Səhər 06:30-da yuxudan oyanırsan mobil telefonu açırsan və gələn ilk mesaj: "Hörmətli müştəri, "Kapitalbank"a olan borcunuzu gün ərzində ödəməsəniz müqaviləyə xitam veriləcək və məhkəməyə müraciət olunacaq". Başqa bir sms daha ardından gəlir: "Balansınızı artırmasanız xəttiniz ikitərəfli bağlanacaq"...

Mətbəxə keçirsən qaz sobasını açırsan qaz gəlmir. Qapıya çıxırsan və görürsən qaz bitib. Məcbur kredit götürüb geri dönmək istəyirsən ki, qapıya taxılmış əl boyda bir kağız parçası və iri hərflərlə "XƏBƏRDARLIQ" başlıqlı bir yazı - "Hörmətli müştəri 15.02.2023 tarixinə qədər Azərişıqa olan borcunuzu ödəməsəniz mənzilinizə elektrik enerjisinin verilməsi dayandırılacaq".

Geri mətbəxə gəlib çaydanın altını qalayırsan. Çay dəmələyb içirsən. Uşaqları oyadırsan və dərsə getmək üçün hazırlanırsan. Uşaqlardan biri kədərli halda "Ata mən bu gün məşğələyə getməyəcəm" deyir. Soruşursan niyə? "Ata müəllimə dedi ki, məşğələ pulunu verməyənlər gəlməsin sabahdan".

Bir söz tapıb ümid verirsən övladına. Ardından evdən çıxıb uşaqları da götürüb dərsə getmək istəyirsən. Nə zamansa 3-4 il öncə məhkəmədə haqqını müdafiə edib qələbə qazanıb təzminatla aldığın köhnə avtomobili işə salırsan. Yanacaq bitir. Son xəbərdarlıq işıq siqnalı işə düşüb.

Yola düzəlirsən tıxac, əsəb. Beynini "bu gün hardan pul qazana biləcəm görəsən" sualı yeyib bitirir.

Təhdid altında, qorxu altında uşaqları məktəbə düşürüb işə yollanırsan.

İşdən əmək haqqından avans almaq haqda düşünürsən və ağlına gəlir ki, artıq az qala iki ayın maaşını almısan avansla.

Saat 10:00 və "Lombard"dan "Günün sonuna qədər faizlər üzrə ödənişi etməsəniz girovunuz satışa çıxarılacaq" mesajı gəlir. Evdəki sonuncu üzüyü də "Lombard"a girov qoyaraq qaz, su, elektrik ödənişi etmişdik...

Evdən gətirdiyin yeməyi gizlincə masa arxasında yeyirsən. Günorta oldu. Ümid verəcək heç nə baş vermədi. Lənətə gəlmiş qış aylarında hava tez qaralır. Gün tez bitir...

Hər günü beləcə yola verərək yaşayarkən, üstəlik də düz söz desən, yaltaqlanmasan, susmasan da başına nələr gələr deyə fikirlər yeyir bitirir beynimizi... O zaman o övladlarına kim ən azı sevgi verəcək, kim onların umudu olacaq? ....

Hər günümüz təhdid altında yaşayırıq.

Və bir qədəh axtarırsan. İçib-içib keyləşmək. Özünü aldadıb, özünü unutmaq. İyrəndiyin o özündən qaçıb başqa bir saxta adamla yaşamaq istəyirsən...
 

Bölmənin digər xəbərləri

01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti