Ardını oxu...
Aparıcı Rəqsanə İmir hücuma məruz qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabına müraciət yerləşdirib.

O, bildirib ki, avtomobilini park edən zaman Hüseynova Fatimə adlı qadın tərəfindən təhqir olunub və hücuma məruz qalıb.

Aparıcı əlavə edib ki, qadın ona fiziki zor da tətbiq edib və bununla bağlı polisə müraciət edib.

 
Ardını oxu...
Müğənni Şəbnəm Tovuzlu xarici ölkədə iştirak etdiyi tədbirə görə son günlər tənqid olunur.

DİA.AZ lent.az-a istinadla xəbər verir ki, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olmasını səbəb göstərərək, onun İsraildə tədbirə qatılmasına etiraz olunub. Xaricdə yaşayan azərbaycanlılar ifaçıdan şəhidlərimizə hörmət etməsini istəyiblər.

O isə "Instagram" hesabında bütün etirazlara belə cavab verib:

"Şəhidimizə hörmətlə yanaşdıq. Orada yeyib-içmək, oynamaq olmayıb. Dövlət tədbiridir. Bir şəhid mahnımız oxundu, bu qədər".

Qeyd edək ki, Şəbnəm Tovuzlu İsraildədir və dünən orada konsert verib.

Ardını oxu...
 

Ardını oxu...
“Elə müğənnilər var ki, onların səsi oxumaq səsi deyil. Yadımdadır ki, Firudin Şuşinskinin bir kitabı çıxmışdı. Bir sənətkar haqda yazmışdı ki, “onun oxumağından qadın iyi gəlir”. Kişinin kişi səsi olar, kişi kişi kimi oxumalıdır. Kişi bass, bariton və tenorda oxumalıdır. İndiki səslər hamısı bir-birinin təkrarıdır. Ona görə də heç birini ayırd etmək olmur, bir-birinə oxşayır. Rəşid Behbudovun, Bülbülün səsi 100 səsin içindən seçilir”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Zaur Rzayev deyib. O daha sonra əlavə edib.

“Bu gün Mirələm, Ehtiram, Təyyarın oxumağına qulaq asıram. Onların səsləri gözəldir. Bəzi səslər var ki, insanların zövqünü korlayır. Gözəl səsləri də kölgədə qoyur. Bəzən yutub sosial şəbəkəsinə baxıram. Görürəm ki, Rəşid Behbudovun mahnısı 1 milyon, oradakı uşaqın mahnısı 100 milyon baxış toplayıb. Bunun özü böyük bir fəlakətdir. Müğənnilərin nəinki səsləri, geyimləri də kasaddır. Saqqal saxlayır, gözünə eynək taxır və tanınmaq istəyir. O eynəkdə səni axı kim tanıyar?! İndi oxumaq üçün səhnəyə çıxmırlar ki. Fikirləşirlər ki, qoy məni görüb tanısınlar, ora-bura çağırsınlar, geyimlərini göstərirlər. Çünki sənət yoxdur, səs yoxdur! Bəzi müğənnilər də efirlə yas mərasimlərini səhv salıblar. Yas mərasimlərində oxuduqlarını efirdə oxuyurlar” deyə sənətkar bildirib.

Zaur Rzayev daha sonra 20 ildən artıq çalışdığı “Zabitlər evi”-ndəki fəaliyyətindən danışıb.

“22 il sərasər dayanmadan, qüsursuz orada çalışmışam. O vaxtı təşəbbüs irəli sürdüm ki, cəbhəyə konsertlərə gedək. Bir çox torpaqlarda olmuşuq. Avobusu ərzaqla doldurub gedirdik. O vaxt ordumuz da natamam idi, amma buna baxmayaraq vətənpərvər oğullarımız çox idi. Sonra mənə dedilər ki, gəl elə Zabitlər evində işlə. 1994-cü ildən Müdafiə Nazirliyinin Mahnı və Rəqs Ansamblına qəbul oldum. Ayda bir dəfə bir böyük sənətkarı həbçilərlə görüşdürürdüm, görüş keçirirdim, onları hərbi hissələrə aparırdım” deyə sənətkar bildirib.
0
 
 
Ardını oxu...
İş adamı Mehmet Dinçerlerdən boşanma ərəfəsində olduğu üçün hər addımı müzakirə edilən müğənni Hadisə ilə bağlı yeni iddialar səsləndirilir.
Türkiyə mətbuatı xəbər verir ki, ifaçının yenidən keçmiş sevgilisinə - Cənubi azərbaycanlı iş adamı Rza Zərraba qayıtdığı iddia olunur.
"Söyləməzsəm olmaz" verilişində aparacılıq edən müğənni Arto deyib ki, bu münasibət yenidir. Yəni Hadisənin boşanmasının səbəbi Rza deyil.
Xatırladaq ki, 2 il əvvəl də Hadisənin adı Rza Zərrabla hallanıb və həmin vaxt eşq yaşadığı aktyor Kaan Yıldırım ifaçıdan məhz bu səbəblə ayrılıb. Söz-söhbətlərə görə iş adamının keçmiş həyat yoldaşı Ebru Gündəşlə Hadisənin arası dəyib.

 
Ardını oxu...
TV8 telekanalının sahibi, məşhur prodüser və aparıcı Acun İlıcalı motosiklet qəzası keçirib.
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıc qarşı tərəfdən gələn avtomobillə toqquşub.
Qəzadan dərhal sonra Liv Hospital Vadistanbul xəstəxanasına çatdırılan Acunun bir qolunda sınıq olduğu anlaşılıb. Onun səhhətinin yaxşı olduğu bildirilir.
 

Ardını oxu...
 

 
Erməniləri dəstəkləyən ukraynalı müğənni Tina Karolun Bakı konserti ləğv edilib.

 

Bu barədə iTicket.az instaqramda bildirib.

“15 noyabrda keçirilməyi nəzərdə tutulan Tina Karol konserti ləğv edildi! Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur!”, - paylaşımda deyilir.

Qeyd edək ki. T. Karol instaqramda ermənilərə dəstək olmuşdu.

Daha əvvəl ermənilərə dəstək olan ukraynalı müğənni Maks Barskixin konserti ləğv olunmuşdu.
Ardını oxu...
Ardını oxu...



 

XalqXeber.Az
Ardını oxu...
Müğənni və aktrisa Ledi Qaqa Mayamidəki konsertini ləğv etdiyi üçün “Instagram”da pərəstişkarlarından üzr istəyərkən göz yaşlarına boğulub.

Publika.az xəbər verir ki, Ledi Qaqa “Rain On Me” mahnısını yağışda ifa etməməsindən təəssüfləndiyini bildirib. O, şouda əməyi keçən hər kəsə təşəkkür edib, təhlükəsizliyin hər şeydən önəmli olduğunu vurğulayıb.

Qeyd edək ki, Ledi Qaqanın konserti Mayamidəki “Hard Rock Stadium”da keçirilməli idi. Tədbir əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

 
Ardını oxu...
Türkiyənin pop ulduzu Hadisə həyat yoldaşı, biznesmen Mehmet Diçerlerdən boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu barədə o, “Instagram” hesabında yazıb.

Hadisə Dinçerlerə həyatında xoşbəxtlik arzulayıb və bu müddətdə yanında olanlara təşəkkür edib.

Onlar sosial mediada bir-birlərini izləmədən çıxararaq birgə fotolarını siliblər.
Ardını oxu...
 
Ardını oxu...
"Niyə həmişə hamı biz sənətçilərin üstünə düşür?! Biz bütün insanlığı dəstəkləyirik, amma incəsənətlə".

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya və MDB ölkələrində məşhurluq qazanan azərbaycanlı müğənni Nəvai Bəkirov sosial şəbəkə hesabında yazıb.

O, azərbaycan izləyicilərinin cəbhədə baş verən hadisələrə sənətçinin zamanında deyil, bir neçə gün sonra reaksiya bildirməsi ilə bağlı iradlara belə cavab verib:

"Biz sənətçilər bu dünyada heç nəyi həll etmirik, bütün aqressiv insanlar bizdən əl çəksin. Biz sülh tərəfdarıyıq. Amma söhbət vətəndən gedirsə, hər kəs onu dəstəkləməyə məcburdur. Mənim ölkəmdə matəmdir, mən də bu matəmi saxlamalıyam".
Ardını oxu...
Rəşad Əliyev, Bizim.Media
 
 
 

Ardını oxu...
Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın həyat yoldaşı, Türkiyə vətəndaşı İbili Mustafa Kəmal oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək X. Məmmədovanın dələduzluq yolu ilə onun pullarını ələ keçirdiyini iddia edib.

DİA.AZ-ın məlumatına görə, “Yeni Sabah”a daxil olan müraciətdə Mustafa İbili bildirir ki, Xatirə Məmmədova ilə 2018-ci ilin oktyabrın 10-da internet üzərindən tanış olub və evlənmə qərarı alıblar.

Bu məqsədlə o, Türkiyədəki evini və iş ofisini sataraq 10.000 dollar üzərində, 45.000 dollar da bank hesabında saxlayaraq Bakıya gəlib. Onun sözlərinə görə, Bakıya gəldikdən sonra X. Məmmədova onu anası və qızı ilə tanış edib və bu zaman anası ona “əgər qızımla evlənmək istəyirsənsə Bakıda ev al, sonra qızı istə, toyunu edək”,- deyə bildirib.

Mustafa İbili bildirir ki, bundan sonra Yasamal rayonu ərazisindən ilkin ödənişi 20.000 manat, aylıq ödənişi 3.116 manat olmaqla mənzil alıb. O qeyd edir ki, Xatirə Məmmədovanın göstərişi ilə aldığı mənzilə 58.880 manat pul xərcləyib. O, əlavə olaraq Xatirə Məmmədova üçün aldığı qızılların və mobil telefonunun qiymətinin 12.000 dollara başa gəldiyini deyib və bildirib ki, 4 il ərzində Xatirə üçün aldığı paltarlara, çantalara, ayaqqabılara və bəzək əşyalarına 10.000 manatdan çox pul xərcləyib.

O qeyd edib ki, aldığı televizor, qızıl, ev iti və ütü ilə birlikdə Rəfiqə Qafarovaya da 7.150 manat pul xərcləyib.

X. Məmmədovaya hər ay xərcləməsi üçün 1.000 manat pul verdiyini deyən Mustafa İbili bildirib ki, o ümumilikdə Məmmədova Xatirə Cavanşir qızına 27.000 manat pul verib.

O, evlənmə məqsədi ilə Bakıda qalarkən kirayə mənzilə hər ay 500 manat pul ödəyib və ümumilikdə bu məqsədlə 10.000 manat pul xərcləyib.

Onun sözlərinə görə, Xatirə Məmmədovanı, Rəfiqə Qafarovanı, gəlini Nərgiz Məmmədovanı və anası Xalidə Məmmədovanı 4 dəfə İstanbula aparıb və bu 4 səyahətlərə ümumilikdə 46.000 dollar pul xərcləyib.

Qeyd edib ki, Cavanşir Məmmədovun iddia etdiyi 100.000 dollar və Rəfiqə Qafarovanın iddia etdiyi 30.000 dollar pulu onlar Mustafaya İbili verməyiblər. Bütün pulları X. Məmmədovanın öz adından, anasının və atasının adından onun bank hesabına köçürüblər və köçürülən məbləğin bir hissəsini aldığı mənzilə və mənzilin əşyalarına xərcləyib. Qalanı 2020-ci ilin mart ayından 2021-ci ilin oktyabr ayına qədər xərclənən 86.000 manat olub və digər qalan pulları sadaladıqlarına xərclənilib. O, ümumilikdə 240 min manatlıq zərər vurulduğunu bildirir.

Mustafa İbili bildirib ki, istintaqda qardaşından 10.000 dollar borc alaraq Cavanşir Məmmədova ödəyib və artıq pulu qalmayıb.

O, müraciətində qeyd etdiyi halların araşdırılmasını və Məmmədova Xatirənin dələduzluq yolu ilə pullarını xərclətdiyi üçün barəsində cinayət işi açılmasını, cəzalandırılmasını və xərclədiyi pulların geri qaytarılmasını istəyib.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. Daha sonra Mustafa polis əməkdaşları tərəfindən saxlanılıb. Haqqında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Dünyapress TV

Xəbər lenti