsən. Amma bir şeyi bilirəm ki, dünyamı nə zamansa dəyişsəm həyətimdə insan əlindən yer olmayacaq. Amma mən Xalq artisti tanıyıram ki, onu dəfn etməyə adam tapılmamışdı. Cəmi 10-13 nəfər insan onun dəfnində olmuşdu. Ayıbdır deyə o Xalq artistinin adını çəkmirəm. Amma əminəm ki, hamı bir ağızdan söyləyəcək ki, Manaf hamıya kömək edib. Bəli, mən heç zaman özüm üçün yaşamadım. Bunu məni tanıyanlar çox gözəl anlayırlar”.  (olay)

Bölmənin digər xəbərləri

03 May 2025 Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
03 May 2025 Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
03 May 2025 Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi

Dünyapress TV

Xəbər lenti