Azərbaycanda 250 min insan normal qidalana bilmir
Aclıqdan əziyyət çəkənlərin sayı çoxalır
Birləşmiş Millətlər Təşkilatının (BMT) 2030-cu ilədək müəyyənləşdirdiyi Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) biri də dünyada aclığa son qoymaqdır. Ərzaq güvənliyinə təminat, qidalanmanı yaxşılaşdırmaq və kənd təsərrüfatının dayanıqlı inkişafını dəstəkləmək bu məqsədin əsas tərkib hissələridir. BMT-nin fikrincə, aclıq və yetərsiz qidalanma halları aradan qaldırılmalıdır, yoxsa hər bir insanın qaçılmaz azuqə ehtiyacları ödənə bilməz. Axı düzgün qidalanmama təkcə insan sağlamlığına pis təsirlə nəticələnir, dolayısı ilə təhsil və məşğulluq kimi digər sosial sahələrin inkişafını əngəlləyir.

BMT-nin açıqladığı bilgilərə görə, 2014-cü ildən bəri dünyada aclıqla üzləşmiş və ya ərzaq güvənsizliyindən əziyyət çəkən insanların sayı artmaqdadır. COVID-19 pandemiyası durumu daha da ağırlaşdırıb. Ötən il aclıq problemi ilə üzləşənlər 2019-cu illə müqayisədə 150 milyon nəfər artıb. Deməli, dünyada təxminən hər 10 nəfərdən biri aclıqdan əziyyət çəkir. Bununla yanaşı, 2021-ci ildə planet əhalisinin üçdə biri qədər bölümü (2.3 milyard nəfər) tələblərə cavab verən qida məhsullarına müntəzəm çıxış imkanından məhrum olub. Bu, pandemiyanın başlanğıc dövrü ilə müqayisədə 350 milyon nəfər çoxdur. Özəlliklə Saharaaltı (Səhraaltı) Afrika, Mərkəzi və Güney Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələri bu məsələdə artan dinamikaya malikdir.

Rusiya-Ukrayna müharibəsinin təsirləri

BMT-nin fikrincə, planet əhalisinin ərzaq güvənliyinə daha bir təhlükə Ukrayna-Rusiya savaşı sayılır. Nəzərə almaq lazımdır ki, dünya üzrə buğda ixracının 30 faizi, qarğıdalı ixracının 20 faizi, günəbaxandan hazırlanan məhsul ixracınınsa 80 faizi bu iki ölkənin payına düşür. Mütəxəssislərin fikrincə, pandemiya və hərbi konfliktlər, eləcə də iqlim dəyişiklikləri kimi qlobal problemlər fonunda 2030-cu ilədək dünyada aclığın ləğvi istiqamətindəki səylər yetərsiz qala bilər.

BMT bildirir ki, indi aclıqdan əziyyət çəkən insanları və 2050-ci ilədək aclıqdan əziyyət çəkəcəyi gözlənilən daha 2 milyard insanı qidalandırmaq üçün qlobal ərzaq və kənd təsərrüfatı sistemi köklü şəkildə dəyişdirilməlidir. Bu baxımdan, kənd yerlərinin inkişafına və ətraf mühitin qorunmasına, kiçik fermer təsərrüfatlarının gəlişməsinə dəstək verməklə hamıya yetərincə ərzaq təmin edilə və layiqli gəlir imkanı yaradıla bilər. Eyni zamanda, kənd təsərrüfatının istehsal potensialını artırmaq məqsədi ilə beynəlxalq əməkdaşlıq gücləndirilməli, kənd təsərrüfatı sahəsində tədqiqatların aparılması və yeni texnologiyaların tətbiqi genişləndirilməli, kənd infrastrukturuna investisiyalar artırılmalıdır.

Azərbaycanda yetərincə qidalana bilməyənlər var
Dövlət Statistika Komitəsi (DSK) Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycanda da yetərsiz qidalananlara dair bilgini açıqlayıb. Qurumun fikrincə, əhalinin 2.5 faizi yetərincə qidalanmır. Bu göstərici faiz olaraq az görünsə də, söhbət 250 min civarında insandan gedir.DSK-nın hesablamasına görə, 2020-ci ildə də sözügedən göstərici eyni səviyyədə olub (2.5 faiz). Metodologiyada belə deyilir: “Yetərincə qidalanmama insanın normal, fəal və sağlam həyat tərzinin qorunub saxlanması üçün zəruri enerji təminatına yetməyən qida miqdarına müntəzəm çıxışının olduğu vəziyyətdir”.

Problemi necə aradan qaldırmalı?
Birləşmiş Millətlər Təşkilatı aclıq və yetərsiz qidalanmaya dair tövsiyələrini də açıqlayıb. BMT düşünür ki, belə çağırışları adekvat cavablamaqdan ötrü torpağa, digər istehsal resurslarına, müvafiq biliklərə və maliyyə xidmətlərinə güvənli və bərabər çıxışın təmin edilməsi çox vacibdir. Belə olduqda ərzaq məhsulları istehsal edən kiçik istehsalçıların, özəlliklə qadınların, ailə kəndli təsərrüfatlarının, fermer və balıqçılıq təsərrüfatlarının məhsuldarlığını və gəlirlərini ikiqat artırılmaq mümkündür. Bazarlarda ərzağın qiymətində baş verən kəskin dəyişikliyi azaltmaq üçün ərzaq ehtiyatlarına dair bilgilər də vaxtlı-vaxtında açıqlanmalıdır və bu, çox vacibdir.

Dayanıqlı kənd təsərrüfatından ötrü bu addımların da atılması önəmli sayılır:

– dayanıqlı ərzaq məhsulları istehsalı sistemlərinin formalaşdırılması;

– iqlim dəyişikliyinə, kəskin hava şəraitinə, quraqlığa, daşqınlara və s. təbii fəlakətlərə uyğunlaşma potensialının gücləndirilməsi;

– torpağın keyfiyyətini tədricən artıran dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi;

– toxumların, becərilən bitkilərin və ferma şəraitində yetişdirilən və əhilləşdirilən heyvanların, eləcə də onların yabanı növlərinin genetik müxtəlifliyinin qorunması.
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək

Dünyapress TV

Xəbər lenti