Azərbaycanda yarım milyon evin sahibləri nə vaxt sevinəcək?
Ölkədə, xüsusilə də Bakı və Abşeron ərazisində fərdi yaşayış evlərinin sayı davamlı olaraq artır.

Həmin evlərin əksəriyyəti uzun illərdir ki, tikilməsinə baxmayaraq, hələ də onlara çıxarış verilməyib. Sənədsiz evlərə çıxarışların verilməsi ilə bağlı problemlərə dəfələrlə toxunulsa da, bu məsələ həllini tapmır. Bu gün elə ərazilər ki, orada yaşayan sakinlərdən bəziləri yaşadığı ünvana çıxarış alıb, digər qonşu isə hələ də sənədsiz evdə yaşamalı olur. Bəziləri həmin problemin həllinin icra hakimiyyətində, bəziləri isə bələdiyyədə olduğunu desələr də, hələ ki, heç bir nəticə yoxdur.

Mövcud problemin həlli yolu dəfələrlə səslənsə də, reallaşmayan kütləvi çıxarışların verilməsindənmi keçir? DİA.AZ-ın məlumatına görə, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, Abşeron ərazisində sənədsiz, çıxarışı olmayan evlərin sayı qeyri-rəsmi rəqəmlərə görə, 500 mindən çoxdur:

“Bu evlərə çıxarış ala bilinməməsinin müxtəlif səbəbləri var. Səbəblərdən biri, həmin torpaqların fərqli təyinatlı olmasıdır. Yaşayış massivi olmasına baxmayaraq, həmin torpaqlar əkin sahəsi və yaxud digər təyinatlı torpaqlardır ki, onların özəlləşməsi üçün birinci, mütləq şəkildə torpağın təyinatı dəyişib, yaşayış məntəqələrinə çevrilməlidir. Bir çox qadağan olunmuş ərazilərdə evlər tikilib. Məsələn, vulkanik dağların ətəyi, yüksək gərginlikli cərəyanların altında, dəniz zolağına yaxın məsafələr və digər yerlər var ki, burada tikilən evlərə qanunla sənədlərin verilməsi qadağandır. Ancaq fakt odur ki, həmin evlər artıq uzun illərdir tikilib. Həmin ev sahiblərinin hansısa bir formada əllərində sənədləri var. O sənəd əsasında da evləri tikiblər. Maraqlı odur ki, həmin evlərin hər birində kommunikasiya xətləri, qaz, su, işıq, sayğaclar da var. Oradakı sayğaclar sahibinin adınadır, bir çox evlərə ünvan verilib, burada qeydiyyatda olanlar var. Ancaq çıxarış məsələsi uzun illərdir ki, öz həllini tapa bilmir. Ən çox alqı-satqı prosesləri həmin sənədsiz həyət evləri olan ərazilərdə baş verir ki, digər çıxarışlı evlərə baxsaq, onların qiymətləri çox aşağıdır. Burada da itirən həm iqtisadiyyat, dövlət büdcəsi, həm də vətəndaşlardır”.

Bunun həlli yolu nədir?

Ekspert bildirib ki, həmin ərazilərdə başdan-başa fərdi həyət evləri tikilibsə, o torpaqların təyinatı kütləvi şəkildə dəyişilməlidir:"Bu halda həmin evlərə çıxarışlar verilə bilər”.

Ekspertin sözlərinə görə, qanunvericiliyə görə, vətəndaş bir ünvanda 30 ildən artıq yaşayırsa və bunu hansısa formada sübut edə bilirsə, o məhkəmə yolu ilə həmin ünvana çıxarış ala bilir:

“Bir vaxtlar tikinti ilə bağlı sərəncamı icra hakimiyyətləri verirdi. Daha sonra bələdiyyələr verdi. Bələdiyyənin 2007-ci ilə qədər torpaq satmaq səlahiyyəti olub. Ancaq bələdiyyənin satdığı torpaqlara əksər vətəndaşlar çıxarış ala bilmir. Çünki dövlət bələdiyyəyə torpaq ayırıb, ancaq xəritəsini ayırmayıb. Əslində inkişaf etmiş Avropa ölkələri, Türkiyədə idarəetmə bələdiyyələrdədir. Bizdə bələdiyyələr inkişaf etmir, bələdiyyə institutu yoxdur. Məsələn, Türkiyədə bütün işləri bələdiyyə görür, bizdə isə vətəndaş bələdiyyəni başqa cür tanıyır. Bizdə bələdiyyə, “JEK”, icra hakimiyyələri var və üç natamam qurumu birləşdirib mükəmməl iş görən bir qurum yaratmaq olar”.

Ekspert deyib ki, kütləvi şəkildə çıxarışların verilməsi ilə bağlı təkliflər dəfələrlə olub, ancaq nəticə göz qabağındadır: “Təkcə bələdiyyə torpaqları deyil, Bakının digər əraziləri var, məsələn, Yasamal, “Alatava”, “Papanin” qədim yaşayış massivləridir, onların yaşı 100 ili ötüb, ancaq ərazidə çıxarış yoxdur, həmin torpaqlar bələdiyyə torpağı, əkin sahəsi, neft əraizisi deyil. Sırf yaşayış massivləridir”.

Bölmənin digər xəbərləri

14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər

Dünyapress TV

Xəbər lenti